157 YAP üzvü həbs edilb - İki min nəfər partiyadan çıxarılıb...
Yeni Azərbaycan Partiyası (YAP) 2 mindən artıq üzvü partiya sıralarından xaric edib. Mediaxeberleri.Az bildirir ki, bu barədə ”Gununsesi.info”-nun YAP-ın Mərkəzi Aparatından əldə etdiyi məlumatda bildirilir.Məlumata görə, bu qərara səbəb həmin şəxslərin üzvlük haqqını ödəməməsi olub. Belə ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər son 1 ili üzvlük haqqını ödəməkdən yayınıb. Buna görə də partiya rəhbərliyi belə bir qərar qəbul etmək məcburiyyətində qalıb. Bundan başqa YAP-ın cinayət məsuliyyətinə cəlb olunan şəxslərinin də sayı bəlli olub. Məlumata görə, hakim partiyanın üzvü olan 174 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 157 nəfəri barəsində həbs qərarı verilib.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















