Əməkdar müəllim dünyasını dəyişdi
Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbində uzun illər direktor vəzifəsində işləmiş Əlisultan İbrahimov vəfat edib. Mediaxeberleri.Az xəbər verir ki, Əlisultan İbrahimov 1957-ci il 20 avqust tarixində Rəncbər kəndində anadan olub. 1964-74-cü illərdə Rəncbər kənd tam orta məktəbində təhsil alıb. 1974-ildə APU-un Riyaziyyat fakültəsində “Riyaziyyat müəllimi” ixtisası üzrə təhsil alıb. O, 1974-cü ildən Talış kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışmağa başlayıb. Daha sonra Rəncbər kənd tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışmağa başlayan Əlisultan İbrahimov 1994-2022-ci illərdə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.