Azərbaycan idmanına ağır İTKİ ÜZ VERDİ
Azərbaycan Respublikasının "Əməkdar məşqçisi", Qazax Uşaq-Gənclər İdman Məktəbinin ağırlıqqaldırma üzrə məşqçi-müəllimi, idman ustası və respublika dərəcəli hakim, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Rəayət Abdalov vəfat edib. Mediaxeberleri.Az xəbər verir ki, o, bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Rəayət müəllimin yetirmələri dəfələrlə Avropa, dünya çempionatlarının və İslam Həmrəyliyi Oyunlarının mükafatçıları olaraq Azərbaycan idmanına böyük uğurlar qazandırıblar. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.Allah rəhmət eləsin.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















