Mediaxeberleri.az
    
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...

Son xəbərlər :
  • Soyuq silahlarınızı cibinizə qoyun, əfəndilər! - Akif Aşırlının YAZISI
  • "Hər şey Sizdən başladı, cənab General" - Polad Həşimovun xanımı
  • Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
  • "Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO
  • Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO
  • UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - VİDEO
  • Millətlər Liqası: Yığmamız Litva ilə üz-üzə
  • Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA
  • Rəsul Quliyevin qızı: “Prezident İlham Əliyev olmasaydı, bütöv Azərbaycan ola bilməzdik”
  • Bakıya gəlmək istəyən erməni tankları - VİDEO
  • Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var
  • Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • Qazaxda 27 Sentyabr - Anım Günündə igid Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb
  • Azərbaycanla qardaşlığımız daim var olsun - Duran
  • İran ABŞ-ın daha bir sualtı qurğusunu ələ keçirdi
  • Ağstafada 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
  • Hakan Fidan BƏƏ-yə gedir
  • 27 Sentyabr - Anım Günündə Ağstafa rayon Şəhidlər xiyabanı ziyarət olunub.
  • Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Rəfail İncəyurdun iki şeirinə Qalib Rəhimlinin iki baxışı

  • Tarix: 3-02-2026, 22:33

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Rəfail İncəyurd

Birinci şeir:

Nəyi gözləyirsən?

 

Nə gəlhagəl, nə köçhaköç?

Olanları bildinmi heç?

Canım, zaman səni bivec

sandı, nəyi gözləyirsən?

 

Aylar, illər əsim-əsim,

Döndü sözüm, dondu səsim.

Ay səbrinə quzu kəsim,

Sondu, nəyi gözləyirsən?

 

Hanı sevgi dolu qucaq?

Dərdimizi kimə açaq?

Dədəm Qorqud çatan ocaq

söndü, nəyi gözləyirsən?

 

Dur, xoş gəlsin gələn səhər,

Dursun dözməyib çökənlər.

Turana qılınc çəkənlər

sındı, nəyi gözləyirsən?

 

Haqq nahaqqı əyə bilmir,

Könlüm səni öyə bilmir.

Tanrım, bəndən deyə bilmir,

Sən de: nəyi gözləyirsən?

 

 

Qalib Rəhimli

Birinci baxış:

 

Mən bu dəfə Rafail İncəyurdun bu şeirinə tamam fərqli formada yanaşdım. Şeir məni çox tutdu və şairin sualları qarşısında sanki aciz qaldım. Şeir zahirdə sual formasında qurulsa da, mahiyyətcə ittiham, silkələmə və oyatma fəryadıdır. Şair oxucuya yox, zamana, cəmiyyətə və insanın öz vicdanına səslənir. Şeirin ana xəttini “Nəyi gözləyirsən?” ritorik sualı təşkil edir. Bu sual hər bənddə təkrarlandıqca cavab axtarmır, əksinə, susqunluğu ifşa edir.

Burada gözləmə ümidsizlik deyil, tənbəl razılaşmadır, taleyə boyun əyməkdir. Birinci bənddəki “Nə gəlhagəl, nə köçhaköç?” ifadəsi durğunluğun fəlsəfəsidir. Hərəkət yoxdur, dəyişiklik yoxdur, həyat sanki donub. Zamanı “bivec” sanması isə insanın öz məsuliyyətini itirməsinin simvoludur. Şair deyir: zaman səni saymadı, çünki sən özünü saymadın. İkinci bənddə sözün donması, səsin susması artıq yaradıcılıq və ruhun iflasıdır. “Ay səbrinə quzu kəsim” misrası ironiya ilə yüklənib. Bu, səbrin müqəddəsləşdirilməsinə açıq etirazdır. Şair səbrə deyil, hərəkətə qurban istəyir.

Üçüncü bənd milli yaddaşın ən ağrılı nöqtəsinə toxunur: “Dədəm Qorqud çatan ocaq söndü”. Burada söhbət təkcə ailə ocağından getmir. Xalqın ruh ocağı, birliyinin istisi sönüb. Sevgi dolu qucaq tapılmırsa, dərd danışılacaq ünvan da yoxdur. Dördüncü bənd şeirin ideoloji zirvəsidir. Şair artıq gözləməyə yox, qalxmağa çağırır. “Gələn səhər” ümidin metaforasıdır. Turana qılınc çəkənlərin sınması isə açıq mesajdır: birliyin qarşısında zor diz çökür. Burada tarixi yaddaş gələcək üçün səfərbər edilir. Son bənd isə ilahi və insani məsuliyyətin sərhədində dayanır. Tanrı “bəndən” deyə bilmirsə, deməli, insan bəndə olmasını itirib. Və şair son hökmü oxucuya verir: Sən de – nəyi gözləyirsən?

Və sonda deməliyəm ki, bu şeir çağırışdır, xəbərdarlıqdır, vicdan güzgüsüdür. Rafail İncəyurd burada oxucuya sığınacaq vermir, onu rahat buraxmır. Şeir bitir, amma sual qalır. Və bu sual hər kəsin içində bir az da ucadan səslənir.

Yolun açıq olsun böyük şair.

 

 

Rəfail İncəyurd

İkinci şeir:

Durum

 

Proloq

Yenə duyğuların ağrısı tutub,

Deyəsən bu gecə şeir doğacaq.

Qarışıq fikirdən hamilə ürək

Doğsa da, əcaib bir şey doğacaq...

*

Dostlar, ömrü-günü yola verib biz,

Tutalğac elədik xoşluqlarını.

Bu gün-sabah dedik, gəldi sabahlar,

Doldura bilmədik boşluqlarını.

 

İtdi xəyalların o tərəfində

Biz deyən olmadı, olmayacaq da.

Yönəldə bilmədik ömrün gücünü

Batdı “bəlkə”lərin künc-bucağında.

 

Bizə qəfəs oldu bizim tərbiyə,

Bəlkə, ağıllanıb günah eləyək?

Təmiz ad nə verib indiyə kimi,

Bəlkə, üz döndərib onu bələyək?

 

Başımız dəydikcə əhlət daşına

Qəflət yuxusundan oyanmalıydıq.

Qaçıb xəyalların bəyaz rəngindən

Zamanın rənginə boyanmalıydıq.

 

Axı, biz görürdük məmləkətlərin

Qulu nə gündədi, şahı nə gündə.

“Malades” deyirdik ağ yalanlara

İndi nə gözləyək onun təkində?

 

Üstəlik bir yandan dəyişir aləm

Yaş üstə yaş gəlir, ömür ballaşır.

Üstəlik yad nəfəs gətirir hər gün,

Dünya ayrı səmtə qloballaşır.

 

İnsana dərd olub çox bilmişliyi,

Üstünə yeriyir zəka tank kimi.

Özünü məhv edir özünün elmi,

Başına çırpılır bumeranq kimi.

 

Nə günə qoydular gör bu dünyanı,

Yalanı, doğrunu di gəl ayırd et.

Vallah səviyyəsiz kütlənin bir gün

Evini yıxacaq süni intellekt.

 

Süni mayalanma dədəlik edir,

Həqiqi erkəklər axtalanıbdı.

Papağın üstündən baş qaşıyırlar,

Zövqlər də dəyişib saxtalanıbdı.

 

Bulanıq dənizin harasındasa

Duru haqq adası tapılmır axı.

Adam öz içinə köçə bilmirsə,

Adam öz hissinə qapılmır axı.

 

Kimsə əla deyir bu dəhşətlərə,

Bu dərdi sinirmək bizlik olmadı.

Vaxtın qapısında o tərəfləri

Göstərib sevdirən gözlük olmadı.

 

...Yuxuya yalvaraq, yuxuda, bəlkə

Biz görən keçmişlə baxışıb gedək.

Kəndin ortası da dəyişib daha –

Yaddaşı qorumaq naminə bəlkə,

Kəndin ucqarına yığışıb gedək?

 

PS

Bilirəm ağrısı dinəcək yenə,

Ürəyim əyninə ümid geyəcək.

Bürünüb səhərin bəyaz nuruna,

Yenə varlığına “şükür” deyəcək.

 

 

Qalib Rəhimli

İkinci baxış:

 

Bu şeirin çağırır adamı, ustad. Oxumağa yox, sənin və könlündən qopan bu harayın yanında dayanmağa çağırır. Mən də elə bu cür yanaşacam, Rafail İncəyurdun bu şeri ilə üz-üzə yox, çiyin-çiyinə dura-dura danışacam. İlk olaraq deyim ki, bu vaxtın şeiri, şairin daxili mühakiməsidir. Bu klassik anlamda şeir yox, vaxtla aparılan ağır bir söhbətdir, yükdür “Proloq”da şair deməyə başlayır, amma artıq bilirik ki, doğulacaq şeir adi olmayacaq:


“Qarışıq fikirdən hamilə ürək

Doğsa da, əcaib bir şey doğacaq...”


Bu misralar yaradıcılıq prosesinin romantik təsviri deyil. Bu, əzabın estetikasıdır. Şeir burda sevincdən yox, ağrıdan doğulur. Və şair bunu gizlətmir, əksinə, etiraf edir: bu gecə gələn söz rahat söz olmayacaq. Şeirin ən güclü tərəflərindən biri onun “mən”dən qaçıb “biz”ə sığınmasıdır. Rafail İncəyurd özünü oxucudan ayırmır, ittihamı bölüşür:


“Tutalğac elədik xoşluqlarını.”

“Doldura bilmədik boşluqlarını.”


Burada nə pafos var, nə də üstün mövqedən danışıq. Bu, bir nəslin özünə verdiyi hökmdür. “Bu gün-sabah”ların içində itib gedən ömür, “bəlkə”lərin künc-bucağında batmış iradə, bunlar təkcə fərdi peşmanlıq deyil, kollektiv vicdan ağrısıdır. Şeirin ən cəsarətli yerlərindən biri də budur:

“Bizə qəfəs oldu bizim tərbiyə,”

Bu misra sanki uzun illər toxunulmaz sayılan bir anlayışı silkələyir. Şair demir ki, tərbiyə pisdir. Deyir ki, donmuş, düşünməyən, qorxudan yoğrulmuş tərbiyə qəfəsə çevrilib.

Və ardınca gələn sual artıq təkcə poetik yox, fəlsəfidir:

“Təmiz ad nə verib indiyə kimi?”

Bu sualın cavabı yoxdur. Elə gücü də bundadır. Zamanın rəngi və dünyanın saxtalaşması şairi çox düşündürür və şeir getdikcə fərdi ağrıdan çıxıb dünya miqyaslı bir narahatlığa çevrilir:

“Üstəlik yad nəfəs gətirir hər gün,

Dünya ayrı səmtə qloballaşır.”

Burada qloballaşma tərif deyil, nəfəs kəsən yadlıqdır. “Süni mayalanma dədəlik edir”, “həqiqi erkəklər axtalanıbdı”. Bu misralar oxucuya rahatlıq vermək üçün yazılmayıb. Bunlar zamanın sinirinə toxunan ifadələrdir. Şair risk edir, çəkinmir, çünki dərdi estetika yox, həqiqətdir. Duru haqq adasının yoxluğu isə daha cəsarətli deyimdir.

“Bulanıq dənizin harasındasa

Duru haqq adası tapılmır axı.”

Baxın, bu şeirin fəlsəfi zirvəsidir. Dünya bulanıqdır, dənizdir, dalğadır. Amma insanın ən böyük faciəsi budur:

“Adam öz içinə köçə bilmirsə,”

Yəni məsələ təkcə dünyada haqqın itməsində deyil, insanın öz içində də yer tapa bilməməsindədir. Şeirin sonunda belə şair mübarizədən qaçmır, amma yorulduğunu etiraf edir. Yuxu reallıqdan qaçış yox, keçmişlə üzləşmək cəhdidir. Yuxu və kənd son sığınacaqdır. “Kəndin ucqarına yığışmaq” ideyası isə nostalgiya deyil, yaddaşı qorumaq instinktidir. Şeirdəki PS isə ümidin inadkarlığıdı məncə. Və nəhayət:

“Yenə varlığına “şükür” deyəcək.”

Bax, bu misra bütün şeirin açarıdır. Bu şeir qaranlıqdır, amma ümidsiz deyil. Ağrı keçicidir, ümid inadkardır. Şair bunu bilir və bu həqiqəti çatdırır oxucusuna.

Hesab edirəm şair Rafail İncəyurd bu şeirdə şair kimi yox, zamanın şahidi kimi danışıb. Bir də deyirəm bu şeir oxunmur. Bu şeir yaşanır.Beləcə mən də duyduqlarımla böyük şairin yanında durdum. Sadəcə, ağrının sözə çevrildiyi yerə işıq salmağa çalışdım.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)


 

  •  

Oxunub: 2 658
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:43 | Soyuq silahlarınızı cibinizə qoyun, əfəndilər! - Akif Aşırlının YAZISI
    Dünən, 22:18 | "Hər şey Sizdən başladı, cənab General" - Polad Həşimovun xanımı
    Dünən, 22:12 | Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
    Dünən, 21:57 | "Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO
    Dünən, 21:33 | Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO
    Dünən, 18:54 | UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - VİDEO
    Dünən, 17:52 | Millətlər Liqası: Yığmamız Litva ilə üz-üzə
    Dünən, 17:50 | Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA
    Dünən, 17:48 | Rəsul Quliyevin qızı: “Prezident İlham Əliyev olmasaydı, bütöv Azərbaycan ola bilməzdik”
    Dünən, 17:24 | Bakıya gəlmək istəyən erməni tankları - VİDEO
    Dünən, 16:47 | Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var
    Dünən, 16:45 | Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
    Dünən, 16:40 | "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    Dünən, 15:56 | Qazaxda 27 Sentyabr - Anım Günündə igid Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 15:49 | Azərbaycanla qardaşlığımız daim var olsun - Duran
    Dünən, 15:46 | İran ABŞ-ın daha bir sualtı qurğusunu ələ keçirdi
    Dünən, 15:43 | Ağstafada 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
    Dünən, 15:37 | Hakan Fidan BƏƏ-yə gedir
    Dünən, 15:18 | 27 Sentyabr - Anım Günündə Ağstafa rayon Şəhidlər xiyabanı ziyarət olunub.
    Dünən, 12:54 | Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze
    Dünən, 12:51 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 12:04 | Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
    Dünən, 11:20 | Bu iki ölkə Rusiyaya görə təxliyə planları hazırlayır
    Dünən, 11:18 | Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi
    Dünən, 10:53 | 27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO
    Dünən, 10:49 | Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
    Dünən, 10:19 | Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidləri məzarları başında anılıb
    Dünən, 09:44 | Millimiz üçün ilk sınaq: Azərbaycan Litva ilə üz-üzə
    Dünən, 09:42 | Vətən müharibəsinin birinci günü: Altı ərazi işğaldan azad edildi
    Dünən, 09:40 | UEFA Millətlər Liqasında həyəcan davam edir: Avropada səkkiz maraqlı duel
    Dünən, 09:27 | Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal üstünü bağladılar...
    Dünən, 09:23 | Maryam Novruzi Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda moderatorluq edib - FOTO/VİDEO
    Dünən, 09:17 | Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı - VİDEO
    Dünən, 09:10 | Qazaxda Şəhidlər xiyabanı ziyarət olunub
    Dünən, 09:03 | Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
    Dünən, 08:51 | Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər
    Dünən, 08:47 | İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
    Dünən, 08:45 | ML: İspaniya İngiltərəni məğlub etdi
    Dünən, 08:44 | Rusiyanın bu hava limanı bağlandı
    Dünən, 08:42 | Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
    Dünən, 00:10 | Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
    Dünən, 00:02 | Azərbaycanda Anım Günü qeyd olunur - VİDEO
    Dünən, 00:00 | Vətən müharibəsinin başlamasından altı il ötür - VİDEO
    26-09-2026, 22:00 | Azərbaycanlı akrobatlar dünya çempionu oldular
    26-09-2026, 21:54 | Heç vaxt müflis olmayacaq BÜRCLƏR
    26-09-2026, 21:52 | Leysan, dolu və sulu qar yağacaq- XƏBƏRDARLIQ
    26-09-2026, 21:50 | Ağcabədidə ağır qəza: qardaşlar öldü, bir nəfər yaralandı
    26-09-2026, 21:49 | Xəzərdə 14 hərbçinin ölümü ilə bağlı təcili tapşırıq
    26-09-2026, 21:45 | Türkiyə Azərbaycanı yenidən satmağa hazırlaşırsa, bizim də deməyə çox sözümüz var! - Taleh ŞAHSUVARLININ YAZISI
    26-09-2026, 19:12 | Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.