Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır

Son xəbərlər :
  • “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
  • Millimizdən dünya çempionatında böyükhesablı qələbə
  • Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
  • Məşhurlar ən çox bu kokteyli içir
  • Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
  • Çay içənlərə XƏBƏRDARLIQ
  • 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
  • Zeytun Festivalının açılışı olub - Foto
  • “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
  • Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
  • U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
  • Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
  • Bu şəxslər təyyarədən pulsuz istifadə edəcək
  • İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
  • Kartdan-karta pul köçürənlərə vacib xəbər - Foto
  • Pezeşkian Moskvaya gedir: 27 oktyabrda nə baş verəcək?
  • Payızda bu qidaları süfrənizdən əskik etməyin
  • Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi -
  • “Barselona” “Real”la matça necə hazırlaşır?
  • Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR... - Azərbaycanda ərzağın qiyməti niyə enmir?

  • Tarix: 2-03-2026, 09:45

Bu ilin yanvar ayında Azərbaycana 202 milyon 419,2 min ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib. Rəsmi statistikaya əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq idxalının dəyəri cüzi – cəmi 0,3 faiz və ya 666 min dollar azalıb.

Struktur baxımından idxalda maraqlı mənzərə formalaşıb. Dəyər ifadəsində ən böyük pay meyvə və tərəvəzə məxsus olub, miqdar baxımından isə buğda liderliyini qoruyub. "Yeniavaz" açıqlanan rəsmi məlumatlara istinadən xəbər verib ki, yanvar ayında ölkəyə 37,9 min ton meyvə-tərəvəz gətirilib və bu məhsulların ümumi gömrük dəyəri 33,4 milyon dollar təşkil edib. Beləliklə, idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta gömrük dəyəri 1,5 manat (0,88 dollar) olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvarında bu göstərici 1,26 manat (0,74 dollar) idi. Bu isə illik müqayisədə artımın qeydə alındığını göstərir.

Son iki ilin yanvar aylarının göstəricilərinin təhlili göstərir ki, bəzi məhsullar üzrə ciddi qiymət dəyişiklikləri baş verib. Gömrük dəyəri ən çox artan məhsul süd və qaymaq olub – illik artım 27,1 faiz təşkil edib. Əksinə, ən böyük ucuzlaşma düyü üzrə qeydə alınıb. İdxal olunan düyünün orta gömrük dəyəri son bir ildə 21,2 faiz azalıb.

Lakin diqqət çəkən əsas məqam ondan ibarətdir ki, gömrük dəyərində azalma daxili bazarda qiymətlərin ucuzlaşmasına səbəb olmayıb. Məsələn, idxal olunan kərə yağının orta gömrük dəyəri illik müqayisədə 4,9 faiz aşağı düşsə də, pərakəndə satış qiyməti 10 faiz və ya 2,1 manat artıb. Eyni vəziyyət düyü bazarında da müşahidə olunur: gömrük dəyəri 21,2 faiz azaldığı halda, daxili bazarda satış qiyməti 1,2 faiz və ya 9 qəpik yüksəlib.



Digər tərəfdən, yanvar ayında qlobal ərzaq qiymətləri ardıcıl beşinci dəfə azalıb. Məlumata görə, ümumi ərzaq qiymətləri indeksi dekabr ayı ilə müqayisədə 0,4 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 faiz aşağı düşüb. Qiymətlərin enməsi əsasən süd məhsulları, şəkər və ət üzrə kotirovkaların ucuzlaşması ilə bağlı olub. Bununla belə, ayrı-ayrı məhsul qruplarında fərqli dinamika müşahidə edilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) taxıl indeksi yanvar ayında 0,2 faiz artıb. Buğda və qarğıdalı üzrə dünya qiymətlərində cüzi azalma qeydə alınsa da, ümumi indeksdə artım baş verib. Böyük buğda ehtiyatları Rusiya və ABŞ-də payızlıq əkinlər üçün hava risklərinin təsirini kompensasiya edib. Düyü üzrə qiymət indeksi isə 1,8 faiz yüksəlib. Bitki yağlarının qiymət indeksi 2,1 faiz artaraq yüksəliş nümayiş etdirib. Cənub-Şərqi Asiyada istehsalın mövsümi azalması və davamlı idxal tələbi fonunda palma yağının qlobal qiymətləri artıb. Cənubi Amerikadan ixracın azalması və ABŞ-da bioyanacağa yüksək tələbat soya yağının bahalaşmasına səbəb olub. Qara dəniz regionunda təklifin məhdudlaşması günəbaxan yağının da qiymətini yüksəldib. Eyni zamanda Avropa İttifaqına yüksək idxal həcmi səbəbindən raps yağının qiymətində azalma qeydə alınıb.



Ət qiymətləri indeksi də 0,4 faiz aşağı düşüb. Qlobal bazarda təklif bolluğu və zəif tələbat səbəbindən donuz əti ucuzlaşıb. Bununla yanaşı, Braziliyada məhsulun bahalaşması və yüksək ixrac tələbatı quş ətinin qiymətlərini artırıb. Mal və qoyun əti üzrə qiymətlər sabit qalıb. Braziliyadan Çinə tədarükün artması ABŞ tərəfindən rüsumsuz kvotanın sürətlə doldurulmasının təsirini kompensasiya edib.

Süd məhsulları üzrə qiymət indeksi də 5 faiz enib. Təklifin kifayət qədər olması nəticəsində pendir və kərə yağı ucuzlaşıb. Bununla belə, Yaxın Şərq, Şimali Afrika və Asiyanın bəzi regionlarında tələbatın bərpası fonunda yağsız quru südün qiymətləri artıb.

Şəkər qiymətləri indeksi 1 faiz azalıb. FAO bunu cari mövsümdə qlobal təklifin artacağı ilə bağlı gözləntilərlə əlaqələndirir. Hindistanda istehsalın bərpası, Tailand üçün əlverişli proqnozlar və Braziliyada müsbət dinamika qiymətlərin aşağı düşməsinə təsir göstərib.

Təşkilat qlobal taxıl istehsalı ilə bağlı yenilənmiş proqnozunu da açıqlayıb. Bildirilib ki, ümumi istehsal həcmi 3,023 milyard tona çatacaq ki, bu da rekord göstərici hesab olunur. Artım əsasən Kanada və Avropa İttifaqında buğda məhsulunun gözləniləndən yüksək olması, həmçinin Çin və ABŞ-də qarğıdalı əkin sahələrinin genişlənməsi və məhsuldarlığın artması ilə bağlıdır. Düyü istehsalının da Hindistan, Banqladeş, Braziliya, Çin və İndoneziya hesabına yüksələcəyi proqnozlaşdırılır.

Maraqlıdır ki, 5 aydır qlobal bazarda ir çox əsas ərzaq məhsullarının qiymətlərinin ucuzlaşması, paralel olaraq idxal olunan bir sıra ərzaq məhsullarının gömrük dəyərinin aşağı düşməsinə baxmayaraq, marketlərdə ərzaq qiymətləri yenə də yüksək olaraq qalır. Bu halda isə ortaya bir sual çıxır: Ölkədə ərzaq məhsullarının qiymətinin ucuzlaşması üçün daha nə baş verməlidir?




İqtisadçı Xalid Kərimli “AzPolitika”ya açıqlamasında bildirib ki, ölkədə 2026-cı ildə inflyasiyanın davam edəcəyi gözlənilir:"Mərkəzi Bankın proqnozlarına əsasən, gələn il inflyasiya təxminən 5,7 faiz səviyyəsində olacaq. Yanvar ayının statistikasına əsasən, ərzaq qiymətlərində artım ümumi inflyasiya göstəricisindən aşağı olub".

Ekspert qeyd edib ki, qiymətlərin formalaşmasına təkcə idxal amilləri deyil, həm də daxili faktorlar təsir göstərir:"Yanvar ayında dizel, benzin və enerji qiymətləri artırılıb. Eyni zamanda işçilərin əməkhaqları 9 faizdən çox yüksəlib. Bu isə sahibkarların xərclərini artırır, daşıma və saxlanma xərclərinin yüksəlməsinə səbəb olur. Nəticədə artan xərclər məhsulun satış qiymətinə əlavə edilir. Tarif Şurasının qəbul etdiyi qiymət artımları da zamanla bazara ötürülür. Tariflər aşağı salınmadığı və əməkhaqları azalmadığı üçün qiymətlərdə də ciddi enmə müşahidə olunmur".



Xalid Kərimli bildirib ki, dünya bazarında hər hansı məhsulun ucuzlaşması onun daxili bazarda dərhal enməsi demək deyil. Məsələn, yağ məhsullarını misal çəkən iqtisadçı qeyd edib ki, son vaxtlar bəzi marketlərdə endirim kampaniyaları çərçivəsində qiymətlərdə 10-15 faiz azalma müşahidə olunub. Onun sözlərinə görə, 2-3 ay əvvəl 27-28 manata satılan bəzi yağlar hazırda 22-23 manata, 22-23 manatlıq məhsullar isə 18-19 manata təklif olunur.

Ekspert izah edib ki, dünya bazarında qiymət düşən kimi bunun yerli bazarda hiss olunmamasının əsas səbəblərindən biri sahibkarların anbarlarında əvvəlki, daha yüksək qiymətlə alınmış malların qalmasıdır: "Pərakəndə ticarətdə köhnə qiymətlə alınmış məhsulların satılıb tükənməsi və yeni partiya ilə əvəzlənməsi zaman tələb edir. Dəyər zəncirində məhsulun topdansatışdan pərakəndə satışa qədər hər mərhələdə yenilənməsi vaxt aparır. Bəzi hallarda bu proses 3-5 ay, hətta daha uzun çəkə bilər. Məsələn, Yeni Zelandiyadan Azərbaycana gətirilən yağ məhsullarının daşınması təxminən iki ay davam edir. Bu, texniki prosesdir və qiymət dəyişiklikləri dərhal bazara ötürülmür".

İqtisadçı əlavə edib ki, ölkədaxili qiymətlərə manatın dəyərindəki dəyişikliklər də təsirsiz ötüşmür. O bildirib ki, ötən il rubl-dollar məzənnəsində ciddi dəyişiklik olub:"Əvvəllər 1 dollar 90-100 rubl idisə, hazırda 75-80 rubl civarındadır. Bu, rublun 20-25 faiz bahalaşması deməkdir. Nəticədə idxal olunan məhsulların qiyməti xarici valyutada azalsa belə, məzənnə fərqləri və digər xərclər yerli bazarda qiymətlərin eyni templə enməsinə imkan vermir".

"Bəzi hallarda şirkətlər qiymətləri dərhal yeniləməyə də bilər. Bu baxımdan dövlət qurumlarının rolu önəmlidir. O xatırladıb ki, 2024-cü ildə Rəqabət Məcəlləsi qüvvəyə minib və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi inhisarçılıq və süni qiymət artımı hallarına nəzarət edən orqandır. Xüsusilə iri idxalçılar üzərində nəzarətin gücləndirilməsi vacibdir ki, vətəndaşlar bu cür hallardan zərər görməsinlər", - iqtisadçı əlavə edib.

E. Bəyməmmədli

"AzPolitika.info"

Qeyd:Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanmışdır.


Oxunub: 308
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    Dünən, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    Dünən, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    Dünən, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    Dünən, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    Dünən, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    Dünən, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    Dünən, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    Dünən, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    Dünən, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    Dünən, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    Dünən, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Dünən, 19:06 | Bu şəxslər təyyarədən pulsuz istifadə edəcək
    Dünən, 19:03 | İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
    Dünən, 18:59 | Kartdan-karta pul köçürənlərə vacib xəbər - Foto
    Dünən, 18:42 | Pezeşkian Moskvaya gedir: 27 oktyabrda nə baş verəcək?
    Dünən, 18:35 | Payızda bu qidaları süfrənizdən əskik etməyin
    Dünən, 18:32 | Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi -
    Dünən, 18:30 | “Barselona” “Real”la matça necə hazırlaşır?
    Dünən, 18:29 | Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia
    Dünən, 18:24 | Azərbaycana xarici investisiya qoyuluşu kəskin artıb
    Dünən, 18:06 | Rusiya-Ukrayna müharibəsində sülhdən sonra nə olacaq?
    Dünən, 18:04 | Sərhədimizdə qanunsuz ağac kəsən ermənilərə protokol yazıldı
    Dünən, 15:45 | Davada öldürülən Ceyhunun qızına bu gün elçi gələcəkmiş
    Dünən, 15:40 | Misli Premyer Liqası: “Şəfa” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u qəbul edir
    Dünən, 15:24 | Qəbələdə ağır qəzada xəsarət alanların son durumu - Video
    Dünən, 15:21 | Dilarə Əliyevaya vəzifə verildi
    Dünən, 15:17 | Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır - Təhsildə yeni təhlükə
    Dünən, 15:14 | Zığda yaşayış binasında yanğın söndürüldü
    Dünən, 14:10 | QIŞDA HANSI ƏRZAQLAR BAHALAŞACAQ? – Ərzaq qiymətləri ilə bağlı AÇIQLAMA
    Dünən, 14:07 | Avropadan Azərbaycana axın başladı - SƏBƏB BU İMİŞ…
    Dünən, 13:47 | RAYONLARA DÖVLƏT DOTASİYASI TAM KƏSİLDİ – Xərclər necə qarşılanacaq?
    Dünən, 13:42 | Salyan rəsmən XARABA GÜNƏ QALIB - Rüstəm Xəlilovun "SƏNƏT ƏSƏRİ"...
    Dünən, 13:35 | Sabah yağış yaşacaq, külək əsəcək - HAVA PROQNOZU
    Dünən, 13:30 | Bakıda tarixi futbol turniri: 1000-ə yaxın oyun keçiriləcək
    Dünən, 13:26 | Arzuxan Əlizadənin oğlu haqda açıqlama: “Əhməd elə oğlan deyil”
    Dünən, 13:22 | Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
    Dünən, 13:11 | BURA RƏHBƏR TƏYİN ETMƏK... NƏ ÇƏTİN MƏSƏLƏDİR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
    Dünən, 13:00 | Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
    Dünən, 12:56 | Azərbaycan neftinin qiyməti 126 dolları ötüb
    Dünən, 12:54 | Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
    Dünən, 12:51 | Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
    Dünən, 12:44 | Abşeronda yağışdan sonra yolu su basdı - VİDEO
    Dünən, 12:40 | NAZİR YENİ SOSİAL PAKETİN ANONSUNU VERDİ... – Pensiya və maaşlar nə qədər arta bilər?
    Dünən, 12:36 | Bakıda deputat Arzuxan Əlizadənin oğlunun qətl törətdiyi yerdən görüntülər - Foto
    Dünən, 12:03 | Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Dünən, 12:02 | Rafiq Rüstəmov Cəlilabad bələdiyyəsinə sədr seçildi
    Dünən, 11:55 | Bu maşınlarla yola çıxmayın! – DYP-dən xəbərdarlıq
    Dünən, 11:53 | Qətl baş verən davada bu məşhurun oğlu da iştirak edib
    Dünən, 11:52 | Bakıda kafedə kütləvi dava: ölən var - Anbaan video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.