Azərbaycanda yeddi nəfərin həlak olduğu qəza ilə bağlı cinayət işi açıldı
Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə əlaqədar cinayət işi açılıb. "Report"un Qərb bürosu xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KamAz" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 6 sərnişin hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1-nin vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin və xəsarət alanların kimliyi məlum olub "Report"un Qərb bürosunun məlumatına görə, qəzada ölənlər - 1992-ci il təvəllüdlü Bayramov Şadət, Bəsti Nəbiyeva, (1975) Aydın Pənahov (1977, Bakı sakini), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arifdir. Xəsarət alanlar isə 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, Kamran Məmmədov (1969), Nərmin Əliyeva (2004), Məcid Qəribov (1995) və Bəkinaz Gözəlovadır (1970). Faktla bağlı araşdırma aparılır. Şəmkirdə ağır yol qəzası baş verib. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.