"Bu qanunsuzluqlar harınlamış, acgöz, gözü doymayan məmurların göstərişləri olub" - Dövlət başçısı
Yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Mediaxeberleri.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib. O bildirib ki, onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi: "Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub".
Oxunub: 39
Xəbəri paylaş
Paylaş:





















