"Qarabağ" "Kəpəz"i məğlub etdi
"Qarabağ" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb. Mediaxeberleri.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VII turda "Kəpəz"i qəbul edib. "Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti ilə bitib. 37-ci dəqiqədə Samy Mmae fərqlənib. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" 13 xalla ikinci pillədə qərarlaşıb. Yeddi matçın hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır. Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Oxunub: 264
Xəbəri paylaş
Paylaş: