Səlim Müslümov satışa çıxarılan milyonluq mülklərindən danışdı: "Nə deyə bilərəm ki..."
27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyektinin satışa çıxarılması ilə bağlı məlumat yayılıb. Mediaxeberleri.Az-ın məlumatına görə Manset.az məsələ ilə bağlı fikirlərini öyrənmək üçün sabiq nazirlə əlaqə saxlayıb. Səlim Müslümov bu barədə ətraflı danışmaq istəmədiyini bildirib: "Mənə aid olan əmlaklar dövlət tərəfindən müsadirə olunub. Satışa çıxarılıb, heç nə deyə bilmərəm. Burada böyüdüləcək nə var? Nə deyə bilərəm ki?" - deyə sabiq nazir qeyd edib. Qeyd edək ki, ümumilikdə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay da 490 min manata iki mənzili satışa çıxarılıb.
Oxunub: 2 407
Xəbəri paylaş
Paylaş:





















