Vətəndaş məktubundan: “Cənab Prezident, Vaşinqtondakı diplomatik uğurunuz qazandığımız möhtəşəm qələbələrin davamı kimi yaddaşlara əbədi həkk olundu”
Cənab Prezident, Ulu Öndər Heydər Əliyevin vaxtilə səsləndirdiyi və bu gün xalqımızın qürurla xatırladığı “Gün gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq!” sözləri Sizin uzaqgörən, məqsədyönlü, düşünülmüş siyasətiniz və uğurlu diplomatiyanız sayəsində artıq reallığa çevrilib. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gündə əldə etdiyimiz şanlı Zəfər, 2023-cü ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı suverenliyimizin bərpa olunması, 2024-cü ildə Qazax rayonunun işğalda olan dörd kəndinin bir güllə atılmadan siyasi yolla geri qaytarılması Sizin uğurlu siyasətinizin nəticəsidir. Möhtərəm Prezident, Bu günlərdə qalib dövlətin qalib lideri kimi Azərbaycan xalqına yenidən qürur dolu anlar yaşatdınız. Vaşinqtondakı diplomatik uğurunuz qazandığımız möhtəşəm qələbələrin davamı kimi yaddaşlara əbədi həkk olundu. Məhz Sizin müdrik siyasətiniz sayəsində əminik ki, bundan sonra Cənubi Qafqazda sülh və əmin-amanlıq hökm sürəcəkdir. Qazaxlı ziyalılar və rayon ictimaiyyəti adından əldə etdiyiniz bu möhtəşəm nailiyyətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Uca Tanrı Sizi və ailənizi qorusun, müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə gördüyünüz bütün işlərdə hər zaman yardımçınız olsun! Hörmətlə, Əməkdar bədən tərbiyəsi və idman xadimi Ramiz Tağıyev, Əməkdar müəllim Bəsdi Ələkbərova, Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurov. Azərbaycan Respublikası, Qazax şəhəri.Ramiz Tağıyev və başqalarından, Qazax, Azərbaycan