Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

  • Tarix: 12-02-2026, 09:01

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev media nümayəndələri üçün keçirilən brifinqdə bildirib ki, yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatıb.

Nazir müavinin sözlərinə görə, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıb.

“Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir”, -deyə o qeyd edib.

Nazir müavinin son illərdə pensiyaların bir neçə dəfə artırılması ilə bağlı dediyi fikirlər ilk başda qulağa xoş səslənsə də, burada diqqətdən kənarda qalmamalı bir sıra vacib məqamlar var. İlk növbədə pensiya artımlarının əhalinin rifahına real təsir göstərməsi üçün bu artımlar təkcə nominal deyil, həm də ərzaq və xidmətlər üzrə inflyasiyanı üstələməlidir. Əks halda, maaş və pensiyalardakı artım kağız üzərində qalır, gündəlik bazar xərcləri isə bu artımı qısa müddətdə “əridir”.

Elə pensiyaçılar özləri də çox vaxt sözügedən artımların onların həyat səviyyəsinə ciddi təsir etmədiyini bildirirlər. Bildirilir ki, pensiyalar artırılsa da, ərzaq və gündəlik tələbat məhsullarının qiymətindəki bahalaşma, xüsusilə son dövrlərdə çörək, yağ, un məmulatları və dərman qiymətlərinin yüksəlməsi pensiyaçıların real alıcılıq qabiliyyətini zəiflədir və artımların gündəlik həyatda ciddi hiss olunmadığına dair narazılıqları artırır.



Bəs həqiqətənmi son illərdəki pensiya artımları ərzaq qiymətlərindəki bahalaşmanı kompensasiya edə bilmir?

Mövcud artımların əhalinin rifahına hansı səviyyədə təsir etdiyini daha aydın anlamaq üçün son 15 ildə ölkədə ərzaq məhsullarının qiymətində baş verən qiymət dəyişikliyini araşdırmaq qərarına gəldik.

Apardığımız araşdırma zamanı məlum oldu ki, son 15 il ərzində – 2011-ci ilin yanvarından 2026-cı ilin yanvarınadək Azərbaycanda əsas ərzaq məhsullarının demək olar ki, hamısında qiymət artımı qeydə alınıb.

Ət məhsulları üzrə:

- Sümüklü mal ətinin 1 kiloqramı 2011-ci ildə 7 manat olduğu halda, 2026-cı ildə 16,5 manata yüksəlib – 2,4 dəfə artıb;

- Sümüklü qoyun əti 8 manatdan 18,8 manata qalxıb – 2,3 dəfə bahalaşıb;

- Toyuq əti isə 4 manatdan 6,15 manata yüksəlib – 54 faiz artım var.

Çörək və un məmulatları

- 300 qramlıq çörək 0,30 manatdan 0,55 manata qalxıb – 83 faiz artım.

- Unun 1 kiloqramı 0,50 manatdan 1,50 manata yüksəlib – 3 dəfə bahalaşıb.

- Makaron və vermişel məhsulları hər biri 0,80 manatdan 2,70 manata qalxaraq 3,4 dəfə artım göstərib.

Süd və süd məhsulları

- Kərə yağı ən çox bahalaşan məhsul olub: 6,30 manatdan 23,30 manata – 3,7 dəfə artım;

- Qatıq 1,50 manatdan 2,85 manata yüksəlib – 90 faiz artım;

- Sterilizə olunmuş süd 1,50 manatdan 3 manata qalxıb – 2 dəfə bahalaşıb;

- Yumurtanın 1 ədədi 0,17 manatdan 0,21 manata qalxıb – 24 faiz artım;

Yağlar və digər əsas məhsullar

- Qarğıdalı yağı 1 litr üçün 2,30 manatdan 5,50 manata yüksəlib – 2,4 dəfə;

- Duzun 1 kiloqramı 0,40 manatdan 1 manata qalxıb – 2,5 dəfə;

- Çay (100 qram) 0,80 manatdan 1,40 manata yüksəlib – 75 faiz artım;

- Şəkər tozu 1 manatdan 1,95 manata qalxıb – 95 faiz artım.

Dənli və paxlalı məhsullar

- Qarabaşaq 2,40 manatdan 3,40 manata yüksəlib – 42 faiz artım;

- Yumru düyü 1,30 manatdan 3,10 manata qalxıb – 2,4 dəfə;

- Uzun düyü 2,70 manatdan 4,80 manata yüksəlib – 78 faiz artım;

Quru meyvə və çərəzlər

- Qoz ləpəsi 10 manatdan 17 manata qalxıb – 70 faiz artım;

- Fındıq ləpəsi 8 manatdan 27 manata yüksəlib – 3,4 dəfə bahalaşıb;

Meyvə-tərəvəz üzrə mənzərə daha fərqlidir:

-Banan 2,60 manatdan 3 manata qalxıb – 15 faiz artım;

-Armud 3 manatdan 3,60 manata yüksəlib – 20 faiz artım.;

-Mandarin (xarici) 2 manatdan 2,30 manata qalxıb – 15 faiz artım;

-Portağal (xarici) 2,50 manatdan 3 manata yüksəlib – 20 faiz artım;

-Xiyar (istixana) 2 manatdan 3,80 manata qalxıb – 90 faiz artım;

-Pomidor 3 manatdan 4,60 manata yüksəlib – 53 faiz artım;

-Kök 1 manatdan 1,20 manata qalxıb – 20 faiz artım.

Eyni zamanda ucuzlaşma qeydə alınan məhsullar da var

- Alma 2 manatdan 1,80 manata düşüb – 10 faiz ucuzlaşma;

- Soğan və kələm hər ikisi 0,80 manatdan 0,70 manata enib – 12,5 faiz ucuzlaşma;

- Kartof 0,90 manatdan 1,10 manata qalxıb – 22 faiz artım;

- Göyərtinin qiyməti isə 0,20 manat olaraq dəyişməyib.

Hesablamalar göstərir ki, eyni dövrdə əsas ərzaq məhsullarının böyük əksəriyyətinin qiyməti 2–4 dəfə, bəzi məhsulların — xüsusilə kərə yağı, un məmulatları və çərəzlərin qiyməti isə 3–4 dəfə artıb. Məsələn, kərə yağının qiyməti 15 ildə 3,7 dəfə, un və makaron məhsulları 3 dəfədən artıq bahalaşıb.



Pensiya sahəsindəki artımlara gəlincə, 2011-ci ildə ölkədə orta aylıq pensiya məbləği 115 manat olub. Bu məbləğ 15 il ərzində 590 manata yüksəlib ki, bu da 5 dəfədən çox nominal artım deməkdir.

Ancaq pensiyalar nominal olaraq 5 dəfə artsa da, gündəlik istehlak səbətindəki xərclərin sürətli artımı pensiyaçıların real alıcılıq qabiliyyətini ciddi şəkildə məhdudlaşdırıb.

Sadə müqayisə üçün 2011-ci ildə pensiyaçıların gündəlik istehlak etdiyi əsas ərzaq məhsullarından ibarət şərti “ərzaq səbəti” götürək. Məsələn, 1 kiloqram un, 1 kiloqram sümüklü mal əti, 1 litr süd, 100 qram çay, 1 kiloqram şəkər tozu və 1 kiloqram kartofdan ibarət səbətin dəyəri 2011-ci ildə təxminən 13–14 manat təşkil edirdisə, 2026-cı ilin yanvarına gəldikdə eyni məhsullardan ibarət səbətin qiyməti 30 manata yaxınlaşır.

Beləliklə, pensiyalar 15 il ərzində nominal olaraq 5 dəfədən çox artırılsa da, qiymətlərin yüksəlməsi - ərzaq və xidmət inflyasiyası bunun həyat səviyyəsinə təsirini neytrallaşdırıb.

E. Bəyməmmədli

“AzPolitika.info”




Oxunub: 2 545
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.