Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
  • 13-cü dəfə Avropa çempionu oldu - Foto
  • Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
  • Bu şəxslərin maaşının artırılması təklif olunur
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
  • Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
  • Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
  • Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
  • Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
  • Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
  • Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
  • Bakıda baş redaktor həbs edildi - Foto
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
  • İlham Əliyev dəyirmi masada iştirak etdi
  • Çox çay içənlərin diqqətinə!
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin nüfuzunu artırır, yeni tərəfdaşlar qazandırır" - Vüqar Rəhimzadə

  • Tarix: 22-11-2025, 16:15

Azərbaycanın iqtisadi müstəqilliyi beynəlxalq aləmdə onun siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsini şərtləndirir.

Azərbaycanın dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi ölkəmizin həm iqtisadi, həm də siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Daim malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycanın bu ehtiyatlardan səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrini uğurla həyata keçirməsi yeni körpülərin qurulmasında, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində öz sözünü deyir.


Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyimizə xidmət edən mühüm addımlardan biri oldu. Öncə regional çərçivədə qurulan əməkdaşlıq zaman keçdikdə coğrafiyasını genişləndirdi, beynəlxalq miqyas aldı. Cənub Qaz Dəhlizi, onun əsas tərkib hissəsi olan TANAP və TAP layihələri bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”nin davamı olaraq imzalanmış “Yeni əsrin müqaviləsi” bu gün Azərbaycana beynəlxalq arenada iqtisadi və siyasi dividendlər qazandırır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi qeyri-neft sektorunun uğurlu inkişafına yol açır.

Artıq bugünün çağırışı yaşıl enerjiyə keçiddir. Bu baxımdan ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri Azərbaycanın bütün imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Ötən ilin diplomatik uğuru olan COP29 iqlim konfransına ev sahibliyimizi, eyni zamanda, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini xatırlasaq bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və rolunu aydın şəkildə görə bilərik. “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edən bu mühüm hadisələr Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı oldu. Azərbaycanın COP29 iqlim konfransına yüksək səviyyədə ev sahibliyi bu sahədə zəngin təcrübəyə malik olduğunu nümayiş etdirdi. Qısa müddətdə Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Bakıda keçirilən COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un yüksək səviyyədə təşkili və əldə olunan nəticələr qonaqlar tərəfindən yüksək dəyərləndirildi. COP29-a hazırlıq dövründə genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. “Yaşıl dünya naminə həmrəylik!” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Azərbaycan, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Ən əsası, Bakı iqlim konfransı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədini qəbul etdi. Şübhəsiz, bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsi, iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

Vüqar Rəhimzadə vurğulayıb ki, COP29 ilə Braziliyada keçirilən COP30 arasında müqayisəli təhlil aparsaq tamamilə fərqli bir mənzərənin şahidi olarıq. Möhtəşəmliyi, yüksək təşkilatçılığı, iştirakçıların say tərkibi, qəbul olunan qərarları ilə tarixə yazılan COP29-u heç bir baxımdan yadda qalmayacaq, ardıcıl problem yaşayan COP 30-u müqayisə etmək belə mümkün deyil. Bu gün Azərbaycanın ev sahibliyi ilə Braziliyanın ev sahibliyi arasında fərq diqqətdən kənarda qalmır. Braziliya iqlim konfransına hazırlıq prosesi zamanı COP30-un təyin olunmuş prezidenti, braziliyalı səfir Andre Korrea do Lago mətbuata müsahibəsində “Ötən il noyabrda Azərbaycan COP29-a ev sahibliyi etdi. Azərbaycanın bu prosesdəki rolunu necə qiymətləndirirsiniz” sualını cavablandırarkən bildirmişdir ki, bu, həqiqətən də çox məhsuldar və uğurlu bir il idi. Azərbaycanın nümayəndə heyətində, hökumətində və işgüzar dairələrində çoxlu dəyərli tərəfdaşlar qazandıq. Bakı COP-u konkret hədəflərlə yadda qaldı. Həmçinin COP29 bir sıra hədəflərə nail oldu. Hazırda da Azərbaycanla sıx əməkdaşlıq edirik, çünki ölkəniz hələ də Sədrlik funksiyasını yerinə yetirir. COP-un təşkili sahəsində Azərbaycan hansı istiqamətlərdə Braziliyaya dəstəyinə gəldikdə isə COP30-un prezidenti qeyd etmişdir ki, Azərbaycan bu prosesdə çox böyük dəstək göstərir.

Millət vəkili bildirib ki, ötən ilin mühüm uğurlarından biri də ölkəmizin dekabrın 19-da D-8 təşkilatına üzv qəbul olunması oldu. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1997-ci ildə, inkişaf etməkdə olan səkkiz ölkə tərəfindən qurulub. Bu təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir. Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində ölkəmiz yekdilliklə D-8 təşkilatının üzvü seçildi. Azərbaycanın quruma üzvlüyü uğurlu siyasətinin, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, söz sahibliyinin nəticəsi kimi dəyərləndirildi. Təşkilatın məqsəd və məramını nəzərə alsaq Azərbaycanın bu quruma üzvlüyünün məhz dünyanı Azərbaycana toplayan COP29 tədbirindən sonrakı dövrə təsadüf etməsi özündə bütün məqamları ehtiva etdi. Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdar oldu.

Bu baxımdan Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun keçirilməsi böyük əhəmiyyət kəsb edir. D-8 Media Forumu olduqca böyük əhəmiyyət kəsb edən bir platformadır. Forum ölkələrimiz arasında mövcud olan dostluğun, əməkdaşlığın və qarşılıqlı etimadın bariz təzahürüdür. Dövlət başçısı İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciətində də bildirdi ki, əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olundu, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u baş tutdu. Dövlət başçısı İlham Əliyev müraciətində bu əminliyi də ifadə edir ki, Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcək.

Milli Məclisin deputatı bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri onun daim yeni tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır.




Oxunub: 521
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Bu gün, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Bu gün, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Bu gün, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Bu gün, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Bu gün, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Bu gün, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Bu gün, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Bu gün, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Bu gün, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Bu gün, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Bu gün, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Bu gün, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Bu gün, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.