Polşa suborbitial raketini uğurla sınaqdan keçirib
Polşa öz istehsalı olan suborbital raketin sınaqlarını uğurla həyata keçirib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə nazirinin müavini Çezari Tomçik "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Bu gün Ustkada Polşa Hərbi Hava Qüvvələri (HHQ) poliqonunda Hərbi Silahlanma Texnoloji İnstitutu, Lodzdakı 1 nömrəli hərbi aviasiya zavodu və "Gamrat" şirkətindən ibarət konsorsium tərəfindən hazırlanmış üçmərhələli suborbital raketin buraxılışı uğurla həyata keçirilib", - deyə o bildirib. Onun sözlərinə görə, sınaqlar zamanı qarşıya qoyulan bütün tapşırıqlar - mərhələlərin düzgün seçilməsi, təyin edilmiş nöqtəyə istiqamətlənmə və verilmiş trayektoriya üzrə uçuş yerinə yetirilib. Raket 65 kilometr yüksəkliyə qalxıb.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















