Bakıda avtomobil yolunda işıqlandırmanın olmaması qəzalara yol açır - Sakinlərdən ŞİKAYƏT
Paytaxtın Sabunçu rayonu, Böyükşor-Pirşağı yolunda işıqlandırmanın olmaması qəzalara səbəb olur. Vətəndaşlar sözügedən problemlə bağlı Baku TV-yə narazılıqlarını bildiriblər. "İnanın Allaha, telefonun işığı ilə gedirik. Bərbad vəziyyətdir. Burada qaranlıqda hərəkət etmək təhlükəlidir, hər an hər şey ola bilər", - sakinlərdən biri söyləyib. Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazini enerji ilə təmin edən transformator avadanlığında texniki nasazlıq yaranıb: "Hazırda müvafiq qurumlar tərəfindən nasazlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Bununla əlaqədar olaraq yolun müəyyən hissəsində işıqlandırmada müvəqqəti problemlər müşahidə olunur. Qeyd edək ki, yolun digər hissələrində işıqlandırma normal rejimdə fəaliyyət göstərir". Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: