Hindistan zavodları qəfil Rusiya neftinin alınmasını dayandırdı: Nə baş verir?
Hindistanın dövlət neft emalı zavodları Rusiyadan neft alınmasını qəfil dayandırıblar. Bloomberg-in yazdığına görə, Indian Oil, Bharat Petroleum və Hindustan Petroleum şirkətləri hökumətdən aydın göstəriş alana qədər cari dövrdə Rusiya neftinin alışını keçirilməmək qərarına gəliblər.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
Mənbə qeyd edir ki, bu, ABŞ tərəfindən tətbiq olunan rüsumlar fonunda baş verir.
Xəbər agentliyi öz mənbələrinə istinadla bildirir ki, Hindistan dövlət zavodlarına Rusiyadan neft almağı dayandırmaq barədə heç bir göstəriş verilməyib, amma müəssisələr öz təşəbbüsləri ilə alış prosesini müvəqqəti dayandırıblar.
Vəziyyət birbaşa ABŞ-ın son addımları ilə bağlıdır. Vaşinqton Hindistana qarşı 25%-lik əlavə tariflər tətbiq edib. ABŞ Prezidenti Donald Tramp bu addımla Hindistanı Rusiyayla əməkdaşlığına görə “cəzalandırmaq” istəyib.