Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Son xəbərlər :
  • Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
  • Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
  • İsmayıllıda ev və köməkçi tikili yandı
  • Repetitorlar çətin sınaq qarşısında
  • Bu rayonlara qar yağıb - Hava məlumatı
  • Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
  • Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
  • İlham Əliyev fərman imzaladı
  • Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
  • "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
  • Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
  • "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
  • “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
  • Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
  • Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
  • Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
  • Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
  • Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“PEZEŞKİAN MƏHZ BUNA GÖRƏ ÖLDÜRÜLMƏDİ...” – “Azərbaycan və Türkiyə ən yaxşı vasitəçi ola bilər”

  • Tarix: 2-03-2026, 21:20

Qüdrət Həsənquliyev: “Ölkəmizdə heç bir başqa ölkənin hərbi bazasının olmaması Prezidentə imkan verdi ki, Azərbaycanı münaqişədən kənarda tuta bilsin” 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev İrana qarşı müharibənin gedişatı, regionda yaratdığı təsirlər, Azərbaycanın reaksiyası və üzləşmək ehtimalı olan problemlər barədə danışıb.

Mediaxeberleri.Az müsahibəni təqdim edir:

- Qüdrət bəy, ABŞ və İsrailin İranın strateji obyektlərinə hava zərbələri endirməsinə münasibətinizi bilmək istərdik...

- Baş verənləri xalqımızın hər bir nümayəndəsi kimi, mən də böyük narahatlıqla izləyirəm. ƏHD partiyası problemlərin danışıqlar yolu ilə həllinin, inkişafın isə təkamül yolu ilə baş verməsinin tərəfdarıdır. Təəssüf ki, İranla ABŞ və İsrail arasında təhlükəsizlik məsələlərinə dair yaranmış fikir ayrılıqlarını danışıqlar yolu ilə çözmək mümkün olmadı. Dinc insanların, xüsusilə uşaqların müharibədə həyatını itirməsi, dağıntılar, məhrumiyyətlər, insan iztirabları çox üzücüdür. Ləyaqətli həyat üçün imkanlar yaradılmasını, təbii sərvətlərin ədalətli bölgüsünü tələb edən etirazçıları gülləbaran etmək, özündən güclünü məhv etməklə hədələmək İrandakı teokratik rejim üçün ağır nəticələrə səbəb oldu. Ruzi və hakimiyyət Allahın lütfüdür. Əzazil davranışı ilə Allahın qəzəbinə gələnləri heç kim xilas edə bilməz.

Müharibədən öncə müsahibələrimdə həmişə deyirdim ki, ölkəni özündən çox-çox güclü olanlarla müharibəyə cəlb etmək, öz xalqını məhrumiyyətlər içərisində yaşatmaq nə qəhrəmanlıqdır, nə də yaxşı gələcək vəd edən müdrik davranış. Müharibənin ilk günü göstərdi ki, ərəb ölkələrində proksi qüvvələr saxlayan İranın hava hücumundan müdafiə sistemi demək olar ki, yoxdur. Yaxın günlərdə İranın gələcək taleyi bəlli olacaq. Allaha dua edək ki, hər şey sonda soydaşlarımız və İranda yaşayan bütün digər xalqlar üçün uğurlu olsun. İrana tətbiq olunmuş sanksiyalar aradan qaldırılsın, ölkəyə xarici investisiya, müasir texnologiya gəlsin, ölkə inkişaf etsin. Qonşularımızda sabitlik olanda, onlar rifah içərisində yaşayanda bu, Azərbaycan vətəndaşlarının da həyatına öz müsbət təsirini göstərir. Rusiya-Ukrayna savaşından öncə Rusiyada işləyən soydaşlarımız öz ailələrinə ildə 4 milyard dollara qədər vəsait göndərirdi. İran inkişaf etsə, soydaşlarımız orda da özlərinə iş tapıb ailələrinə kömək edə bilərlər.

- Müharibəyə Azırbaycan dövlətinin yanaşmasını necə qarşıladınız?

- Azərbaycanın yanaşması BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanır. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət edilməlidir. Ali dini liderin ölümü ilə əlaqədar Prezidentin və Ceyhun Bayramovun öz tərəf müqabillərinə başsağlığı verməsi də yaxın qonşuluq münasibətlərindən doğan diplomatik etiket qaydadır. Ölkəmizin müharibədə həm hücum edən ölkələrlə, həm də müdafiə olunan tərəflə yaxın münasibətləri var. Azərbaycanın hər zaman "bizim hansısa ölkə ilə əməkdaşlığımız digər ölkəyə qarşı yönəlməyib" fikrini vurğulaması və səmimi olaraq bu prinsipə sadiq qalması, ölkəmizdə heç bir başqa ölkənin hərbi bazasının olmaması Prezidentə imkan verdi ki, ölkəmizi münaqişədən kənarda tuta bilsin. Bu düzgün siyasətin nəticəsidir və qiymətləndirilməlidir.

- Azərbaycan istəməsə belə bu münaqişəyə cəlb oluna bilərmi?

- Bu o halda ola bilər ki, biz hücuma məruz qalaq, yaxud Cənubi Azərbaycandakı soydaşlarımız etnik təmizləmə və ya soyqırımı ilə üzləşsin. Ümid edirəm, bunların heç biri baş verməz.

- Müharibə qlobal münaqişəyə və regionda böyük xaosa yol aça bilərmi?

- Bu təhlükə var, amma baş vermə ehtimalı azdır. Çünki nə region dövlətləri, nə də böyük dövlətlər bunda maraqlı deyil. Rusiyanın başı Ukraynada qarşıb və hazırda müharibədən qalib kimi necə çıxmağın yollarını arayır. Çin isə tezliklə sabitliyin bərpa olunmasında maraqlıdır ki, regionun təbii sərvətlərindən istifadə edə bilsin.

- İranda hava zərbələrinin nəticəsi olaraq rejim dəyişikliyi mümkündürmü?

- Hazırda bu ehtimal olduqca azdır. Quru qoşunları yeridilmədən rejim dəyişikliyinə nail olmaq demək olar ki, mümkünsüz görünür. Düşünmürəm ki, ABŞ hazırda İrana quru qoşunları göndərsin. Sadəcə, hava zərbələri davam etdikcə İranın olan-qalan iqtisadiyyatı dağılacaq, ölkə ciddi blokadaya alınacaq. Bu işdə ona İran tərəfindən bombalanan ərəb dövlətləri də, ABŞ-nin NATO üzrə müttəfiqləri də kömək edəcək. Bu halda ABŞ İranın legitim Prezidenti ilə bəzi məsələlər barədə anlaşa bilər. İnanıram ki, Pezeşkian məhz buna görə öldürülməyib, çünki o seçildiyi gündən ABŞ ilə anlaşmağın tərəfdarı idi. Təqribən Venesueladakı kimi bir anlaşma ola bilər. Belə bir anlaşma olmasa, sanksiyalar və blokada aradan qaldırılmasa, İran öz neftini satmaqda böyük çətinliklə üzləşəcək. Bu isə sonda sosial vəziyyəti son dərəcə ağırlaşdırıb dözülməz edəcək, ölkə daxilində inqilaba səbəb olacaq. Əlbəttə, çox istərdik ki, daha çox qan tökülməmiş və daha böyük dağıntılar olmamış, İran təhlükəsizliyinə ABŞ-dən təminat alsın və onunla anlaşıb islahatlara başlasın. Bu işdə Azərbaycan və Türkiyə ən yaxşı vasitəçi ola bilər.

- İranda demokratiyanı mümkün sayırsınızmı?

- İranda tam azad seçkilər olmasa da, müəyyən bir seçki ənənəsi formalaşıb. Bu fakt gələcək üçün ümidlər yaradır. Möhkəm və gözəl bir bina tikmək üçün yaxşı memar və mühəndislə yanaşı keyfiyyətli tikinti materialları da lazımdır. Demokratiyada da belədir. Demokratik dəyərlərə sadiq liderlərlə yanaşı, siyasi baxımdan yetkin və demokratiyanı qorumağa hazır olan vətəndaşlar olmalıdır. Bunun üçün İrana zaman lazım olacaq.

“AzPolitika.info”


Oxunub: 350
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:56 | Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
    Bu gün, 13:04 | Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
    Bu gün, 13:02 | İsmayıllıda ev və köməkçi tikili yandı
    Bu gün, 11:40 | Repetitorlar çətin sınaq qarşısında
    Bu gün, 11:15 | Bu rayonlara qar yağıb - Hava məlumatı
    Bu gün, 11:14 | Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
    Bu gün, 11:06 | Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
    Bu gün, 11:05 | İlham Əliyev fərman imzaladı
    Bu gün, 07:33 | Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
    Bu gün, 07:31 | "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
    Dünən, 21:54 | Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
    Dünən, 21:27 | "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
    Dünən, 20:20 | “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
    Dünən, 20:14 | Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
    Dünən, 20:06 | Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
    Dünən, 18:42 | Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
    Dünən, 18:34 | Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 16:33 | Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
    Dünən, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    Dünən, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    Dünən, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    Dünən, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    Dünən, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    Dünən, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Dünən, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    Dünən, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    Dünən, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    Dünən, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    Dünən, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    Dünən, 11:35 | Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
    Dünən, 11:29 | “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    Dünən, 11:26 | Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
    Dünən, 11:22 | ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
    Dünən, 11:19 | Qaradağda əsgərləri daşıyan avtobus aşdı
    Dünən, 11:06 | Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
    Dünən, 10:58 | Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
    Dünən, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    Dünən, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    Dünən, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    Dünən, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    Dünən, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    Dünən, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    Dünən, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    Dünən, 09:53 | Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - Foto
    Dünən, 09:44 | İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    Dünən, 09:13 | İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək"
    Dünən, 09:04 | Misli Premyer Liqasında VII tur başlayır: "Neftçi" "Sabah"a, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı
    Dünən, 07:56 | Vətəndaşın pensiyasına təsir edəcək QƏRAR - VİDEO
    Dünən, 07:54 | Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Dünən, 00:00 | Hadrutun işğaldan azad edilməsindən 6 il ötür
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.