Havanın temperaturu enəcək
Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam edəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Həftənin sonu, gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Küləyinin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu 9-10-11-də 27-29 ° isti olacaq. Qeyd edək ki, beynəlxalq təcrübədə havanın gündəlik maksimum temperaturunun orta aylıq maksimum temperaturdan 5 dərəcə və daha yüksək olduğu müddət 5 gün və daha çox davam edərsə bu meteoroloji hadisə isti hava dalğası adlanır.
Oxunub: 170
Xəbəri paylaş
Paylaş: