Şamaxıda yük avtomobili aşdı: sürücü öldü
Şamaxıda yük avtomobili aşıb. Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Eldar Ağakişi oğlu Kərimov idarə etdiyi yük avtomobil ilə çınqıl daşları ilə yüklü vəziyyətdə Şamaxı rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol kənarındakı çökəklik əraziyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılmaqla istintaq aparılır.
Oxunub: 22
Xəbəri paylaş
Paylaş:





















