Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...
  • Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü
  • Bakıda məktəbi yandırmaq istəyən 6 nəfər saxlanıldı
  • ABŞ və Avropa Ukrayna üçün yeni gizli sülh planı hazırlayır - Detallar
  • "İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu
  • Rusiya bir gecədə bu qədər PUA vurdu
  • Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb
  • Saakaşvili Azərbaycanı dəstəklədi, İranı ittiham etdi: “Cəsarətli addımdır!”
  • “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
  • Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Sabahın havası açıqlandı
  • Hicab və məktəbli forması ilə bağlı müzakirələr - Filosofdan milli dəyərlər və təhsil mesajı
  • Azərbaycanda avtomobil istehsalı artıb - Foto
  • Azərbaycan neftinin qiyməti 131 dolları keçdi
  • Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
  • Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir
  • "Azərbaycanla sülh “təməl daşı” olacaq" - Paşinyan
  • Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı
  • "Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir" - Donald Tramp
  • İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

PORTRET VƏ MƏNƏVİ DEKADANS

  • Tarix: 21-10-2025, 08:52

Düşmən günü bu gün də Tovuzu atəşə tutur, Rusiya hələ də Ermənistana dolayı yollarla silah-sürsat çatdırır, Kremlin müdafiə naziri Şoyqu Bakıya gəlib həmən silahların silah yox, tikinti materialı olduğuna bizi inandırmağa çalışır, Belarusda seçkisonrası narazılıqlar səngimir, Rusiyanın Xabarovskunda da əhali qaynamaqda, vətənində zəhərlənmiş Navalnı isə hələ də Almaniyada komadadır. ABŞ prezident seçkisinə başlayıb. COVİD-19 pandemiyası da yaxamızdan əl çəkmir. Amma son bir neçə gündür ki, bizi ancaq və ancaq Ramiz Mehdiyev və onun nəvəsinin toyu ətrafındakı qalmaqal maraqlandırır. Sosial şəbəkələr xalq yaradıcılığı nümunələri ilə aşıb-daşır. Onları gördükcə kimi gülməkdən uğunub gedir, kiminin qorxudan dili-dodağı təpiyir, kiminin də hirsindən dişi bağırsağını kəsir. Bir sözlə, pandemiya dövründə hərə özünə görə əylənir, hətta Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verib, amma töhmət aldıqdan sonra. Ramiz Mehdiyevdə isə hal-islahat qoymayıblar. Bunu edənlərsə, elə özünün yaratdığı mühitin doğurduğu ünsürlərdir. Bir sözlə, hər şey konyunkturaya uyğun cərəyan edir. Gidi dünya, hələ dünən onun əmrilə kitab yandıranlar, özgə universitetlərini bağlatdıranlar, iş adamlarını müflis etdirənlər bu gün onun özünü daş-qalaq etməyə hazırdırlar…

Sözün doğrusu, kütləvi autodafelərdə iştirak etməkdən xoşum gəlmir. Amma Ramiz Mehdiyevin məktubu mənə maraqlı gəldi. Yazır ki, ”…Özümə gəlincə, mən tənqidlərdə ifrata varan, xüsusi canfəşanlıq edən jurnalistlərdən və millət vəkillərdən qətiyyən incimirəm. Onlar həmişə olduğu kimi vəziyyətə görə davranır, şəraitə uyğun danışırlar. Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək. Həmçinin bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar. Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi? Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar»!

Hərənin daxilində öz portreti var – mənəvi portreti. Və onu adamın özündən başqa heç kim görmür, amma insan yaşlandıqca daxili təlatümləri özünü onun simasında biruzə verir. Bu daxili portret — vicdandır. Vicdansa insanın əl-ayağını qamaşdırır, onu eyş-işrətdən, keyfdən, yüngül həyat tərzindən məhrum edir, alçaqlıq etməyə qoymur. Bir sözlə, yaşamağa imkan vermir. Elə isə portreti məhv etmək lazımdır…

Böyük Oskar Uayldın “Dorian Qreyin portreti” romanı yadıma düşdü. Gənc və çox yaraşıqlı Dorian rəssam dostu Bezil Holluordun çəkdiyi portretini ilk xəyanətindən sonra dəyişdiyini görüb evinin artırmasının lap uzaq küncündə gizlətmişdi. Dorian yaşlandıqca və xəyanətlərinin sayı artdıqca özü 20 yaşlı gənc kimi qalsa da,  portreti günbəgün əcaibləşir və gün gəlir ki, lap idbarlaşır. Onu çəkən rəssam dostu yaratdığı əsərin nə günə düşdüyünü görüb Doriana həqiqəti söyləyəndə isə elə onun tərəfindəncə xaincəsinə öldürülür, çünki Dorian günahı özündə deyil, əvvəlcə rəssamda, sonra isə portretində görür. Qreyin sonu faciəvi olur. Portreti həqiqəti ona göstərsə də, hikkəsindən bıçağı əlinə alıb onu doğrayır…  Hay-küyə özlərini yetirən qulluqçular artırmanın uzaq küncündə cavan və yaraşıqlı bir gəncin portreti və toz-torpaq içində ölüm ayağında çapalayan idbar qocadan başqa heç kimi tapmırlar…

Mənəvi dekadans insanı məhvə aparır.

***

Kim bilir, bəlkə də onlar özlərini qazanmış sayırdılar…

2001-ci ilin sonları idi. Köhnə həmkarlarımla yollarımızı ayırdıqdan sonra işləri təzəcə səhmana salırdım. “Ayna”nı da bərpa etdiyimdən gələcəyə böyük ümid və planlarım vardı. Bir sözlə, işləməyə olduqca həvəsli idim. Belə günlərin birində xəbər gəldi ki, bəs səninlə nazirlərdən biri söhbət etmək istəyir. Dalağım sancsa da, razılıq verdim. Söhbət əsnasında məlum oldu ki, qəzeti almaq istəyirlər. Bu təklifdə yeni bir şey yoxdu, çünki qəzetin yaradıldığı 10 ildən artıq bir müddətdə belə alıcılar az olmamışdı. Düşünmək üçün möhlət istədim. Fikrim vaxt uzatmaqdı, amma bir-iki gün sonra yenə görüşdə israr etdilər. Bu dəfə qəzeti satmaq niyyətim olmadığını deyəndə bildirdilər ki, heç o yan-bu yan eləmə, bəs bu, İlham Əliyevin tapşırığıdır. Məsələ qəlizləşirdi. Yenə də vaxt istədim. O zaman İlham Əliyev SOCAR-da I vitse-prezident idi. Amma deyilənlərə nəsə heç inanmaq istəmirdim. Dostlar vasitəsilə informasiyanı dəqiqləşdirmək qərarına gəldim. Bəxtimdən, bir gün sonra cavab gəldi ki, belə bir şey yoxdur, qoy başını aşağı salıb işləsin və möhkəm olsun.

Sonradan öyrəndim ki, sifariş Ramiz Mehdiyevin imiş. Amma heç də hamının bəxti mənimki qədər gətirməmişdi. Hərçənd, kim bilir, bəlkə də onlar özlərini qazanmış sayırdılar…

***

Məzarları yiyəsiz qoyub getmək olmaz

Düz 13 il bundan əvvəl Məhəmməd Naxçıvanı küçəsində yeni tikilən çoxmərtəbəli bina uçmuş və iyirmiyə yaxın fəhlə uçqun nəticəsində tələf olmuşdu. Bu bədbəxt hadisə böyük hay-küy doğurmuşdu. Biz də üç müəllifin imzasıyla geniş bir məqalə ilə çıxış etmişdik. Səhəri aləm bir-birinə dəymişdi. Rusiya səfiri gün ərzində bizim yazıyla bağlı iki brifinq keçirmişdi. Yazıda bu hadisənin təsadüf deyil, terror akti nəticəsində baş verdiyi ehtimalı da yer almışdı. Şahidlərdən birinin iddiasına görə, binanın ətrafında neçə gün imiş ki, slavyan görkəmli, əlikameralı şübhəli adam var-gəl edirmiş. Bir sözlə, müəlliflərdən biri rəhmətlik İbrahim Bayandurlunu səhər ertədən elə evdəncə, Rauf Mirqədirovu redaksiyadan, məni isə Ramiz Mehdiyevlə görüşdən sonra MTN-ə aparmışdılar. Görüşdə Ramiz Mehdiyevdən başqa Əli Həsənov, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və adını unutduğum bir başqa məmur da vardı. Əsas irad ondan ibarət idi ki, Rusiya ilə Azərbaycanın əlaqələrinə bir qəzet olaraq xələl gətirirəm. Ramiz Mehdiyevlə ilk və son görüşüm idi. Sonra da MTN-də gecə yarıyadək hər üçümüzü bir xeyli sorğu-sual etdikdən sonra sərbəst buraxdılar. Sonradan, 2014-cü ildə Rauf Mirqədirovu həbs edənlər də elə həmin əməkdaşlar idi, çünki biz elə hey Rusiyanın bölgəmizdəki və postsovet məkanındakı ekspansionist siyasətini – 2008-ci ilin avqustundakı üçgünlük Rusiya-Gürcüstan müharibəsindən tutmuş Krımın ilhaqınadək — tənqid edirdik. Əsas ağırlıq da təbii ki, Qarabağ münaqişəsinin həllinin Minsk qrupu və onun həmsədrlərindən biri olan Rusiya tərəfindən əngəllənməsi və bunun səbəblərinin təhlilinə düşürdü. Bir sözlə, Kreml maraqlarının ölkəmizdəki təmsilçilərinin baş ağrısına çevrilmişdik. Rusdilli qəzet olsaq da, Azərbaycan qəzeti idik və Rusiya ictimai fikrinə heç bir təsir göstərə bilməsək də, burada Kremlağalarının nüfuzuna xələl yetirirdik. Nəticəsi məlumdur – bütün inzibati resurslardan istifadə edərək əvvəlcə R.Mirqədirovu şərləyib həbs etdilər, sonra da elə vəziyyət yaratdılar ki, qəzetin müstəqil fəaliyyət göstərməsi qeyri-mümkün oldu. 24 il özü-özünü heç kimdən asılı olmayaraq maliyyələşdirə bilən bir mətbu orqanı heç oldu. Sonra isə bir neçə ay ərzində heç bir rəsmi ittiham olmadan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində çoxsaylı dindirmələr. Elə hey anlamağa çalışırdılar ki, qəzet kimin hesabına, yəni kimin puluna çıxır. Hərçənd, məsələyə başqa bucaqdan yanaşsaydılar, yəni özlərinə kimin yox, nəyin hesabına çıxır sualını versəydilər, istintaqçılar Konfutsinin qaranlıq otağında qara pişik axtarmazdılar.

Və nəhayət, dördillik vakuum. İlk iki ildə isə heç ayağımı ölkədən kənara da qoya bilmədim. Elə həmin iki il ərzində bir sətir də yazmadım. Hərçənd, Rauf həbs edildikdən sonra qəzetdəki boşluğu doldurmaq üçün özüm xeyli fəallaşmışdım – məqalələr yazırdım. Əli Həsənov hətta bir dəfə ayaqüstü görüşlərimizdən birində demişdi ki, Rauf qurtardı, indi də özün başlamısan.

Bu yazdıqlarımı yaxın adamlarımdan başqa bilən yoxdur. Çox asanlıqla “təqib olunuram” deyib ölkədən gedə bilərdim. Nə özümün, nə də ailə üzvlərimin dil problemi var. Amma bu barədə düşünəndə belə, özümü pis hiss edirəm. İnsanın daşı öz torpağında ağırdır. Həm də məzarları yiyəsiz qoyub getmək olmaz.

***

Bütün bunlara baxmayaraq yaşamaq lazımdı, çünki həyat davam edirdi. Təəssüf doğuran, yalnız itirilmiş illərdi. Daha səmərəli işləmək, daha çox iş görmək olardı. Amma hələ də gec deyil. Nəhayət, düz 23 ay sonra Rauf məhkəmə zalından sərbəst buraxıldı. Onun həbsinin bilavasitə icraçıları isə məhbəsə atıldılar. Buzlar tərpənməyə başlamışdı. Bir sıra məxsusi görüş və söhbətlərdən sonra isə anladım ki, Mirqədirov və bir sıra digər jurnalist və ictimaiyyət nümayəndələrinin sərbəst buraxılması və onlara münasibətin loyallaşması prezident və onun xanımından gəlir.

***

Həyat əsatir deyil

“Cəmiyyət də insan kimidir. Axtalanmiş adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz!”.

Bu sözlər atam İsmayıl Şıxlının “Ölən dünyam” romanının personajlarından biri Çapıq Əmrahın bolşeviklər tərəfindən güllələnməyə aparıldığı zaman söylədikləridir.

Cəmiyyət artıq dəyişikliklərə hamilə idi. Avgi tövlələrini təmizləmək zamanıydı. Amma həyat əsatir deyil. İslahatlar tələsik, zəmin yaradılmadan aparıla bilməz. Məsələ yalnız daxili amillərdən asılı olsaydı, bir elə çətinlik olmazdı. Burada xarici aktorların maraqlarını nəzərə alaraq dayaqlarını sarsıtmaq mütləqdi. Kadr islahatlarına iqtisadi və ictimai-siyası sahələrdən başlanıldı. İqtisadi islahatların nəticəsi özünü birdən-birə biruzə vermir. Burada enerji bazarları konyunkturasının heç də yalnız bizdən asılı olmadığını nəzərə almaq lazımdır. İlin əvvəlində Rusiyanın OPEK razılaşmasından çıxmaq oyunlarının neft qiymətlərinə mənfi təsirini yada salmaq kifayətdir. Bütün bunlarla yanaşı məmurların ali rəhbərliyə sovetsayağı yalançı raportlar vermək kimi bir mərəzini də unutmağ lazım deyil.

İctimai-siyasi sektorda nəhayət ki, Ramiz Mehdiyev Əli Həsənov tandemi erasına son qoyuldu. Güc strukturlarına ciddi əl gəzdirildi. Dövlət Təhlükəsizlik Xidməti yaradıldı, Daxili İşlər nazirliyi, Baş prokurorluğun rəhbərliyi dəyişdirildi. Növbədənkənar parlament seçkiləri keçirildi. Milli Məclisin yeni tərkibi ictimaiyyətin gözləntilərini tam doğrultmasa da, lakmus kağızı rolunu oynadı. Məlum oldu ki, köhnə “partnomenklatura” yerlərdə hələ də gücünü itirməyib. DTX və Prokurorluğun korrupsiya ilə mübarizə idarəsinin əməliyyatları nəticəsində neçə-neçə icra başçısı və həmin strukturların məmurları, Mədəniyyət, Xarici İşlər nazirliklərinin məsul işçiləri rüşvət üstündə tutuldu. Mədəniyyət, Təhsil, Xarici işlər nazirləri yeniləndi. Bir neçə səfirimiz geri çağırıldı, hətta həbs olunan da oldu…

Amma görüləsi işlər hələ çoxdur. Yolun başlanğıcındayıq.

***

“Ehtiyatı əldən verməmək lazımdır. Nə vaxtsa çox dərinə gömülmüş Nəhəng qımıldanmağa başlayıb”.

Kazuo İşiquro “Gömülmüş Nəhəng”

İşiquro bu əsərində oxucunu qaranlıq və zülmət orta əsrlər Britaniyasına, insanların dağlardan enən çən və havanın tutulmasından dərhal sonra yaddaşlarını itirdiyi dövrlərə aparır. İlk baxışdan dəhşətdir. Valideyn balasını unudur, oğul atasını tanımır. Tam bir faciədir və bütün bunların günahı Kveriq adlı əjdahadadır. Əjdaha durduqca insanların yaddaşı qayıtmayacaq – axşam səhər etdiklərini unudacaqlar. Bircə cıxış yolu var — əjdahanı öldürmək. Və nəhayət qəhrəman Vistan Kveriqin başını bədənindən ayırır. İnsanların yaddaşı geri qayıdır və əsl faciə bundan sonra başlayır…

“…bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində məni də günahlandırırlar. Ancaq bu vəziyyət əksər hallarda mətbuat nümayəndələrinin bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və  həyat fəlsəfəsindən qaynaqlanır. Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir…”, — deyə Ramiz Mehdiyev yazır. 

Əjdahanı öldürüb torpağa gömülmüş Nəhəngi oyatmayın.


Oxunub: 405
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:09 | AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...
    Bu gün, 13:49 | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü
    Bu gün, 13:47 | Bakıda məktəbi yandırmaq istəyən 6 nəfər saxlanıldı
    Bu gün, 13:26 | ABŞ və Avropa Ukrayna üçün yeni gizli sülh planı hazırlayır - Detallar
    Bu gün, 13:19 | "İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu
    Bu gün, 13:14 | Rusiya bir gecədə bu qədər PUA vurdu
    Bu gün, 13:12 | Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb
    Bu gün, 13:07 | Saakaşvili Azərbaycanı dəstəklədi, İranı ittiham etdi: “Cəsarətli addımdır!”
    Bu gün, 13:01 | “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
    Bu gün, 12:55 | Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
    Bu gün, 12:51 | Sabahın havası açıqlandı
    Bu gün, 12:42 | Hicab və məktəbli forması ilə bağlı müzakirələr - Filosofdan milli dəyərlər və təhsil mesajı
    Bu gün, 12:37 | Azərbaycanda avtomobil istehsalı artıb - Foto
    Bu gün, 12:09 | Azərbaycan neftinin qiyməti 131 dolları keçdi
    Bu gün, 12:07 | Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
    Bu gün, 12:03 | Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir
    Bu gün, 12:00 | "Azərbaycanla sülh “təməl daşı” olacaq" - Paşinyan
    Bu gün, 11:58 | Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı
    Bu gün, 11:54 | "Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir" - Donald Tramp
    Bu gün, 11:47 | İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto
    Bu gün, 11:41 | Aqil Babayevin anasından prezidentə müraciət: “Son ümidimiz Sizədir!”
    Bu gün, 11:02 | Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı
    Bu gün, 10:53 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
    Bu gün, 10:40 | Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
    Bu gün, 08:36 | Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
    Bu gün, 08:33 | 2 manatlıq şirkət Pir Hüseyn Qoruğundan 14 min manatlıq tender qazandı
    Bu gün, 08:28 | Bu ölkədə 6.4 bal gücündə zəlzələ oldu
    Bu gün, 08:23 | Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı
    Bu gün, 08:13 | VPN-lərlə bağlı XƏBƏRDARLIQ! Ehtiyatlı olun
    Bu gün, 08:03 | Aqrar Xidmətlər Agentliyindən milyonluq müqavilə
    Bu gün, 07:57 | Rəsmi qurum məktəblərlə bağlı AÇIQLAMA YAYDI
    Bu gün, 07:54 | Siyəzəndə 33 min manatlıq bazarlıq
    Bu gün, 07:51 | Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video
    Bu gün, 07:48 | “Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım”
    Bu gün, 07:41 | Cəlilabad Rayon İcra Hakimiyyətindən əsaslı təmir bazarlığı - 376 min manatlıq
    Bu gün, 07:38 | Bakıda dana əti niyə bahalaşıb? - Video
    Bu gün, 07:36 | UEFA Çempionlar Liqasında ikinci tura start verilir
    Dünən, 23:32 | Dini əlində oyuncaq edən divlər uşaqlarımızı nağıllarla aldatmağa çalışırlar
    Dünən, 23:13 | Ağır xəstə 6 aydır pensiya ala bilmir - VİDEO
    Dünən, 23:10 | Sabunçuda psixotrop maddə qəbul edən şagird özünü məktəb binasından atdı - Yenilənib
    Dünən, 22:19 | Sosial şəbəkələrin gizli tələsi
    Dünən, 21:39 | 29 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
    Dünən, 20:50 | Türkiyənin Ermənistanla qardaşlaşmaq üçün Azərbaycandan imtina planı - DETALLAR
    Dünən, 19:23 | Media və Yayım Şurası çağırış edib: Vahid məktəbli forması ətrafında koordinasiyalı informasiya hücumu müşahidə olunur
    Dünən, 17:57 | Hacı İsmayılov: “Başı örtülü, hicabla məktəbə gəlməyi heç cürə qəbul etmək olmaz”
    Dünən, 17:55 | Mirsalam Səmədov vəzifəsindən azad olundu - Yeni təyinat - FOTO
    Dünən, 17:38 | Şəhid İlkin Bayramovun anası vəfat edib
    Dünən, 16:40 | Evdə yanğın oldu: bir nəfərin meyiti tapıldı
    Dünən, 16:39 | Soydaşımız peşəkar rinqdə növbəti qələbəsini qazandı
    Dünən, 14:53 | Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.