“SOCAR-AQŞ”nin həbsdə olan sabiq baş direktoruna hökm oxunub - 14 il
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə məhkəmə prosesi yekunkaşıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ramin İsayev müddətə 14 il müddətə azadlıqdan məhrum edilib. Həmçinin təqsirləndirilən şəxsin əmlakları müsadirə olunub. Təqsirləndirilən Ramin İsayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəaimdə çəkəcək. Qeyd edək ki, Ramin İsayev 54 milyon manat mənimsəmədə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham verilib. R. İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.