Yevlaxda ÜÇ MAŞIN toqquşdu - ÖLƏN və yaralılar var
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, yol qəzası Xaldan-Şəki yolunun Əkşəm kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2106, "Honda" və "QAZel" markalı maşınların toqquşması nəticəsində bir nəfərin öldüyü, iki nəfərin yaralandığı bildirilir. Onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: