Türkiyə Prezidenti: Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar
Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI səfirlər konfransında bildirib. “Azərbaycanla dialoq apararkən, eyni zamanda, Ermənistanla normallaşma prosesini də irəlilədirik”, - Türkiyə Prezidenti qeyd edib. Türkiyə Prezidenti onu da bildirib ki, bu istiqamətdə gələn ilin əvvəlindən etibarən bir neçə simvolik addım atacaqlar.
Oxunub: 55
Xəbəri paylaş
Paylaş:





















