Gədəbəydə məmura müəmmalı mükafat təqdim olundu - VİDEO
Azərbaycanda məmurun mükafatlandırılması mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı görüntülər yayılıb. Mükafatı təqdim edən şəxs - kimliyi açıqlanmayan və özü özünü təqdim etməyən bir nəfər direktor əvəzi Ruslan Mustafayevə belə deyib: "Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın, cənab Prezident İlham Əliyevin adından, Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan müəllimə Prezident Aparatından göndərilmiş Milli Məclis informasiya portalı direktorunun əvəzi Ruslan müəllimi təbrik edirik. Baxmayaraq ki, iki aydır direktor əvəzidir, rayonumuzda göstərdiyi fəaliyyətə və analoqu olmayan təmizlik işlərinə görə onu təbrik edirəm". Videodan görünür ki, mərasimdə direktor əvəzi tək deyil, o, işçilərini də tədbirə dəvət edib. İşçilər Ruslan Mustafayevin mükafat almasını alqışlarla qarşılayıblar.





















