“Qarabağ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
Misli Premyer Liqasında 7-ci tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçirilib. Əvvəlcə son çempion “Qarabağ” “Kəpəz”i qəbul edib. Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Kəpəz”i bugünkü matça baş məşqçi kimi yenidən komandaya qayıdan Azər Bağırov çıxarıb. Digər qarşılaşmada isə “Sumqayıt” doğma divarlar arasında “Turan Tovuz”u sınağa çəkib. Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 4 oktyabr 19:30. “Sumqayıt” - “Turan Tovuz” - 0:3 Qol: Joralem Batista, 34, Aleks de Souza, 58, Ayxan Hüseynov, 90+3 Qaçırılan penalti: Aleksandr Ramalinqom, 72 Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov 17:00. “Qarabağ” - “Kəpəz” - 1:0 Qol: Samy Mmae, 37 3 oktyabr “Zirə” - “Neftçi” - 2:2 “Araz-Naxçıvan” - “İmişli” - 2:0 5 oktyabr 15:00. “Karvan-Yevlax” - “Sabah” 17:30. “Qəbələ” - “Şamaxı” Bombardirlər: Toral Bayramov ("Qarabağ") - 3 qol Martins Juniyor ("Zirə") - 3 qol Olabe Roberto ("Turan Tovuz") - 2 qol Coy-Lens Mikels ("Sabah") - 2 qol Ceyhun Nuriyev ("Zirə") - 2 qol İssa Cibrila ("Zirə") - 2 qol Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol
VAR: Rəvan Həmzəzadə
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Əli Əliyev
AVAR: Rəşad Əhmədov
“Azersun Arena”