Tovuzda iki avtomobil körpüdən aşdı
Tovuzda iki avtomobil körpüdən aşıb, xəsarət alanlar var. Mediaxeberleri.Az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, "Toyota Prius" və "Opel" markalı avtomobillər toqquşub, daha sonra aşıb. Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif xəsarətlər alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Qeyd edək ki, xəsarət alanlar sürücüdürlər və taksi fəaliyyəti ilə məşğuldurlar. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 63
Xəbəri paylaş
Paylaş: