"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllim evə buraxıldı
Fevralın 6-da Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb. Bu barədə KTM-in Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib. Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb. Qeyd edək ki, fevralın 6-ı "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















