Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
  • 13-cü dəfə Avropa çempionu oldu - Foto
  • Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
  • Bu şəxslərin maaşının artırılması təklif olunur
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
  • Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
  • Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
  • Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
  • Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
  • Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
  • Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
  • Bakıda baş redaktor həbs edildi - Foto
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
  • İlham Əliyev dəyirmi masada iştirak etdi
  • Çox çay içənlərin diqqətinə!
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Xain Mehdiyev, sədaqətsiz məmurlar, "alverçi" deputatlar... - Siyasi sistemdə islahat zərurəti

  • Tarix: 27-10-2025, 09:21

Elşad Məmmədli yazır...

2013-cü ilin yayı, avqust ayı idi. Ölkə növbəti prezident seçkisinə hazırlaşırdı.

Bu ərəfədə bir neçə günlük Nabrana istirahətə getmişdim. Səhər dəniz gəzintisindən qayıdanda rəhmətlik Sirus Təbrizli zəng etdi. (Xatırladım ki, Sirus bəylə çox yaxın idik, dostluq münasibətlərimiz vardı. Ailəlikcə get-gəlimiz də yaranmışdı. Yaş fərqimizə rəğmən bizi ən çox düşüncə yaxınlığı, hər yerdə, hər kəsdə sədaqət axtarışı anlayışı birləşdirirdi. Hər mövzuda söhbətimiz tuturdu...)

Hal-əhval tutarkən bildi ki, Nabrandayam. Səsindəki sevinci hiss etdim: "Məmmədli (məni daim belə çağırırdı), nə gözəl, mən də Nabranda bağdayam, uşaqları da götür gəl bizə, birlikdə dincələk, dərdləşək".

Nahara yaxın artıq onlarda idik. Bir neçə saatlıq ailəvi təmaslardan sonra Sirus bəy yarızarafat dedi ki, düşək bağın aşağısına, uşaqlar eşitməsin, bir az siyasi polemikalar aparaq...

Xain Mehdiyev, sədaqətsiz məmurlar, alverçi deputatlar... - Siyasi sistemdə islahat zərurəti

Sirr deyil, YAP-ın qurucularından, ümummilli lider Heydər Əliyevin ən səmimi tərəfdarlarından olan Sirus Təbrizli hələ 2000-ci illərin ortalarından hazırda dövlətə xəyanət ittihamı ilə ev dustaqlığında olan Ramiz Mehdiyevin qəzəbinə tuş gəlmişdi. Sirus bəy onun hansı oyunları çıxardığını parlament tribunasından səsləndirmişdi, mediaya geniş müsahibələr vermişdi. Ondan belə müsahibələrdən birini də mən almışdım...

Sirus bəy dövlətdə elə hörmətlə yanaşılan adam idi ki, şəxsi zəmində Ramiz Mehdiyev ona heç bir ziyan vura bilməzdi. Sirus bəydən Nabranda "məxfi" söhbətimizə elə bununla başladıq. Soruşdum ki, niyə Mehdiyevi daim "vurursunuz"? Yığcam və net cavab verdi: "O, sədaqətsiz, xəbis adamdır! Mən öndərimiz Heydər Əliyevin silahdaşıyam, onun parlaq ideyalarının həyata keçməsi üçün canımla, qanımla savaşmışam və savaşacağam. Bu gün onun yarımçıq qalmış ideyalarını yalnız Prezident İlham Əliyev həyata keçirir. Əmin olun, o, Qarabağı azad edəcək, fateh kimi tarixə düşəcək. Ancaq Ramiz kimi nadanlar öz mədə, biznes maraqları üçün buna imkan vermək istəmirlər. İstəmir Qarabağ azad olsun, istəmir xalq firavan yaşasın, elə bir murdar oyunlar qurur ki, hakimiyyətlə xalq arasında uçurum yaratsın və öz mövqelərini qorusun. Özünü əvəzolunmaz kimi sırıyıb, SSRİ-nin kəşfiyyatının davamçılarının əlaltılarındandır. Bu adam maskalanıb, mən onun maskasını cırmaq, sədaqətsiz, xəyanətkar mahiyyətli biri olduğunu isbat etmək üçün çalışıram. Çünki ürəyim yanır. İlham Əliyev onu ən uyğun vaxtda rədd edəcək. İndi məqamı deyil, çünki Mehdiyev yaramaz davranışları ilə dövlətimizə zərbə vura bilər"...

Elə həmin söhbətdə Sirus bəy bunu da demişdi: "Bunları yadında saxla, məlumatın olsun, gərəkəndə yaz, dövlətə dəstəyini əsirgəmə. Özünü hakimiyyətin dəstəkçiləri kimi göstərən partiya sədrlərinin, Məşvərət Məclisinin (iqtidaryönlü partiyalardan ibarət belə bir siyasi birlik vardı. Oradakı siyasi təşkilatlardan biri də Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyası idi. Bu qeydi niyə etdiyimi aşağıda biləcəksiniz - red.), o deputatların əksəri, bəzi nazirlər, böyük məmurlar yaltaqlıqla, saxta sevgi ilə pərdələnib dövləti gəmirənlərdir. Özlərinə biznes qururlar, mülklər qamarlayırlar, xalqı dövlətdən incik salırlar. Səmimiyyətləri yoxdur, sədaqətsiz adamlardır. Mən bunları görüb necə susum?! Axı onlar mənim Prezidentimə zərbə vurmaq istəyirlər. Prezidentimizin ətrafında, vəzifələrdə sədaqətli adamlar olmalıdır. Təcrübəni, işi öyrətmək olur, sədaqət isə gen, əxlaq məsələsidir"...

Bəli, indi ölkəmizdə, siyasi mühitdə mövzu budur: DÖVLƏT ÜÇÜN ƏSAS SƏDAQƏTDİR!..

Elə həmin ilin payızında Sirus bəyin ürəyi dayandı, dünyasını dəyişdi...

Onun dediklərini zaman-zaman yazılarımda qeyd etmişəm. Onlarla belə məqaləm internet resurslarında qalmaqdadır.

Onun təxminləri, danışdıqları bu günümüzün çılpaq gerçəkləridir deyə, bir daha xatırladım.

Bəli, Ramiz Mehdiyev nə qədər maskalansa da, ona qoyulan hörmətlərə rəğmən xəbis, sədaqətsiz, xain, hikkəli biri olduğunu bir ayağı gorda, bir ayağı burada olanda özü sübuta yetirdi. Mərhum Sirus Təbrizli "simasız quldurlar" dedikdə belələrini nəzərdə tutmuşdu!

İndi bəzi müxalif siyasətçilər belə arqumentsiz, məntiqsiz iddialar səsləndirirlər ki, Ramiz Mehdiyev niyə 30 ilə yaxın yüksək vəzifədə saxlanılıb.

Çox sadə səbəbdən: Dövlətin ali rəhbərliyi iqtidarda hər hansı çaxnaşma, təxribatlar törədə biləcək gücləri zamanında və siyasi ustalıqla ram edib.

Məsələn, bir partiya sədri var, uzun illərdir rəhbərlik etdiyi təşkilatdan qara-qura işlərlə məşğul olan kiçik bir funksioneri heç cür uzaqlaşdıra bilmir. Amma efirlərdə deyir ki, Ramiz Mehdiyevi niyə daha tez qovmurdular...

R.Mehdiyevi hakim komandadan ustalıqla Vətən Müharibəsi başlamazdan bir qədər əvvəl və qəfil, müharibə hazırlıqları, siyasi güclərlə razılaşmalar tam həll ediləndən sonra uzaqlaşdırmaq Cənab İlham Əliyevin master siyasətçi olmasının ən bariz nümunələrindən biri idi. Məsələn, mümkündür ki, onu daha 1 il öncə uzaqlaşdırmaq müharibə hazırlıqları zamanı müəyyən təxribatlarının ortaya çıxmasına, müəyyən məlumatların sızdırılmasına səbəb ola bilərdi. Müharibənin gedişində isə artıq neytrallaşdırılmışdı. Yəni nə müharibəyə hazırlıq dövründə nəzarətsiz qoyuldu, nə də müharibənin gedişində bir müdaxilə etmək imkanı oldu...

Qarabağı azad etmiş, Cənubi Qafqazda xəyal edilməyən yeni reallıqlar yaratmış, dünya siyasətinə ciddi təsirlər göstərməyi bacarmış, qlobal münaqişələrin həllində ortaq güc kimi yer almış İlham Əliyevə ağıl, idarəçilik öyrətmək cəhdi ağılsızlığın özüdür. Hər addımda onun bu kəlməsi önə çıxır: "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm"...

Bütün iyrənc əməllərinə rəğmən mümkün deyildi ki, Ramiz Mehdiyev PA rəhbəri olduğu dövrdə dövlətə xəyanətə cəhd etsin. Çünki PA rəhbəri postunda belə işləri görüb, Cənab İlham Əliyevin diqqətindən yayındırmaq mümkün deyildi. Üstəlik, 2016-cı ildən sonra dövlətimizin xüsusi xidmət orqanları tam peşəkarların rəhbərliyi altında, əmin əllərdədir.

Bəli, cənab İlham Əliyev R.Mehdiyevi həm də hörmətlə, ehtiramla yola saldı. Bu, onun ucalığı, genetik sədaqətinin göstəricisi idi...

Heç mən də inanmazdım ki, Mehdiyev korrupsioner, bütün eybəcər əməllərinə baxmayaraq, bir gün İlham Əliyev hakimiyyətinə qarşı çevriliş düşüncəsinə qapılar.

Ancaq Mehdiyev daxil bəzi insanlar elə bir nadürüst, mübhəm varlıqlardır ki, onlar mövcudluqlarını belə borclu olduqları şəxsə, dövlətə qarşı bir anda murdar işlər tutmaqdan çəkinmirlər. Bir siyasi yazar, müşahidəçi kimi mənim qənaətim bundan ibarətdir ki, Mehdiyev dövlət çevrilişi edib hakimiyyətə gəlməyinin mümkünsüzlüyünü dəqiq bilirdi. İlham Əliyevin rəhbərlik etdiyi dövlətdə çevriliş etməkmi olar?!

Qoca hikkəbaz sadəcə, pandemiya zamanı "toxunulmaz şəxs" obrazının darmadağın edilməsinin "qisasını" almağa çalışıb.

Söhbət ondan gedir ki, COVİD-19-un tüğyan etdiyi dövrdə dövlətin ali rəhbərliyi bütün qaydalara əməl etdiyi halda, Mehdiyev çevrəsini, qohumlarını başına yığıb nəvəsinə toy etdi. Bununla sanki göstərmək istəyirdi ki, toxunulmazdır, ölkədə kefi nə istəsə edə bilər. Lakin cənab Əliyev dəfələrlə bəyan edib ki, ölkədə toxunulmaz kimsə yoxdur, hər kəs etdiyinə görə adekvat cavabını alacaq.

Ramiz Mehdiyev isə qanunları, dövləti, xalqı saymayaraq, pandemiyada acıq verirmiş kimi toy etməsinə görə cəzalandırıldığı, "toxunulmaz boz kardinal" imicinin itirilməsinə görə cılız xarakteri üzündən hakimiyyətə asi düşdü, fürsət yaranan kimi Rusiyadakı partonlarına kəmfürsətcəsinə "çevriliş" ismarışları yolladı. Ancaq xainləri Putin də bağışlamır; Rusiya Mehdiyevin xəyanət təkliflərini 2022-ci ilin fevralında Azərbaycan və Rusiya arasında bağlanılmış strateji müttəfiqlik haqda sazişə uyğun olaraq rəsmi şəkildə dövlətimizə bildirdi. (Həmin sazişdə qeyd edilib ki, dövlətlər arasında təxribat cəhdlərinə yol verilməyəcək). Mehdiyevin hikkəsi isə onun özünün dünyadan ictimai-siyasi xadim kimi yox, siyasi xain kimi köçəcəyini şərtləndirdi, buna gətirib çıxardı. Hansı ki, abır-həya ilə gedə bilərdi fani dünyadan. Bundan sonra isə tarixdə layiq olduğu - xəyanətkar kimi qalacaq...

R.Mehdiyevin ifşasından və cəzalandırma prosesinin başlamasından sonra yuxarıda işarə verdiyim Ana Vətən Partiyasında da çaxnaşma başladı. Sanki bir çoxlarının qulaqlarına səs dəyib, yaxud beyninə girib ki, xəyanətkarların ifşasından sonrakı mərhələdə siyasi sistemdə, növbəti və ya növbədənkənar parlament tərkibində də yenilənmələr, dəyişiklər olacaq.

Yoxsa birdən-birə niyə əl-ayağa düşsünlər?! Məsələn, Fəzail Ağamalı niyə tələm-tələsik qurultay keçirsin ki...

Biabırçılıq ondadır ki, Fəzail Ağamalı partiyanı, siyasi sistemi, deputat mandatı ilə parlamentdə təmsilçiliyi şəxsi ailə mülkü hesab edir. Belə təsəvvür yaranır ki, o, biznesini, çoxsaylı mülklərini oğullarına, mandatını, partiyasını isə qızına miras etməyə qərar verib.

Onun Bakıda onlarla mülkünün, istilikxana biznesinin siyahısını media iki-üç il öncə yayıb. Hətta Xətai Rayon Məhkəməsinin keçmiş binası da onun mülkü olub.

Sirus bəyin dediyi kimi, siyasi mövqelərindən ancaq biznes, mülk toplamaq üçün istifadə ediblər. İndi isə Fəzail Ağamalı özü demişkən, faciə yaşayır. Oğlu Elçin Ağamalı deyir partiya da mənimdir, görünür, gələcəkdə mandat varisliyini də gözardı edib...

Təxminən ilyarım öncə bəlli olmuşdu ki, Ağamalı və övladları banklardan, bank olmayan kredit təşkilatlarından böyük məbləğdə kredit götürüblər, bizneslərini böyüdüblər, amma indi qaytarmırlar. Əsas borclu da məhz partiya davası aparan Elçin Ağamalı idi. Məhkəməlik olmuşdu bu iş...

Bunu ona görə xatırlatdım ki, Ağamalıların dövlətə "xidmətləri" ancaq öz "mədə maraqlarını" təmin etməkdir. Bu cür əməlləri ilə onlar da hakimiyyətin imicinə zərbə vururlar...

Qısaca onu da qeyd edim ki, zamanında Ramiz Mehdiyevin çevrəsində olmuşlar hazırda çox eybəcər simalarını da açırlar. Onların "sədaqət andı"nı, haray salmalarını, Mehdiyevi söymələrini də səmimi hesab etmirəm. Bu da əksərən "mədə maraqları"dır. Düzdür, qətiyyən demək olmaz ki, onların hamısı Mehdiyevin çevriliş planında yer alıb. Sadəcə, onlar "siyasi kəndirbaz"lardır, siyasi mühiti korlayan, müasir çağırışlara cavab verməyən adamlardır.

Ölkəmiz, siyasi meydanımız çox da böyük deyil, kimin haradan hara və necə gəldiyini siyasi-ictimai mühitdə olanlar təxminən bilirlər. Dövlət isə təbii ki, dəqiq bilir!

Cənab İlham Əliyev dünya miqyasında böyük siyasət aparır, ölkəmizin, regionumuzun inkişafı üçün qlobal gücləri yola gətirir, fakt qarşısında qoyur. Siyasi mühitdəkilər isə əksərən bu prosesə dəstək vermək əvəzinə, öz maraqlarının təmini ilə məşğuldurlar. Prosesə töhfə vermək bacarıqları, bilikləri də yoxdur.

Bu siyasətbaz, biznesmen deputatlar, bəzi məmurlar Ramiz Mehdiyev olayından sonra yaranmış situasiyada, dərin araşdırmalar dönəmində "batan gəmidən qaçan siçovullar" kimi davranırlar. Müxtəlif əyri-düz yollarla əldə etdikləri mal-mülklərini qorumaq çabaları göstərirlər. Çox təəssüf doğuran mənzərədir.

Qalib Azərbaycanda belə siyasi mühit olmamalıdır.

Beləliklə, aydın mənzərə yaranır ki, siyasi sistemdə islahatlar aparmaq zərurətə çevrilib. Düzdür, ötən illərdə bir xeyli fəaliyyətsiz partiya ləğv edilib. Ancaq hesab edirəm ki, siyasi mənzərə ölkəmizdə kökündən dəyişməli, cənab İlham Əliyevin yaratdığı parlaq reallıqlara cavab verməlidir.

Xain Mehdiyev, sədaqətsiz məmurlar, alverçi deputatlar... - Siyasi sistemdə islahat zərurəti



Oxunub: 341
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Bu gün, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Bu gün, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Bu gün, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Bu gün, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Bu gün, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Bu gün, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Bu gün, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Bu gün, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Bu gün, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Bu gün, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Bu gün, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Bu gün, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Bu gün, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.