Dövlət Departamenti iranlı əməkdaşını işdən qovdu
ABŞ Dövlət Departamentinin İsrail və Fələstin məsələləri üzrə yüksək səviyyəli media rəsmisi İran əsilli Şahid Qureyşi işdən qovulub. Mediaxeberleri.Az xəbər verir ki, bu haqda sağçı fəal və ABŞ Prezidenti Donald Trampın qeyri-rəsmi məsləhətçisi Lora Lumer özünün X səhifəsində məlumat yayıb. "Qureşi "İran Amerika Milli Şurası" ilə əlaqəli olan iranpərəst və cihadçı müsəlmandır", - o yazıb. Məlumata görə, Qureşi departamentə Qəzzada öldürülən jurnalistlər üçün başsağlığı mesajı verməsini və fələstinlilərin məcburi köçkünlüyünü pisləyən rəsmi bəyanatla çıxış etməyi təklif edib. Onun bu təklifləri Dövlət Departamentinin məsul şəxsləri tərəfindən etirazla qarşılanıb.
Oxunub: 151
Xəbəri paylaş
Paylaş: