Mediaxeberleri.az
    
  • Axirət günü nə vaxt olacaq?
    Axirət günü nə vaxt olacaq?
  • 
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”

Son xəbərlər :
  • Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO
  • Təhlükəli arıqlama məhsulları aşkarlandı
  • Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
  • Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
  • Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
  • Veteranlara şad xəbər - 400 manat...
  • Baş nazirdən Qarayazı Dövlət Təbiət Qoruğu ilə bağlı qərar
  • ABB partnyorları ilə görüş
  • Ukrayna ordusu irəliləyir, sərhədi keçdi - Fotofakt
  • ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
  • Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb
  • Ukrayna Rusiyanın Su-24 təyyarəsini vurdu
  • Azərbaycanda internet bahalaşır - Yeni rəqəm
  • Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat
  • 2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
  • Pensiyalar və uşaqpulu ilə bağlı gözlənilməz plan – Detallar üzə çıxdı
  • Azərbaycan nümayəndə heyəti Budapeştdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edib
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • Azərbaycanda gizli şəhər tapıldı - VİDEO
  • Daha 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

1 milyona yaxın sənədsiz əmlak: Hansı dövlət qurumları bələdiyyələrə problem yaradır?

  • Tarix: 17-02-2026, 16:32

Ölkədə hər dörd ildən bir bələdiyyə seçkisi keçirilir. Buna baxmayaraq, seçkili orqanın səlahiyyətləri tam müəyyən olunmayıb. Səs verib seçdikləri qurumun nə işə yaradığını bilməyən xalqın gözündə bələdiyyərlər işə yaramayan qurum durumundadır. Dövlət bələdiyyələrə torpaq sahələri ayırıb, amma icra hakimiyyətləri, əmlak komitəsi bu torpaqların xəritəsini çox vaxt təqdim etmir. Necə deyərlər "bütövü paralama, paranı yarılama, doğra doyunca ye" prinsipinin qurbanıdır.

Deputat Vasif Qafarov bildirib ki, Lerik kimi ucqar və dağlıq rayonlarda torpağın sotunun 3-5 min manat arasında və daha yuxarı səviyyədə müəyyən edilməsi həmin ərazilərin faktiki olaraq istifadəsiz qalmasına səbəb olur. Onun sözlərinə görə, bu vəziyyət bələdiyyələrin gəlir əldə etməsinin qarşısını alır.

Deputat qeyd edib ki, bələdiyyələrin üzləşdikləri bütün problemlər kompleks şəkildə araşdırılmalı, təhlil edilməli və müvafiq addımlar atılmalıdır.

O, xüsusilə kənd bələdiyyələrinin fəaliyyətinə mane olan problemləri aradan qaldırılmasının vacibliyini vurğulayıb:

“Bələdiyyələrə aid torpaqların sərhədlərinin bu günə qədər dəqiq müəyyən edilməməsi və xəritələrin tərtib olunmaması bələdiyyələrin normal fəaliyyət göstərməsinə mane olur”.

Maraqlıdır, bələdiyyə torpaqlarının sərhədlərinin qeyr-müəyyənliyi və xəritələrin tərtib olunmamasının əsas səbəbləri nələrdir? Problemin həlli üçün hazırda hansı işlər görülür və görülməlidir?

“Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Bakupost.az -a açıqlamasında bildirdi ki, ölkə bələdiyyələrinin qarşılaşdığı və üzləşdikləri problemlərin kökündə əmlak məsələlərinin həll olunmaması dayanır:

“Mülkiyyətə torpaq və əmlakın, o cümlədən xəritələrin hələ də təqdim edilməməsi, Bakı bələdiyyələrində ümumiyyətlə bu prosesin bu günə kimi icra olunmamasının kökündə Əmlak Məsələləri Dövlət Xidmətinin bələdiyyələrə yaratdığı problemlərdir. Yəni birinci növbədə bələdiyyənin əsas problemi əmlakla bağlıdır”.

Onun sözlərinə görə, bələdiyyələrin büdcə gəlirlərinin artımı ilə bağlı müvafiq orqanlar, xüsusən də Administrasiyanın müvafiq sektoru, o cümlədən Ədliyyə Nazirliyi və milli bələdiyyə assosiasiyaları bu istiqamətdə birgə ciddi addımlar atırlar:

“Məsələn, bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi yaradılıb, BAMS proqramı hazırlanıb. Keçən il cənab Prezidentin sərəncamı ilə həmin sistemin dövlət internet resursları sisteminə əlavə edilməsi prosesi həyata keçirildi. Bu gün artıq bu prosesin icrası ilə bağlı yekun addımlar atılır. Müəyyən problemlər var ki, artıq öz həllini tapır. Nəticə etibarilə, bələdiyyələrin büdcə gəlirlərində müəyyən mənada artım müşahidə olunur. Yerli vergilərin yığımında isə 25–30 faizlik artım müşahidə olunur”.

Sədr vurğulayıb ki, bütün bunlara baxmayaraq bu gün bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı məsələlər çox ciddi problem olaraq qalır:

“Məsələn, sənədləşdirilmə məsələsi. Tutaq ki, elə hallar var ki, vətəndaş həyətyanı torpaq sahəsi üçün bələdiyyəyə müraciət edir. Hesab edin ki, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə keçirilməsi üçün kifayət qədər vaxt gedir. Bir torpaq sahəsi ilə bağlı əsassız yerə bəzən 18 dəfə imtina məktubu göndərilir. Üstəlik, qiymətləndirmə ilə bağlı müəyyən problemlər yaşanır. Bu və ya digər məsələlər var ki, hazırda öz həllini gözləyir. Xüsusən də bələdiyyə mülkiyyətinə torpaq və əmlakın verilməsi, mülkiyyətin özgəninkiləşdirilməsi, mülkiyyətin tanınması və xəritənin təqdim edilməsi məsələləri problem olaraq qalır. Bu gün bu proseslərin cəmi 10 faizi icra olunub, ya olunmayıb.

Nəzərə alsaq ki, bələdiyyələrin büdcə gəlirləri faktiki olaraq 60 milyon manat ətrafındadır, bu problemlər öz həllini taparsa, bu rəqəm 2–3 dəfə artıq ola bilər.

Nəticə etibarilə, bələdiyyə büdcəsinin artımı vətəndaşın problemlərinin həllini sürətləndirir. Ona görə də bu məsələlərin tezliklə öz həllini tapmasını arzulayırıq. Güman edirəm ki, bu istiqamətdə müəyyən addımlar atılır, amma çox ləngdir”.

V.Tofiqli bildirib ki, əvvəllər qiymətləndirmə rəyi üçün 30 manat ödənildiyi halda, hazırda bu proses Qiymətləndirmə Palatası üzvləri tərəfindən minimum 150 manata həyata keçirilir:

“Bu yaxınlarda da qeyd etmişdim ki, kənd bələdiyyəsinin büdcə gəliri 120 min manatdır. Hesab edin ki, 12 min manat torpaq sənədləşdirilməsi, qiymətləndirilməsi və digər məsələlərə yönəldilib. Yəni əldə edilən büdcə vəsaitinin 10 faizi konkret olaraq əmlak məsələləri üzrə tariflərin, xidmət haqlarının ödənilməsinə yönəlir. Bu da istər-istəməz bələdiyyələrdə narahatlıq yaradır. Çünki bələdiyyəyə yaradılan problem nəticədə vətəndaşa təsir edir və vətəndaş narazı qalır. Halbuki o, bələdiyyədən yox, əslində mərkəzi icra orqanı olan Əmlak Məsələləri Dövlət Xidmətindən narazı qalmalıdır. Çünki problemi yaradan məhz bu orqandır”.

Sədrin sözlərinə görə, bələdiyyə mülkiyyətinin sərhədlərinin müəyyən edilməməsi reklam ödənişləri ilə bağlı gəlirlərə də təsir göstərir:

“Halbuki bələdiyyənin mülkiyyəti bəlli olsa, həmin mülkiyyət üzərində yerləşən reklam vasitələrindən bələdiyyə büdcəsinə müəyyən maliyyə vəsaiti daxil ola bilər.

Bu gün “Azparking” Bakıda ən böyük maliyyə vəsaiti əldə edən qurumlardan biridir. Amma dayanacaqlarla bağlı əldə edilən vəsaitin müəyyən bir hissəsi bələdiyyələrə ödənilməlidir, lakin ödənilmir. Buna bəhanə olaraq göstərilir ki, bələdiyyə mülkiyyəti məlum deyil. Bu səbəbdən AYNA həmin prosesi həyata keçirmir.

Yəni demək istəyirəm ki, bələdiyyələrin bu gün üzləşdikləri problemlərin böyük bir qismi məhz əmlakla bağlıdır. Bu məsələlər öz həllini taparsa, nəticədə bələdiyyə büdcəsinin gəlirləri sözsüz ki, kifayət qədər artmış olar”.

Vüqar Tofiqli qeyd edib ki, ölkə üzrə təxminən 1 milyona yaxın sənədsiz əmlak mövcuddur:

“Bunun nəticəsində həm bələdiyyə uduzur, çünki büdcəyə vergi daxil olmur, həm dövlət uduzur, rüsum daxil olmur, həm də vətəndaş problemlə üzləşir. Vətəndaş əmlakdan 30,40,50 il istifadə etsə də, sənədi olmadığı üçün hüquqi addım ata bilmir.

Əgər bu məsələlər öz həllini taparsa, nəticədə vətəndaş–bələdiyyə münasibətlərində problemlər tezliklə aradan qalxar”.

Əmlak eksperti Ramil Osmanlı bildirdi ki, faktiki olaraq ötən dövrlərdə bələdiyyələr tərəfindən mülkiyyətdə olan torpaq sahələri satılıb və mülkiyyətə yeni ərazilər verilməlidir ki, həmin ərazilərdə torpaq ayırma prosesi davam etsin:

“Torpağın məhz bazar dəyəri ilə satılması anlayışı hesab edirəm ki, doğru yanaşma deyil. Çünki faktiki olaraq regionlarda qeyd olunduğu kimi yerli əhalinin sotu 1000-5000 manata torpaq almaq imkanı yoxdur. Bu qərarla biz yerli sakinə demək istəyirik ki, sənin pulun yoxdursa, sən torpaq almamalısan, sən ev tikməməlisən, sən küçədə yaşamalısan. Hansısa imkanı olan şəxs, bir məmur Bakıdan və ya başqa bir regiondan gəlməlidir, torpaq sahələrini almalıdır və 5 ildən sonra yenə 5 qat qiymətinə bazara çıxarıb satmalıdır. Bu yanaşma, anlayış doğru deyil”.

Ramil Osmanlı vurğulayıb ki, torpaqların bazar qiyməti ilə satılması regionlarda çox ciddi sosial problemlərə səbəb ola bilər:

“Bəlkə bu gün üçün yox, amma müəyyən müddətdən sonra bu problemlər dərinləşəcək. Bir neçə ildən sonra bunu müşahidə edəcəyik. Məsələn, mən sual verirəm. Bu gün ölkədə yarım milyon, nə bilim, 600 min, 400 min və s. müxtəlif rəqəmlər səsləndirilir ki, qanunsuz, sənədsiz tikili mövcuddur. Niyə bu qədər tikili var? Çünki həmin insanların sənədli torpaq almaq imkanları olmayıb. Onlar sadəcə öz imkanlarına uyğun olaraq sənədsiz torpaq alıb, üzərində ev tikiblər və bu tikdikləri ev bu gün özbaşına tikili hesab olunur və bunu sənədləşdirməkdə problem yaşayırlar. Yəni hansı normal, ağlı başında olan insan maddi imkanı yerində olduğu təqdirdə gedib sənədsiz yerdə ev tikər? Heç kim”.

R.Osmanlının fikrincə, aidiyyəti qurumlar bu məsələdə alternativ, daha optimal və region əhalisinin imkanlarına uyğun qərarlar qəbul etməlidirlər:

“Yoxsa , məsələn, Qubanın bir kəndində torpaq sahəsinin qiyməti bu gün bazarda 5 min manatdır. Amma axtarsaq görəcəyik ki, həmin kənddə sotu 5 min manata torpaq almaq imkanında olan heç 2 nəfər də yoxdur. Belə çıxır ki, bundan sonra Qubanın həmin kəndində doğulan, böyüyən, hərbi xidmətə gedib gəlmiş insanlar ailə qurmaq üçün köçməlidirlər Kürdəmirə. Bu yanaşma nə dərəcədə doğrudur?”

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirdi ki, torpaqların bazar qiyməti ilə dəyərləndirilməsi çox açıq məsələdir və bu problem bütün ölkədə mövcuddur:

“1 il öncə bələdiyyə sisteminin Azərbaycanda təkmilləşdirilməsi ilə bağlı seçkilər keçirildi və bu seçkilər regionlar üzrə bələdiyyələrin birləşdirilməsi prosesi ilə getdi. Yəni xırda kənd bələdiyyələri vahid bələdiyyələrdə birləşdirildi. Bu kimi islahat istiqamətində işlər aparıldı.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının hüquqi normativlərində, qanunlarında qərarların yerli icra hakimiyyətləri tərəfindən verilməsi qeyd olunur. Amma elə çıxır ki, bizim ölkədə ərazilərdə iki icraedici qurum var və burada əsas icraedici orqan kimi icra hakimiyyətləri tanınır, amma bələdiyyələrin funksiyaları hələ də cəmiyyət üçün qaranlıq qalır. Bizim xalq yalnız onları torpaq satan təşkilat kimi tanıyıb. Halbuki yerli idarəetmə və sosial işlərin aparılması ilə bağlı bu gün mühüm qurumun fəaliyyətsizliyi bütün ölkə üzrə görünür.

Səbəb nədir? Bunlardan biri, sözsüz ki, eyni ərazidə iki icraedici strukturun olmasıdır. Mənim fikrimcə, bələdiyyə qanunları təkmilləşdirilməlidir, bələdiyyə xalq üçün işləməlidir, ərazilər üzrə söz sahibi olmalıdır, vətəndaşların bir çox problemlərində dəstək və kömək göstərməlidir. Amma bu dəstək onların maliyyələşdirilməsi ilə birbaşa bağlıdır. Maliyyələşmə isə hazırkı vəziyyətdə əsasən vətəndaşlardan toplanan əmlak vergisi hesabına formalaşır. Lakin vətəndaşlar bu vergini ciddi qəbul etmirlər və çox az həcmdə ödəyirlər. Böyük şəhərlərdə əmlak vergisinin ödənilməsi hesabına müəyyən vəsait toplamaq mümkün olur, amma regionlarda bu vəsaitin toplanması, birincisi, çətindir, ikincisi isə toplanan büdcə ilə bələdiyyə özünü belə saxlaya bilmir. Nəinki yol çəkmək, digər layihələr həyata keçirmək və vətəndaşların problemlərini həll etmək...”.

Ekspert vurğulayır ki, bələdiyyələrin heç şübhəsiz öz statusları olmalı və bu statuslara uyğun texniki-maddi baza formalaşdırılmalıdır:

“Texniki-maddi baza dedikdə, onlara verilmiş səlahiyyətlər əsasında torpaq resurslarının formalaşdırılması və həmin torpaqlardan istifadə nəzərdə tutulur.

Bu gün ölkədə kənd və qəsəbələrdə torpaq ən güclü resurslardan biridir. Sirr deyil ki, istənilən regiona və rayona gedəndə yüzlərlə hektar istifadə olunmayan torpaqları görmək mümkündür. Onların bir qismi özəlləşdirilib, bir qismi dövlət sərəncamındadır, bir qismi isə vətəndaşlara kolxoz və sovxozların ləğvi dövründə pay torpağı kimi verilib.

Fikrimcə, burada ciddi islahatlar aparılmalıdır və bələdiyyələrin özünə məxsus torpaqlara çıxarışı olmalıdır. Bu barədə hələ 2020-ci ildə bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi ilə bağlı tapşırıq verilmişdi. Bildiyim qədər, 5–6 il keçməsinə baxmayaraq bu istiqamətdə işlərin cəmi 25–30 faizi tamamlanıb”.

E.Azadovun sözlərinə görə, bələdiyyələrin əsas problemlərindən biri onların sərhədlərinin tam müəyyən edilməməsidir:

“Bu problem Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən irəli gəlir. Keçmişdə koordinatlar sistemi olmadığı üçün bu proseslər adi kağız xəritələr üzərində aparılırdı. Zamanla Nazirlər Kabineti tərəfindən bələdiyyələrə ayrılan torpaqlar da həmin komitə tərəfindən ayrılmış torpaqılar idi. Hazırda bu istiqamətdə komissiyaların yaradılması və ciddi addımların atılması vacibdir ki, xüsusilə regionlarda və kəndlər arasında sərhədlər dəqiq müəyyən olunsun. O da başa düşüləndir ki, torpaq sürüşmələri və digər texniki uyğunsuzluqlar mövcuddur, lakin sistemli tədbirlər görülmədiyinə görə bələdiyyələrin sərhədləri hələ də tam müəyyən olunmayıb. Bu sərhədlər müəyyən edildikdən sonra həmin torpaqlara çıxarış verilməli, onların satışı və icarəsi ilə bağlı düzgün strategiyalar hazırlanmalıdır.

Bir iqtisadçı kimi hesab edirəm ki, boş qalan və istifadə olunmayan torpaq kimi resurslar, passivə çevrilir və gəlir gətirmək əvəzinə əksinə zərələ ötüşür. Ölkədə boş torpaq qalmamalıdır, hər bir formada istifadə olunmaldır.

Qeyd etmək lazımdır ki, sovet dövründə dövlət kolxoz və sovxozlar vasitəsilə torpaqları texnika ilə təmin edirdi. Lakin özəlləşdirmədən sonra vətəndaşlara pay torpaqları verildi və onların böyük hissəsi texnika, suvarma və logistika çatışmazlığı səbəbindən istifadə olunmur.

Bir çox hallarda iş adamları və digər şəxslər bələdiyyə torpaqlarını almaq istəyərkən yüksək qiymətlərlə qarşılaşırlar. Bunun səbəbi torpaq qiymətləndirilməsinin müstəqil qiymətləndirmə şirkətləri tərəfindən aparılmasıdır. Hazırda ölkədə qiymətləndiricilər palatası fəaliyyət göstərir və qiymətləndirmə bazar prinsipləri əsasında aparılır”.

Ekspert əlavə edib ki, bəzi hallarda torpaqların qiymətləndirilməsi düzgün analoqlar əsasında aparılmır:

“Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış zonalarındakı torpaqlardan fərqli olaraq, daha aşağı qiymətləndirilməsi nəzərə alınmalıdır. Bu baxımdan torpaqların bazar qiyməti ilə deyil, daha uyğun və sosial baxımdan əlçatan qiymətlərlə satılması daha məqsədəuyğun olardı.

Bundan əlavə, torpaqlardan istifadə ilə bağlı kollektiv təşkilatların yaradılması vacibdir. Hazırda pay torpaqlarının təxminən 50 faizi istifadə olunmur. Bu isə kənd təsərrüfatı məhsullarının bahalaşmasına və regionlarda işsizliyin artmasına səbəb olur. Texnika, suvarma və logistika problemləri səbəbindən vətəndaşlar torpaqlardan istifadə edə bilmirlər. Bu istiqamətdə bələdiyyələr kollektiv təşkilatların yaradılmasında mühüm rol oynaya və vətəndaşlara dəstək göstərə bilərlər”.

Lalə Novruz,
BakuPost

Oxunub: 496
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:04 | Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO
    Bu gün, 18:03 | Təhlükəli arıqlama məhsulları aşkarlandı
    Bu gün, 18:01 | Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
    Bu gün, 17:57 | Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
    Bu gün, 17:55 | Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
    Bu gün, 16:11 | Veteranlara şad xəbər - 400 manat...
    Bu gün, 16:10 | Baş nazirdən Qarayazı Dövlət Təbiət Qoruğu ilə bağlı qərar
    Bu gün, 15:48 | ABB partnyorları ilə görüş
    Bu gün, 15:30 | Ukrayna ordusu irəliləyir, sərhədi keçdi - Fotofakt
    Bu gün, 14:30 | ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
    Bu gün, 14:26 | Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb
    Bu gün, 14:24 | Ukrayna Rusiyanın Su-24 təyyarəsini vurdu
    Bu gün, 14:02 | Azərbaycanda internet bahalaşır - Yeni rəqəm
    Bu gün, 14:00 | Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat
    Bu gün, 13:30 | 2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
    Bu gün, 13:28 | Pensiyalar və uşaqpulu ilə bağlı gözlənilməz plan – Detallar üzə çıxdı
    Bu gün, 13:24 | Azərbaycan nümayəndə heyəti Budapeştdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edib
    Bu gün, 13:08 | İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    Bu gün, 13:06 | Azərbaycanda gizli şəhər tapıldı - VİDEO
    Bu gün, 13:04 | Daha 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
    Bu gün, 13:01 | Sabah 35 dərəcə isti oalcaq
    Bu gün, 07:53 | Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır
    Bu gün, 07:50 | Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?
    Bu gün, 07:48 | Pul əlinizə gələcək: gözlənilmədən zənginləşəcək üç BÜRC
    Bu gün, 07:44 | İkili standartlar, islamofobiya və susan dünya: Sual vermək vaxtıdır
    Bu gün, 07:42 | Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir" - FOTO
    Bu gün, 07:34 | Şamaxıda yol kənarı zibilliyə çevrilib - FOTO
    Bu gün, 07:32 | Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" - VİDEO
    Bu gün, 07:30 | İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO
    Bu gün, 07:27 | “Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
    Bu gün, 07:25 | Merzin sözlərinə etibar edə bilmərik - Trampın elçisi
    Dünən, 18:33 | Sinifdə elektron siqaret çəkən uşaqlar BU MƏKTƏBDƏ oxuyurmuşlar: Təhsil idarəsindən açıqlama - FOTO
    Dünən, 18:03 | Hövsanda xeyir-şər evi qalmaqalı: Tikili niyə sökülüb? - VİDEO
    Dünən, 17:58 | TƏBİB: Bu əlamətlər varsa, həkimə gedin
    Dünən, 17:56 | Bakıda bu tarixdə “Avtomobilsiz Gün” keçiriləcək – 10 saat nəqliyyat işləməyəcək...
    Dünən, 17:54 | Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR
    Dünən, 17:11 | Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
    Dünən, 17:08 | Növbəti 2 günün hava proqnozu: Leysan, dolu...
    Dünən, 17:04 | Çalışacağıq ki, bütün lazımsız söz-söhbətlər yığışdırılsın!
    Dünən, 17:01 | Qlobal yanacaq böhranı başladı: İmkanlar tükənir…
    Dünən, 15:30 | Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
    Dünən, 15:17 | Şalfey çayının faydaları
    Dünən, 15:03 | Borcun ödənilməsində yeni qayda - Məlumatlar necə sorğulanacaq?
    Dünən, 14:42 | İran ABŞ-ın daha bir PUA-sını vurdu
    Dünən, 14:30 | Dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanıldı
    Dünən, 14:05 | Müharibəyə başlasa, Polşa 3 günə yoxa çıxacaq - Patruşev
    Dünən, 14:03 | 300 min mənimsəyən falçıya hökm oxundu
    Dünən, 13:54 | Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb
    Dünən, 13:24 | Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı
    Dünən, 13:21 | Azərbaycanda ilk dərs günündə BİABIRÇILIQ: Şagirdlər sinifdə elektron siqaret çəkdilər, canlı yayım açdılar - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.