Şəmkirdə ağır avtomobil qəzasında ölən həkimin GÖRÜNTÜLƏRİ
Şəmkirdə baş-vermiş yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən birinin həkim olduğu məlum olub. Mediaxeberleri.Az xəbər verir ki, qəzada ölən "Hyundai" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Kənan Çobanlı stomatoloq kimi çalışıb. Qeyd edək ki, hadisə gecə saatlarında, Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobildə olan digər sərnişin, 1991-ci il təvəllüdlü Süleyman Məmmədli də həyatını itirib. Onların toydan qayıdarkən qəzaya düşdükləri məlum olub. Qəzada həlak olan həkimin görüntülərini təqdim edirik:
Oxunub: 79
Xəbəri paylaş
Paylaş: