“Baku Electroniks” Çin məhsulunu yapon adı ilə satıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Baku Electroniks” MMC haqqında haqsız rəqabətə yol verilməsi ilə əlaqədar qərar qəbul edilib. Mediaxeberleri.Az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Belə ki, Baku Electroniks MMC tərəfindən “YOSHIRO” markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edildiyi, məhsulların faktiki istehsal ölkələrinin Çin və Özbəkistan olmasına baxmayaraq, məhsulların reklamı zamanı, eləcə də qablaşdırmasında “Yapon ənənəsi”, “Yapon keyfiyyəti” kimi ifadələrdən istifadə edilməklə onların Yaponiyada istehsal olunduğu təəssüratının yaradıldığı, həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması ilə haqsız reklamdan istifadə edildiyi və bununla da, Rəqabət Məcəlləsinin tələblərinin pozulduğu müəyyən olunub.





















