2026-cı ildə Mərkəzi Bankın pul siyasəti qərarlarının açıqlanma tarixləri məlum oldu
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dərc edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında məlumat yayılıb. 2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla (4 fevral, 2 aprel, 6 may, 24 iyun, 5 avqust, 23 sentyabr, 4 noyabr və 23 dekabr) təqdim ediləcək. Qeyd olunan tarixlərdən 2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcək. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.
Oxunub: 48
Xəbəri paylaş
Paylaş:





















