Mediaxeberleri.az
    
  • Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi  - FOTO, VİDEO
    Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi - FOTO, VİDEO
  • 
  • İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
    İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
  • 
  • Ata 3 yaşlı oğlunu boğub öldürdü
    Ata 3 yaşlı oğlunu boğub öldürdü
  • 
  • Zənginlər dollardan imtina edir - Səbəb?
    Zənginlər dollardan imtina edir - Səbəb?
  • 
  • Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
    Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
  • 
  • "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
    "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
  • 
  • “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
    “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
  • 
  • Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı - Foto
    Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı - Foto
  • 
  • Beş ildən sonra bu sənət sahiblərinə ehtiyac qalmayacaq
    Beş ildən sonra bu sənət sahiblərinə ehtiyac qalmayacaq
  • 
  • Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
    Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
  • 
  • Qalmaqallı məmura cinayət işi açıldı
    Qalmaqallı məmura cinayət işi açıldı
  • 
  • Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
    Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • Bəzən beynimiz niyə bir mövzunu buraxa bilmir?
    Bəzən beynimiz niyə bir mövzunu buraxa bilmir?
  • 
  • PSJ UEFA Çempionlar Liqasının qalibi olub
    PSJ UEFA Çempionlar Liqasının qalibi olub
  • 
  • ERMƏNİSTANDAKI SEÇKİNİN GERÇƏK QALİBİ - Azərbaycan liderinin siyasəti erməni seçicisinə hansı siqnalı verdi?
    ERMƏNİSTANDAKI SEÇKİNİN GERÇƏK QALİBİ - Azərbaycan liderinin siyasəti erməni seçicisinə hansı siqnalı verdi?
  • 
  • Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
    Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
  • 
  • Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib
    Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib
  • 
  • Qaraçuxurda kanalizasiya PROBLEMİ - VİDEO
    Qaraçuxurda kanalizasiya PROBLEMİ - VİDEO
  • 
  • “MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”
    “MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”
  • 
  • Ürəkbulandıran mənzərə: "№1 Çörək Zavodu" şirniyyatı niyə belə vəziyyətdədir? - VİDEO
    Ürəkbulandıran mənzərə: "№1 Çörək Zavodu" şirniyyatı niyə belə vəziyyətdədir? - VİDEO

Son xəbərlər :
  • 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək - Bu tarixdə
  • Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • Rusiyanın bir gündə neft bazası və zavodu vuruldu - Video
  • Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilir
  • "Sabah" Rumıniya komandası ilə qarşılaşdı
  • Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan
  • Qızıl kəskin ucuzlaşdı
  • Rus ordusu Ukraynanın yanacaq obyektlərini vurdu
  • Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
  • Bu şəxslərin imtahan nəticələri ləğv edildi
  • Daha üç xəstəxananın direktoru işdən çıxarıldı
  • ABŞ və İran arasında növbəti danışıqlar bu tarixdə olacaq
  • Sumqayıtda yük avtomobilləri toqquşdu: yaralılar var
  • Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
  • Bakı onu Qırğızıstana təhvil verdi
  • İlham Əliyev Qalibafı qəbul etdi
  • Güneyli milli fəal vəfat etdi
  • Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
  • A321neo ilə uçan sərnişinlər biletləri sərfəli qiymətə ala biləcək
  • Ukrayna Krımı yenə vurdu: Sevastopol tamamilə işıqsız qaldı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

33 İL ƏVVƏLKİ MƏNƏVİYYAT SEÇİMİ - "Heydər Əliyev SSRİ-nin rəhbəri ola bilərdi..."

  • Tarix: 21-11-2025, 11:17

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatının hərəkətverici qüvvəsidir. Partiyanın yaradılmasından 33 il keçir. Biz bu tarixləri qeyd edərkən o dövrün siyasi şəraitinə bir daha nəzər salırıq. YAP-ın yaradılmasını şərtləndirən şəraiti öyrənməklə onun müasir Azərbaycanın tarixində nə qədər önəmli yer tutduğunu bir daha dərk edirik. Çünki bu hadisələrin mərkəzində dünyaşöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyev olmuşdu.

Hadisələrin xronologiyasına nəzər salaq. 1985-ci ilin mart ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilən M.S.Qorbaçov Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevi özünə rəqib gördüyü üçün onu siyasi hakimiyyətdən uzaqlaşdırmaq yolu tutdu. Nəticədə Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdi. 

M.S.Qorbaçov nədən Heydər Əliyevi rəqib görürdü?

YAP-ın I Qurultayında mərhum Sirus Təbrizlinin "Heydər Əliyev SSRİ-nin rəhbəri ola bilərdi" fikirlərinə Heydər Əliyev münasibət bildirərkən söyləmişdir: "Sirus Təbrizli dedi ki, Heydər Əliyev vaxtilə sovet dövlətinin başında duran adamlardan biri idi və bir zaman Sovet İttifaqının başçısı vəfat edəndən sonra Heydər Əliyev Sovet İttifaqının başçısı ola bilərdi. Bəli, Sirus Təbrizlinin sözləri həqiqətdir. O, bunu havadan gotürməyibdir. O vaxtı bir dəfə yox, dalbadal hər il Sovet İttifaqının başçıları vəfat edirdilər: 1982-ci ildə Brejnev, 1983-cü ildə Andropov, 1984-cü ildə Çernenko. Həmin o zamanlar həqiqətən mənim belə bir vəzifə tutmaq ehtimalım var idi və bunu istəyənlər də çox idi. Ancaq hörmətli Sirus Təbrizli, heyifslənmə ki, bu olmayıbdır. Mən heç vaxt heyifsilənmirəm. Amma onunla fəxr edirəm ki, tarixdə mən Azərbaycanın adını bir təbəqə yüksəklərə qaldıra bilmişəm".

Heydər Əliyev Siyasi Bürodan istefa verdikdən sonra Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin təbiri ilə desək, bununla da Kremldəki yeganə və ən böyük qalamız yıxıldı. Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, hər şeydən əvvəl, ermənipərəst M.S.Qorbaçovun Azərbaycana qarşı çirkin siyasətini gerçəkləşdirmək üçün qabaqcadan düşünülmüş planlarını həyata keçirmək kimi niyyətindən irəli gəlirdi. Heydər Əliyev bu barədə deyib: "Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Moskvanın "Qarabağ əməliyyatı" mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm".

M.Qorbaçovun əsas məqsədlərindən biri də Heydər Əliyevin Azərbaycanda başlamış milli azadlıq hərəkatına qoşulmasına mane olmaq idi. O bilirdi ki, Heydər Əliyevin bu hərəkata qoşulması hadisələri sürətləndirəcək. Belə bir məqamda o, 1990-cı ilin yanvar ayında Bakıya qoşun yeridərək xalqın azadlıq hərəkatını boğmağa çalışdı.

Heydər Əliyev siyasi fəaliyyətdən təcrid edilmiş vəziyyətdə olmasına baxmayaraq, törədilmiş bu ağır faciəyə laqeyd qalmadı. Qanlı 20 Yanvar faciəsinin ertəsi günü həyatını riskə ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi.

Heydər Əliyevin bu fəaliyyəti Azərbaycan hakimiyyətində olan manqurtları narahat edirdi. Onlar bu fəaliyyəti görməzlikdən gəlməklə Heydər Əliyev böyüklüyünü gizlətməyə çalışır, Qorbaçov tərəfindən irəli sürülmüş təcridetmə siyasətinə kölə kimi xidmət edirdilər. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyevin Bakıda qalmasına həmin dövrün siyasi hakimiyyəti bütün cəhdlə mane oldu. Hətta Bakıda hava limanında onun həyatına sui-qəsd cəhdi edildi. Heydər Əliyev Bakını tərk etmək məcburiyyətində qalaraq Naxçıvana getməli oldu. Bir müddətdən sonra yerli əhali Heydər Əliyevin Naxçıvan Ali Məclisinə alternativsiz olaraq namizədliyini irəli sürdü və o, deputat seçildi.

Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Hakimiyyət iddiasında olan bütün qüvvələr Heydər Əliyevin böyük siyasətə qayıdışını istəmirdilər. Amma artıq Heydər Əliyev Naxçıvan Ali Məclisindəki fəaliyyəti ilə özünün müstəqillik ideyalarını gerçəkləşdirməyə başlamışdı. Müstəqil yaşaya bilməyəcəyimizlə bağlı fikirləri dəstəkləyən Ayaz Mütəllibov Azərbaycanın formal olaraq prezidenti seçilməklə ittifaqın bərpa olunmasına çalışırdı. O vaxt "Biz müstəqil yaşamağa qadirikmi?" ritorik sualı qarşısında siyasi qüvvələr iki hissəyə bölünmüşdü. Bir tərəfdə, qeyd etdiyimiz kimi, müstəqillik carçılarının lideri Heydər Əliyev, digər tərəfdə isə köləlik sevdalıları mütəllibovçular dururdu. Heydər Əliyev tarixi şüura söykənən bu məsələyə birmənalı qiymət verirdi - Azərbaycan müstəqil olmağa qadirdir.

AXC üzvləri isə cidd-cəhdlə hakimiyyətə gəlmək istəyirdilər. Yeni ittifaq müqaviləsinin Azərbaycanın Ali Sovetində müzakirəsi aparılırdı. Bu ərəfədə Ali Sovet o dövrdəki hakimiyyəti və Moskvanı müdafiə etmək məqsədilə bir çox qeyri-demokratik qərar qəbul etdi. Bunlardan biri də Heydər Əliyevin siyasi fəaliyyətinə imkan verməmək üçün Naxçıvan MR parlamenti sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qaydasının ləğv edilməsi idi. Sonrakı addım prezident seçkisi üçün yaş senzinin müəyyənləşdirilməsi oldu. Təəssüf ki, bu dövrdə "demokratik" cəbhəni təmsil edənlər sonradan hakimiyyətləri dövründə də öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilmədilər və əvvəlki hakimiyyətin uğursuz yolunu davam etdirdilər.

Prezident seçkisi ərəfəsində o dövrün mətbuat səhifələrinə baxmaq kifayət edər ki, Azərbaycanın ayrı-ayrı bölgələrində Heydər Əliyevin namizədliyini irəli sürən təşəbbüs qruplarının məlumatlarına rast gələk. Lakin A.Mütəllibov tərəfindən irəli atılmış "yaş senzi" maneəsi AXC hakimiyyətinin də işinə yaradı.

Bütün təzyiqlərə baxmayaraq, Heydər Əliyev 7 mart 1991-ci il tarixdə Ali Sovetin sessiyasında ittifaq müqaviləsinin rədd olunmasını təkidlə tələb edərək, Azərbaycanın yolunun yalnız müstəqillik olduğunu bildirmişdi. Heydər Əliyev o zaman demişdi: "Yeni ittifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də mülahizə və təkliflərimi mən də bildirmək istəyirəm. Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların ittifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri ittifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır".

Heydər Əliyev bu tarixi çıxışında SSRİ rəhbərliyində olmuş bir şəxs kimi sovetlər birliyinin siyasi anatomiyasını açaraq onun imperialist bir dövlət olduğunu ifşa etdi. SSRİ-nin rəhbəri M.Qorbaçovun əsl niyyətini ifşa edən Heydər Əliyev deyirdi: "Ölkənin rəhbərliyi yetmiş il mövcud olan ittifaqın yararsız olduğunu bəyan edərək, respublikaları yeni ittifaq yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə demişdir ki, guya ölkədə indiyə qədər həqiqi ittifaq olmayıb, respublikalar heç də ittifaqda yaşamayıb, əsl ittifaq bundan sonra yaranacaqdır. Həqiqəti isə desək, yeni ittifaq müqaviləsinin layihəsi əvvəlkindən də yararsızdır".

Yeni Azərbaycan Partiyasının yaradılması zərurətindən danışarkən yaş senzinə qarşı mübarizədə fəallıq edən vətənsevər, cəsarət sahibi olan şəxslərin fəaliyyətini qeyd etməmək mümkün deyil. "Yaş senzi" maneəsi yaratmağa çalışan bəzi qüvvələr xalqın Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbinin gerçəkləşməsinin qarşısını almağa cəhd edirdilər. Ağır vəziyyətə dözməyən insanlar qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi dövlət xadiminin yenidən böyük siyasətə qayıdışını tələb edirdilər. Yaddaqalan əsas məqamlardan biri də bu oldu ki, mübariz insanlar etiraz aksiyaları təşkil etməklə heç kimdən çəkinmədən, hətta repressiya təhlükəsinin olmasına baxmayaraq, öz mübarizələrini sona qədər davam etdirdilər. O dövrün mətbuatını izlədikcə vəziyyətin nə dərəcədə eybəcər olduğunu görməmək mümkün deyil. Mətbuatda "yaş senzi"nə qarşı etiraz edənlər lağa qoyulur, onlara istehza edilirdi.

Azərbaycanın vətənpərvər gəncliyi də Heydər Əliyev dühasının xalqımızı bu fəlakətli vəziyyətdən qurtara biləcəyini düşünürdü. Azərbaycanın yetkin düşüncəli gəncliyi təhdidlərə baxmayaraq, öz işıqlı gələcəyinin dalınca gedirdi. Bir tərəfdən Moskvaya müti qul kimi xidmət edənlər, digər tərəfdən hakimiyyətə can atan AXC-Müsavat cütlüyü Heydər Əliyev fenomenini görməzdən gəlməyə çalışır, onun heç cür siyasət səhnəsinə qayıtmasını istəmirdilər. Hadisələrin gedişi isə xalqın gerçək liderinin gəlişinə zəmin yaradırdı.



16 oktyabr 1992-ci il tarixdə Azərbaycanın 91 ziyalısı Heydər Əliyevə mətbuatda müraciət etdi. Sözügedən müraciətdə deyilirdi: "Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir".

Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən təkidlə hakimiyyətə dəvət edilməsinin çox səbəbləri var idi. 1970-80-ci illərdə gördüyü böyük işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq missiyası, ən ağır məqamlarda daim xalqla birlikdə olması, cəsarət göstərərək 20 Yanvar hadisələrinə qiymət verməsi, Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə bu bölgəmizin düşməndən qorunması, 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək Kommunist Partiyasının fəaliyyətinin dayandırılması haqqındakı qərar, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan MSSR adından "Sovet Sosialist" sözlərinin çıxarılması və sairə onun 1993-cü ildə xilaskarlıq missiyasını da uğurla həyata keçirəcəyinə inamı daha da artırırdı. Vəziyyət o qədər gərgin və idarəolunmaz idi ki, hətta o zaman ölkəyə "rəhbərlik" edən "kor" qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini çox ağır vəziyyətdən yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Heydər Əliyev o illər siyasətə qayıtmaq istəyində olmasa da, respublikanın siyasi-ictimai həyatındakı gərgin proseslər onu həddindən artıq narahat edirdi. Real vəziyyəti bir daha dərindən və hərtərəfli təhlil edən Naxçıvan Ali Məclisinin sədri xalqın taleyi üçün narahat olan ziyalıların müraciətini cavabsız qoymadı. Beləliklə, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və sədrlik etməsinə razılıq verdi. Onun respublika ziyalılarının müraciətinə cavabı Heydər Əliyev şəxsiyyətinin əqidə manifestidir.

Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılığını belə ifadə etmişdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

Bundan sonra 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın siyasi həyatında canlanma yaratdı. Lakin yenə də maneələr davam edirdi. Amma YAP-ı siyasi sferada məhdudlaşdırmaq cəhdləri uğursuzluğa düçar oldu. Artıq geniş xalq kütləsi böyük siyasət adamının meydanda olmasını sevinclə qarşılayır və gələcəyə ümidləri artırdı. Xalq Yeni Azərbaycan Partiyasını geniş şəkildə dəstəkləməyə başladı. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır". Yeni Azərbaycan Partiyası Heydər Əliyev dühasına fokuslansa da, geniş xalq kütlələrinin səsi sosial sifariş idi. Heydər Əliyev bu barədə demişdir: "Çıxışlarda tamamilə düzgün qeyd edildi ki, bu partiyani bir adam yox, o illərdə Azarbaycanın agır vəziyyətini görən, buna dözə bilməyən va bu agir vəziyyətdən çıxış yolunu axtaran insanlar və xüsusən ziyalılar hamısı birlikdə yaradıblar".

Xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan YAP-ın tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan yaratdı. Azərbaycan xalqının Heydər Əliyevə göstərdiyi yüksək etimad YAP-ın qısa zamanda təşkilatlanmasına, ölkənin bütün regionlarında dayaqlarının yaranmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Xalqın inamı və sevgisi nəticəsində partiyanın yaradılmasından 7 ay sonra Heydər Əliyev siyasi hakimiyyətə gəldi.

Bu, nadir hadisələrdən biri kimi Azərbaycan siyasi tarixinə yazıldı. Xalqını və dövlətini hər şeydən üstün tutan dahi liderin iyunun 9-da Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Onun bu seçimi çox siyasətçilərə müyəssər olmayan mənəviyyat seçimi idi. Ümummilli Lider Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti yüksəlişinin əsasını qoydu. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətimizin bütün sahələrində - siyasi, iqtisadi və mədəni sahələrdə baş verən cahanşümul transformasiya prosesləri Azərbaycanın dünya birliyində tanınmasına və özünəlayiq yer tutmasına güclü təkan verdi. Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi prioritetlər partiyanın Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəyliyinin, sosialyönümlü iqtisadiyyatının formalaşmasında əsas fəaliyyət istiqaməti olmuşdur.

Yeni Azərbaycan Partiyası həm də siyasi varisliyin ən gözəl nümunəsidir. Layiqli varis İlham Əliyev bütün platformalarda olduğu kimi, partiya fəaliyyətində də Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini və partiyanın monolitliyini qoruyub saxladı. Bütün bunlar dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlı idi. Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev partiyanın VII Qurultayında çıxış edərək bu barədə deyib: "Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi". 1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşdə Ulu Öndər bildirmişdir: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik".

2005-ci ilin martında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham Əliyevin partiyanın sədri seçilməsi ilə Heydər Əliyevin gənclərə yönəlik fikirləri daha çox gerçəkləşməyə başladı. Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra gənclər partiyaya daha çox maraq göstərməyə başladılar. Bundan sonra partiyada gənclərin sayı artmağa başladı. Təsadüfi deyil ki, bu gün partiya üzvlərinin 300 minə yaxın hissəsini gənclər təşkil edir.

Heydər Əliyev şəxsiyyətinin gücü hər kəsə yaxşı bəllidir. Bu güc xalqın gücü ilə birləşdikdən sonra qarşısıalınmaz bir qüvvəyə çevrildi və dağılmaq üzrə olan bir məmləkət sabitlik və quruculuq dövrünə qədəm qoydu. Bu gün Heydər Əliyev ideyaları və siyasi kursuna daim sədaqətlə xidmət edən 730 mindən çox üzvü olan YAP təkcə Azərbaycanın yox, bütövlükdə, regionun ən güclü siyasi partiyasıdır.

YAP-ın siyasi həyatında Birinci vitse-prezident Mehriban Əliyevanın rolu da danılmazdır. Mehriban Əliyevanın partiya sıralarında yüksək səviyyədə təmsil olunması Azərbaycanda humanizm prinsiplərinin daha da genişlənməsinə böyük bir töhfədir.

Prezident İlham Əliyevin 2018-ci il mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda müstəqillik haqqındakı sözləri çox düşündürücüdür. Dövlət başçısı demişdir: "Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir". Danılmaz faktdır ki, müasir, müstəqil Azərbaycanın həyatının ən möhtəşəm anlarını, uğurlarını və tarixi qələbələrini məhz YAP-ın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli varisi cənab İlham Əliyev yazıb. Ümummilli Lider müstəqil Azərbaycan dövlətini qurdu, onun layiqli davamçısı isə torpaqlarımızı 30 illik işğaldan xilas etdi. Dünya hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini əyani surətdə gördü. Cənab İlham Əliyev nəinki Cənubi Qafqaz regionunun, eyni zamanda müasir dünyanın taleyində mühüm rol oynayan liderlərdən biri kimi qəbul olunur. Bu gün nəinki YAP üzvləri, bütün xalqımız cənab İlham Əliyevin rəhbərliyi, yüksək səviyyədə yerinə yetirdiyi tarixi sərkərdə missiyası nəticəsində tariximizin ən şərəfli anlarını yaşamasından qürur duyur. Tarix isə öz şərəf səhifəsinə Ali Baş Komandanımızın adını qızıl hərflərlə əbədi həkk etmişdir.

Həyat isə davam edir, qarşıda bizi yeni zəfərlər gözləyir. Fikrimi Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində Qərbi Azərbaycanla bağlı dediyi fikirlərlə tamamlamaq istəyirəm: "...Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda Azərbaycan alimləri mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var". Xalqın etimadını layiqincə doğruldan YAP-ın tarixi də müstəqil Azərbaycanın çağdaş siyasi tarixinin qızıl səhifələrindəndir. Unudulmaz liderimiz, böyük dövlət adamı Heydər Əliyevin adı ilə bağlı olan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasi varisliyi ilə fəaliyyətini davam etdirən bu partiya Azərbaycanımızın yüksəlişinə bundan sonra da töhfələrini verəcək.



Oxunub: 297
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 11:43 | 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək - Bu tarixdə
    Dünən, 11:24 | Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
    Dünən, 11:23 | Rusiyanın bir gündə neft bazası və zavodu vuruldu - Video
    Dünən, 11:20 | Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilir
    24-06-2026, 23:06 | "Sabah" Rumıniya komandası ilə qarşılaşdı
    24-06-2026, 23:04 | Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan
    24-06-2026, 23:00 | Qızıl kəskin ucuzlaşdı
    24-06-2026, 21:37 | Rus ordusu Ukraynanın yanacaq obyektlərini vurdu
    24-06-2026, 21:21 | Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
    24-06-2026, 21:18 | Bu şəxslərin imtahan nəticələri ləğv edildi
    24-06-2026, 21:12 | Daha üç xəstəxananın direktoru işdən çıxarıldı
    24-06-2026, 21:08 | ABŞ və İran arasında növbəti danışıqlar bu tarixdə olacaq
    24-06-2026, 18:37 | Sumqayıtda yük avtomobilləri toqquşdu: yaralılar var
    24-06-2026, 18:13 | Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
    24-06-2026, 18:08 | Bakı onu Qırğızıstana təhvil verdi
    24-06-2026, 18:03 | İlham Əliyev Qalibafı qəbul etdi
    24-06-2026, 14:00 | Güneyli milli fəal vəfat etdi
    24-06-2026, 12:36 | Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
    24-06-2026, 12:21 | A321neo ilə uçan sərnişinlər biletləri sərfəli qiymətə ala biləcək
    24-06-2026, 12:16 | Ukrayna Krımı yenə vurdu: Sevastopol tamamilə işıqsız qaldı
    24-06-2026, 12:08 | Bəzi saytların fəaliyyəti dayandırıla bilər - Səbəb
    24-06-2026, 12:04 | AZAL-ın aldığı yeni təyyarənin təqdimat mərasimi keçirilir
    24-06-2026, 11:58 | Bu AB ölkəsində azyaşlı uşağa evtanaziya tətbiq edildi
    24-06-2026, 11:46 | Pensiyaçılara mühüm xəbər: endirimlərdən yararlana bilərlər
    24-06-2026, 11:44 | Rusiyanın daha bir bölgəsində yanacağa məhdudiyyət qoyuldu
    24-06-2026, 11:43 | Dövlət sərəncamı ilə ayrılan kompensasiyanı ala bilmirlər - Video
    24-06-2026, 11:40 | 50-dən artıq saxta hesabı olan “jurnalist” saxlanıldı - Foto
    23-06-2026, 23:01 | DÇ-2026: Portuqaliya Özbəkistana böyükhesabla qalib gəldi
    23-06-2026, 22:17 | "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib" - Prezidentin köməkçisi
    23-06-2026, 21:01 | İsmayıllıda faciə: 56 yaşlı kişi traktorun altında qaldı
    23-06-2026, 20:32 | Bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
    23-06-2026, 20:30 | Ərdoğan Navrotski ilə görüşdü
    23-06-2026, 20:29 | Putindən Ukraynaya İstanbul şərti...
    23-06-2026, 20:26 | Hakan Fidan səfirimizlə görüşdü
    23-06-2026, 20:25 | Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan
    23-06-2026, 20:19 | Motosikletdə övladını təhlükəyə atan sürücü saxlanıldı
    23-06-2026, 20:16 | İtkin düşən əmioğlular tapıldı
    23-06-2026, 15:14 | “ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... - Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır
    23-06-2026, 13:27 | Sumqayıt məktəbində bazar qaydaları: Direktor gedən ayaqda...
    23-06-2026, 13:22 | Krım daha bir böhranla üz-üzə qalıb - Əhali pulunu banklardan çıxarmağa çalışır
    23-06-2026, 13:19 | Türkiyə millisi Dünya Çempionatında niyə biabır oldu? - "Səhvləri ört-basdır etməyə çalışır..."
    23-06-2026, 13:18 | BAKIDA MİLYONLARI MARAQLANDIRAN DƏYİŞİKLİK... - Tıxac problemini həll edəcək?
    23-06-2026, 13:17 | Azərbaycanda 7 min manatadək yeni cərimələr tətbiq ediləcək
    23-06-2026, 13:16 | PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
    23-06-2026, 12:59 | Prezident ona yüksək vəzifə verdi
    23-06-2026, 12:56 | Sabah Bakıya intensiv yağış yağacaq Ana səhifə Toplum
    23-06-2026, 12:54 | Ağcabədidə 16 yaşlı iki əmioğlu itkin düşdü
    23-06-2026, 12:53 | Prezidentlərin Şuşa gəzintisindən
    23-06-2026, 10:34 | İranın 12 milyardlıq aktivləri qaytarılır - Qəribabadi
    23-06-2026, 10:31 | Nə qədər gec deyil, Rusiya Ukraynadan çıxsın... - Melnik
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.