DÇ-2026 seçmə mərhələsi: Bu gün daha 7 görüş keçiriləcək
Bu gün 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar baş tutacaq. Mediaxeberleri.Az-ın məlumatına görə, ikinci turun ikinci oyun günündə 7 matç keçiriləcək. Belə ki, Belarus millisi Şotlandiya ilə, Xorvatiya Monteneqro ilə, Cəbəllüttariq Farer adaları ilə, Yunanıstan Danimarka ilə, İsrail İtaliya ilə, Kosovo İsveçlə, İsveçrə isə Sloveniya ilə üz-üzə gələcəklər. Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. 8 sentyabr DÇ-2026 seçmə mərhələsi II tur Saat 22:45, Belarus - Şotlandiya; Saat 22:45, Xorvatiya - Monteneqro; Saat 22:45, Cəbəllüttariq - Farer adaları; Saat 22:45, Yunanıstan - Danimarka; Saat 22:45, İsrail - İtaliya; Saat 22:45, Kosovo- İsveç; Saat 22:45, İsveçrə - Sloveniya.
Oxunub: 73
Xəbəri paylaş
Paylaş: