Gözünü və böyrəyini itirən qazi vəfat etdi
2016-cı ilin aprelində Ermənistanın təxribatı nəticəsində meydana gələn döyüşlərdə ağır yaralanan hərbi qulluqçu Rüstəm Cəmil oğlu Bayramov Gəncə şəhərində vəfat edib. Mediaxeberleri.Az Gəncəxəbər.az-a istinadla xəbər verir ki, qazi Gəncənin Sevinc qəsəbəsində dünyasını dəyişib. Qeyd edək ki, 1981-ci il təvəllüdlü Rüstəm MAXE kimi çavuş rütbəsində xidmət edib. O, 2016-cı ildə Aprel döyüşləri zamanı ağır yaralanaraq bir gözünü və böyrəyini itirmişdi.
Oxunub: 93
Xəbəri paylaş
Paylaş:





















