"Turan Tovuz" "İmişli"yə, "Qarabağ" "Sabah"a qarşı
Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulacaq Mediaxeberleri.Az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə "Turan Tovuz" "İmişli"ni qəbul edəcək. Görüş saat 16:30-da start götürəcək. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" qalib gəlib - 1:0. Günün son oyunu isə turun mərkəzi qarşılaşası hesab olunur. Böyük maraqla gözlənilən matçda "Qarabağ" "Sabah"ı qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq. Ardıcıl 10 oyundur qalib gələn "Sabah" hazırda 52 xalla liderdir. Ehtiyatında bir oyunu olan "Qarabağ" isə 45 xalla 2-cidir. Bu baxımdan matçı komandalar arasında gedən çempionluq mübarizəsində əsas oyunlardan biri adlandırmaq olar. Bu komandaların mövsümün ilk turundakı qarşılaşması "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 1 mart (bazar) Misli Premyer Liqası, 22-ci tur 16:30. “Turan Tovuz” – “İmişli” 19:00. “Qarabağ” – “Sabah” 27 fevral (cümə) “Kəpəz” - “Sumqayıt” - 3:0 “Araz-Naxçıvan” - “Zirə” - 0:1 28 fevral (şənbə) “Qəbələ” - “Karvan-Yevlax” - 1:1 “Şamaxı” - “Neftçi” - 2:2 Bombardirlər: Bassalu Sambu ("Neftçi") - 9 qol Coy-Lens Mikels (“Sabah”) - 9 qol Velko Şimiç (“Sabah”) - 9 qol Emin Mahmudov (“Neftçi”) - 7 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Karim Rossi ("Şamaxı") - 7 qol Dioqo Almeyda ("İmişli") - 7 qol
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
“Azersun Arena”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu





















