Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək

Son xəbərlər :
  • Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
  • Cəbrayılda mina partlaması nəticəsində yaralanan gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
  • Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
  • Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video
  • Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı
  • Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
  • Azərbaycanın cüdo tarixində rekord...
  • Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia
  • “Qızım iki ildən çoxdur komadadır, ekspertiza nəticələri saxtalaşdırılır...”
  • Gözlərinizi qorumaq üçün məsləhətlər
  • Hərbi xidmətə gedənlərlə bağlı VACİB AÇIQLAMA
  • Cəbrayılda mal-qara otaran şəxs minaya düşdü
  • Ermənistan bu ölkələr üçün viza qaydalarını dəyişdi
  • Paşinyandan Medvedevə kinayəli cavab: "Əsl təhlükənin rusiyalaşmaq olduğunu deyə bilərik"
  • Bakıya leysan yağacaq, şimşək çaxacaq
  • Adı qalmaqalda çəkilən lisey direktoru işdən çıxdı - Foto
  • Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
  • "Patriot" parkında növbəti korrupsiya skandalı - Milyardlıq tenderlər, milyonluq faizlər....
  • Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
  • "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir" - Prezident
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Rumıniyalı nazir: "Azərbaycan Mərkəzi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin təminatında strateji tərəfdaşdır" – MÜSAHİBƏ

  • Tarix: 8-08-2025, 09:48

Rumıniya və Azərbaycan ənənəvi qaz tədarükü çərçivəsindən kənara çıxaraq və iddialı infrastruktur və "yaşıl" layihələrin birgə həyata keçirilməsinə doğru irəliləyərək enerji sahəsində strateji tərəfdaşlığı daha da gücləndirir. Geosiyasi qeyri-sabitlik fonunda Buxarest Bakını enerji mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və regionda dayanıqlı enerji inkişafı məsələlərində əsas tərəfdaş kimi görür.

Bu əməkdaşlığın əsas elementlərindən biri Cənub Qaz Dəhlizidir (SGC). Rumıniya bu dəhlizin genişləndirilməsini fəal şəkildə dəstəkləyir və Balkan regionu ölkələrinin ona qoşulmasını təmin etməyə çalışır. Hər iki ölkənin Qara dəniz vasitəsilə "Yaşıl Enerji Dəhlizi" layihəsində iştirakı, həmçinin maye təbii qaz (LNG) təchizatı, bərpa olunan enerji mənbələrinin, o cümlədən "yaşıl hidrogen”in inkişafı kimi yeni əməkdaşlıq formaları bu istiqamətdə mühüm addımdır.

Rumıniyanın energetika naziri Boqdan-Qruya İvan “Report”a eksklüziv müsahibəsində SGC-nin genişləndirilməsi perspektivləri, SOCAR və “Romgaz” arasında LNG sahəsində əməkdaşlıq, eləcə də Avropada "yaşıl enerji”nin gələcəyi barədə danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Hazırda Azərbaycan qazının Rumıniyaya tədarükünün bərpası və ya artırılması ilə bağlı danışıqlar aparılırmı? Yaxın gələcəkdə yeni sazişlərin imzalanması gözlənilirmi?

- Əminliklə deyə bilərəm ki, hələ 2022-ci ilin sonunda “Romgaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Azərbaycandan Rumıniyaya təbii qaz tədarükü haqqında müddətsiz çərçivə sazişi imzalanıb. Bu saziş tərəflərə tələbata uyğun olaraq operativ şəkildə konkret kommersiya müqavilələri bağlamağa imkan verir.

“Romgaz” Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri üçün etibarlı qaz tədarükçüsü kimi rolunu genişləndirməyi hədəfləyir. Buna görə də şirkət mövcud çərçivə sazişi əsasında Azərbaycan qazının idxalının artırılması imkanını nəzərdən keçirir.

Rumıniya və Azərbaycan davamlı və dostluq münasibətləri sayəsində Cənub Qaz Dəhlizi, Xəzər və Yaxın Şərq regionlarından qaz tədarükü marşrutlarının təminatı üzrə Avropa təşəbbüsü, habelə Qafqazda istehsal olunan "yaşıl enerji"nin ötürülməsi üçün "Black Sea Energy" sualtı elektrik kabeli strateji layihəsi kimi əsas enerji istiqamətlərində sıx əməkdaşlığı davam etdirir.

- Cənubi Qaz Dəhlizinin mümkün genişləndirilməsi ilə bağlı Rumıniyanın mövqeyi nədən ibarətdir? Bu prosesdə Rumıniya və bütövlükdə region üçün hansı üstünlükləri və çağırışları görürsünüz?

- Mövcud reallıqlarda, yəni Avropanın sabit və şaxələndirilmiş enerji mənbələrinə kəskin ehtiyac duyduğu bir vaxtda Rumıniya Azərbaycanın qitənin enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir. Azərbaycan SGC-nin inkişafında mühüm rol oynayır və Avropa bazarına tədarük həcmlərini ardıcıl şəkildə artırır.

SGC son dörd il ərzində özünü etibarlı və strateji cəhətdən vacib qaz nəqli sistemi kimi təsdiqləyib. Bu gün davam edən çağırışlar fonunda o, Avropanın enerji resursları ilə təmin edilməsində daha əhəmiyyətli rol oynamaq iqtidarındadır.

Əminik ki, SGC-nin genişləndirilməsi xüsusilə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri üçün kritik əhəmiyyət kəsb edir. Onlara həm böyük həcmdə əlavə qaz, həm də yeni tədarükçülər lazımdır. Bu dövlətlərin mövcud marşrutlara etibarlı alternativə ehtiyacı var və onların bir çoxu genişləndirilmiş SGC şəbəkəsinə inteqrasiya oluna bilən infrastruktura malikdir.

Bu irimiqyaslı layihə Azərbaycan qazının ixrac coğrafiyasının şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyi gücləndirilməsi baxımından qarşılıqlı faydalıdır. İştirakçı ölkələr bu genişləndirmə layihəsinin doğuracağı bütün aspektləri əvvəlcədən hərtərəfli təhlil etməli və onun həyata keçirilməsi üçün birgə səy göstərməlidir. Əlbəttə, enerji sahəsində qeyri-sabit və proqnozlaşdırılması mümkün olmayan bir vəziyyətdə bu layihənin uğurla həyata keçirilməsi üçün ümumi siyasi baxış, qətiyyət və səylərin koordinasiyasına hazırlıq əsas şərtlərdir.

- Azərbaycanın Avropanı, o cümlədən Rumıniyanı karbon-neytral enerji mənbələri ilə təmin etmək potensialını necə qiymətləndirirsiniz? Enerji əməkdaşlığının hansı istiqamətlərində daha böyük potensial görürsünüz?

- Rumıniya və Azərbaycan arasında enerji sahəsində möhkəm strateji dialoq qurulub. Son illərdə xüsusilə bərpa olunan enerji mənbələri sahəsində qarşılıqlı əlaqələr fəal şəkildə inkişaf edir ki, bu da dayanıqlı inkişaf və "yaşıl keçid" gündəliyinə tam uyğundur. Hazırda günəş və ya külək enerjisi sahəsində konkret birgə layihələr müzakirə olunmasa da, hər iki tərəf bu cür əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Rumıniya Azərbaycanla enerji əməkdaşlığının bir neçə əsas sahəsində böyük perspektivlər görür, bu, ilk növbədə, onun enerji resurslarının ənənəvi tədarükçüsü, həm də dayanıqlı enerji sahəsində gələcək transformasiya proseslərinin iştirakçısı kimi strateji rolu sayəsində mümkün olub. Rumıniya isə öz növbəsində, Avropa İttifaqının üzvü kimi regionun enerji dayanıqlığının artırılması, diversifikasiya və dekarbonizasiya məqsədlərini fəal şəkildə təşviq edir.

Rumıniya təbii qazın idxalını, "yaşıl enerji”nin ötürülməsini, Qara dəniz bölgəsində enerji nəqli infrastrukturunun inkişafını və regional enerji təhlükəsizliyinin təmin edilməsini Azərbaycanla əməkdaşlığın ən perspektivli sahələri hesab edir. Bu istiqamətlər Avropa İttifaqının prioritetlərinə tam uyğundur və ümumi məqsədə - Avropada daha dayanıqlı, müstəqil və ekoloji yönümlü enerji arxitekturasının yaradılmasına xidmət edir.

- Rumıniya Azərbaycanla günəş və külək enerjisi kimi bərpa olunan enerji sahəsində birgə layihələrlə bağlı danışıqlar aparırmı? Sizcə, Azərbaycandan "yaşıl hidrogen” tədarükü nə dərəcədə vacib istiqamətdir?

- Rumıniya və Azərbaycanın Macarıstan və Gürcüstanla birlikdə tərəfdaş olduğu əsas layihələrdən biri "Yaşıl Enerji Dəhlizi"dir. Bu transmilli layihə Qafqazda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Avropa İttifaqı ölkələrinə tədarükü üçün Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsini nəzərdə tutur. Bu dəhliz həm ölkələrimiz, həm də bütün region üçün böyük əhəmiyyət kəsb edir. O, milli və regional enerji təhlükəsizliyini gücləndirəcək, Qara dəniz məkanında daha sıx bağlantını təmin edəcək və Avropanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması üçün möhkəm platforma yaradacaq.

Gələcəkdə bu layihə həm də "yaşıl hidrogen”in istehsalı və ixracı sahəsində gələcək əməkdaşlığın əsasını təşkil edə bilər. Rumıniya bu resursu sənaye və energetikanın uzunmüddətli dekarbonizasiyasının strateji vacib elementi hesab edir. Biz bu istiqamətə böyük əhəmiyyət verir və hesab edirik ki, burada Azərbaycanla əməkdaşlıq qarşılıqlı fayda verə bilər.

- SOCAR və “Romgaz”ın Xəzər regionundan qazın nəqli üçün mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı zavodu, reqazifikasiya terminalları və digər infrastrukturun tikintisini nəzərdə tutan birgə layihəsi hansı mərhələdədir?

- 2022-ci ilin oktyabrında imzalanmış Anlaşma Memorandumu əsasında SOCAR və “Romgaz” Xəzər regionundan Rumıniyaya mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı irimiqyaslı layihənin hazırlanması istiqamətində əməkdaşlığa başlayıb. Layihənin həyata keçirilə bilməsi mümkünlüyünü qiymətləndirmək üçün tərəflərin cəlb etdiyi ixtisaslaşmış məsləhətçi şirkətlər texniki, iqtisadi və kommersiya məqsədəuyğunluğu baxımından hərtərəfli təhlil aparıb. İlkin hesablamalara görə, müvafiq maliyyələşdirmə və logistika modelində ildə 9 milyard kubmetrə qədər LNG tədarükü iqtisadi cəhətdən əsaslandırıla bilər.

Layihə Azərbaycandakı yataqlardan Gürcüstanın Qara dəniz sahilinə qədər qaz kəmərinin, Gürcüstanda qazın mayeləşdirilməsi qurğularının, Gürcüstan və Rumıniyada LNG terminallarının, həmçinin nəql üçün dəniz logistika infrastrukturunun tikintisini nəzərdə tutur.

Hazırda tərəflər növbəti mərhələyə keçmək üçün zəruri olan texniki və maliyyə parametrlərinin birgə qiymətləndirilməsi mərhələsindədirlər. Yekun qərar hələ qəbul edilməsə də, tərəflər arasında fəal şəkildə konstruktiv dialoq aparılır ki, bu da hər iki ölkənin alternativ qaz tədarükü marşrutlarının inkişafına və Qara dəniz regionunda enerji bağlantılarının gücləndirilməsinə strateji marağını təsdiqləyir.

- Rumıniyanın neft emalı sənayesinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Ölkə Azərbaycanla xam neftin emalı sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırırmı?

- Rumıniyada neft emalı sənayesi təkcə zəngin tarixə malik bir sektor deyil, həm də milli iqtisadiyyatda, xüsusilə cari iqtisadi və enerji çağırışları şəraitində mühüm rol oynayan və dinamik inkişaf edən istiqamətdir. Biz bu sektoru Rumıniyanın gələcək inkişafında ciddi şəkildə arxalana biləcəyi sektorlardan biri hesab edirik.

Ölkədə dörd neft emalı zavodu fəaliyyət göstərir: “Petrobrazi “(“OMV Petrom”a məxsusdur), “Petromidia” və “Vega” (“Rompetroll” qrupuna məxsusdur), həmçinin “Petrotel” (“Lukoil”a məxsusdur). Bu zavodların ümumi emal gücü ildə təxminən 12 milyon ton təşkil edir. SOCAR-a gəlincə, şirkət Rumıniyada neft emalı zavoduna malik olmasa da, distribusiya infrastrukturunu - 79 yanacaqdoldurma məntəqəsi və 4 yanacaq anbarını fəal şəkildə inkişaf etdirir, bu isə onu Rumıniyanın neft məhsullarının pərakəndə və topdan satış bazarında nəzərəçarpan oyunçulardan birinə çevirir.

SOCAR fəal şəkildə yanacaq, sürtkü materialları, bitum və neft-kimya məhsullarının geniş çeşidini təklif edir. Davamlı investisiyalar və fəaliyyətin genişləndirilməsi sayəsində şirkət özünü Rumıniyanın yanacaq bazarında etibarlı tərəfdaş kimi tanıdıb. SOCAR ölkəmizdə mühüm layihələr həyata keçirir, Rumıniya isə yeni iş yerlərinin açılmasını təmin edən və həm neft və qaz hasilatına, həm də emalı və satışına böyük məbləğdə vəsait yatıran istənilən investor üçün ciddi tərəfdaşdır.

- “SOCAR Petroleum SA”nın Türkiyədəki “Petkim” və STAR neft emalı zavodlarında, eləcə də Azərbaycanın metanol və karbamid müəssisələrində istehsal olunan məhsulların tədarükü baxımından Rumıniya bazarındakı perspektivləri necədir?

- Rumıniyanın neft bazarı tamamilə liberallaşdırılıb və azad rəqabət prinsipləri əsasında fəaliyyət göstərir. Xam neft ticarəti beynəlxalq bazar qaydalarına uyğun olaraq həyata keçirilir və hər bir iştirakçı öz kommersiya strategiyasını bazar şərtləri və logistika imkanlarından asılı olaraq formalaşdırır.

Son illərin qlobal enerji zəncirlərinə əhəmiyyətli təsir göstərən geosiyasi dəyişiklikləri nəzərə alaraq, Azərbaycanın neft və neft məhsullarının etibarlı tədarükçüsü kimi rolu artmaqda davam edir. Əminik ki, orta və uzunmüddətli perspektivdə Rumıniyanın enerji təhlükəsizliyi də Azərbaycanın neft sənayesi ilə davamlı əməkdaşlığa əsaslanacaq.

Əgər SOCAR Türkiyədəki (o cümlədən STAR və “Petkim”) və ya Azərbaycandakı (metanol, karbamid və s.) zavodlarında istehsal olunan məhsulların ixracı üçün Rumıniyanı prioritet bazar kimi nəzərdən keçirirsə, biz bu cür təşəbbüsləri yalnız alqışlayırıq. Bu, mövcud enerji sazişləri və əməkdaşlıq platformaları çərçivəsində hər iki ölkənin şirkətləri arasında ilkin danışıqların mövzusu ola bilər.

- Rumıniya enerji təhlükəsizliyini gücləndirmək və tədarük mənbələrini şaxələndirmək üçün hansı addımları atır? Bu prosesdə Azərbaycanla əməkdaşlığın rolunu qeyd edə bilərsinizmi?

- Rumıniya müasir, qarşılıqlı əlaqəli və yüksək səmərəli qaz nəqli infrastrukturuna malik regional enerji mərkəzi kimi aparıcı rol oynayır. Əsas obyektlər arasında BRUA qaz kəməri, Yassı-Ungenı-Kişineu interkonnektoru, Transbalkan dəhlizi ilə əks axın, həmçinin qonşu ölkələrlə etibarlı sistemlərarası bağlantılar var. Hazırda Qara dəniz-Podişor qaz kəməri və genişləndirilmiş Arad-Seged interkonnektoru kimi yeni mühüm layihələr həyata keçirilir ki, bunlar da Qara dəniz akvatoriyasından, Xəzər regionundan, eləcə də Türkiyə və Yunanıstandakı LNG terminalları vasitəsilə Mərkəzi və Şərqi Avropaya qaz tədarükü imkanlarını daha da gücləndirir.

İnfrastruktura sərmayə qoyuluşunu fəal şəkildə davam etdirən TRANSGAZ milli operatoru bununla təkcə Rumıniyaya deyil, həm də qonşu ölkələrə, o cümlədən Moldovaya tədarükün şaxələndirilməsini təmin edir. Bu səylər Avropanın enerji təhlükəsizliyi məqsədlərinə uyğundur və Azərbaycanın strateji tərəfdaş kimi nəzərdən keçirildiyi Cənub Qaz Dəhlizinin genişləndirilməsini səmərəli şəkildə tamamlaya bilər.

Növbəti əsas istiqamətlərdən biri 2027-ci ildə istismara verilməsi gözlənilən “Neptun Deep” layihəsidir. Bu layihə Rumıniyada hasilatın həcmini əhəmiyyətli dərəcədə artırmağa və ölkənin Aİ-də aparıcı qaz istehsalçılarından biri kimi mövqeyini gücləndirməyə imkan verəcək.

Qara dəniz üzərindən "Yaşıl Enerji Dəhlizi" və Rumıniya sahilində LNG terminalının tikintisi kimi flaqman təşəbbüslər çərçivəsində Azərbaycanla əməkdaşlığımız da olduqca vacibdir. Biz birlikdə həm ənənəvi enerji, həm də bərpa olunan enerji mənbələri sahəsində həllər işləyib hazırlayırıq.

Biz tarazlaşdırılmış enerji keçidinə çalışırıq. Bu kontekstdə təbii qaz enerji sisteminin etibarlılığını dəstəkləyən, eləcə də sosial cəhətdən dayanıqlı dekarbonizasiyanı təmin edən keçid dövrü yanacağı kimi önəmli rolunu qoruyub saxlayır.

- Rumıniya Azərbaycanla birgə qaz-kimya və ya neft-kimya layihələrinin həyata keçirilməsi, o cümlədən ixrac məhsullarının istehsalı imkanlarını nəzərdən keçirirmi?

- Rumıniya Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə açıqdır, bura neft-kimya və qaz-kimya sahələri də aiddir. Belə layihələr iqtisadi və strateji cəhətdən məqsədəuyğun hesab olunacağı təqdirdə ölkələrimizin müvafiq nazirlikləri, enerji sahəsində işçi qrupları və ya hökumətlərarası komissiyaları səviyyəsində nəzərdən keçirilə bilər.

Kimya və neft-kimya sənayesi İqtisadiyyat, Rəqəmsallaşdırma, Sahibkarlıq və Turizm Nazirliyinin səlahiyyətindədir. Biz həm xammal resurslarına, həm də sənaye zəncirinə əlavə dəyər qazandıran təşəbbüslərdə maraqlıyıq.

Bununla bağlı belə bir nümunə gətirim: hazırda Rumıniyanın ən böyük qaz istehsalçısı olan “Romgaz” şirkəti ölkənin ən böyük gübrə istehsalı zavodu olan “AZOMURES”in aktivlərinin alınması mümkünlüyünü nəzərdən keçirir. Bu, “Neptun Deep” yataqlarından çıxarılan qazın istifadəsi üçün yeni perspektivlər, eləcə də qazın daha dərin emalı və ixrac yönümlü məhsulların istehsalı üçün imkanlar yaradır.

- Rumıniya enerji sektoruna yeni investisiyalar üçün açıqdırmı? Hansı istiqamətlər Azərbaycan şirkətləri üçün daha çox maraq doğura bilər?

- Rumıniya enerji sahəsində yeni investisiyalara tamamilə açıqdır və uzunmüddətli əməkdaşlıq üçün sabit, şəffaf və proqnozlaşdırıla bilən biznes mühiti təklif edir. Biz Azərbaycan şirkətlərini ənənəvi enerji sektorundan başlayaraq dayanıqlı enerji sahəsindəki ən yeni istiqamətlərə qədər geniş imkanları nəzərdən keçirməyə dəvət edirik.

Qaz infrastrukturunun inkişafı və modernləşdirilməsi, LNG obyektlərinin tikintisi, bərpa olunan enerji mənbələri (günəş, külək enerjisi), "yaşıl hidrogen” də daxil olmaqla hidrogenin istehsalı və saxlanması, enerji saxlama sahəsində innovativ həllər xüsusi maraq doğuran sahələrdir.

Rumıniya və Azərbaycan arasında enerji tərəfdaşlığının strateji xarakterini nəzərə alaraq, biz həm ənənəvi qaz hasilatı və nəqli, həm də "yaşıl enerji" ilə bağlı yeni sektorlarda birgə layihələr üçün yüksək potensial görürük. Belə təşəbbüslər Rumıniyanın mənbələrin şaxələndirilməsi, emissiyaların azaldılması və enerji keçidinin sürətləndirilməsi kursuna tam uyğundur.

Biz enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verən, innovasiyaları stimullaşdıran və davamlı iqtisadi artıma kömək edən tərəfdaşlıqları qiymətləndiririk. Rumıniya ölkənin enerji sektorunda ciddi və uzunmüddətli iştirakda maraqlı olan investorlar üçün etibarlı və açıq tərəfdaş olaraq qalır.


Oxunub: 3 555
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:32 | Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
    Bu gün, 19:56 | Cəbrayılda mina partlaması nəticəsində yaralanan gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
    Bu gün, 19:54 | Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
    Bu gün, 19:52 | Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video
    Bu gün, 19:39 | Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı
    Bu gün, 19:33 | Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
    Bu gün, 19:27 | Azərbaycanın cüdo tarixində rekord...
    Bu gün, 19:25 | Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia
    Bu gün, 17:01 | “Qızım iki ildən çoxdur komadadır, ekspertiza nəticələri saxtalaşdırılır...”
    Bu gün, 16:59 | Gözlərinizi qorumaq üçün məsləhətlər
    Bu gün, 16:57 | Hərbi xidmətə gedənlərlə bağlı VACİB AÇIQLAMA
    Bu gün, 16:56 | Cəbrayılda mal-qara otaran şəxs minaya düşdü
    Bu gün, 16:54 | Ermənistan bu ölkələr üçün viza qaydalarını dəyişdi
    Bu gün, 13:43 | Paşinyandan Medvedevə kinayəli cavab: "Əsl təhlükənin rusiyalaşmaq olduğunu deyə bilərik"
    Bu gün, 13:36 | Bakıya leysan yağacaq, şimşək çaxacaq
    Bu gün, 13:32 | Adı qalmaqalda çəkilən lisey direktoru işdən çıxdı - Foto
    Bu gün, 11:15 | Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
    Bu gün, 11:11 | "Patriot" parkında növbəti korrupsiya skandalı - Milyardlıq tenderlər, milyonluq faizlər....
    Bu gün, 11:06 | Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
    Bu gün, 10:58 | "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir" - Prezident
    Bu gün, 10:31 | Prezident İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir - FOTOLAR (Yenilənib)
    Bu gün, 10:10 | MAĞAZALARDA “50% ENDİRİM” TƏLƏSİ ... – Alıcılar necə aldadılır?
    Bu gün, 09:50 | Azərbaycan nefti kəskin bahalaşdı
    Bu gün, 09:25 | İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto
    Bu gün, 09:01 | KORRUPSİYA FAKTINI İFŞA EDƏNLƏR ÜÇÜN MÜKAFAT... – Nə qədər pul veriləcək, riski varmı?
    Bu gün, 08:20 | Pentaqon əmr gözləyir: İran hər an bombalana bilər
    Bu gün, 08:10 | Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi
    Bu gün, 08:07 | Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
    Bu gün, 08:01 | Tramp: Ola bilsin, dünyanın tamamilə məhv edilməsinin qarşısını almışam
    Bu gün, 07:57 | Payızda arzuları gercəkləşəcək BÜRCLƏR
    Bu gün, 07:56 | Səhərlər öskürək xərçəngdən ola bilər – Diqqət!
    Bu gün, 00:53 | 400 manat maaşla 4 uşaq saxlayıram - VİDEO
    Bu gün, 00:39 | Quranda adı çəkilən bu quşu möcüzəvi edən NƏDİR?
    Bu gün, 00:23 | Sabah bəzi ərazilərdə işıq olmayacaq - SİYAHI
    Bu gün, 00:11 | Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqləndi, qadağalar müəyyənləşdi
    Bu gün, 00:08 | Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO
    Bu gün, 00:02 | PENSİYA VƏ MAAŞ ARTIMI CİBİMİZDƏ HİSS OLUNACAQMI? - Ekspertdən AÇIQLAMA
    Dünən, 23:59 | MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    Dünən, 23:57 | "TÜRKİYƏ VƏ AZƏRBAYCANIN ARASINA GİRMƏYƏ ÇALIŞAN ÖLKƏLƏR VAR" - "İcazə verməyəcəyik..." + VİDEO
    Dünən, 21:44 | Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Dünən, 21:15 | "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
    Dünən, 21:14 | AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
    Dünən, 21:12 | Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
    Dünən, 21:10 | Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
    Dünən, 21:09 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 20:33 | Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
    Dünən, 20:10 | 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 18:09 | Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
    Dünən, 17:53 | Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
    Dünən, 17:37 | Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.