Bu qatarların hərəkətində gecikmə ola bilər - ADY
Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr müşahidə oluna bilər. Bu barədə Mediaxeberleri.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. "Yarana biləcək müvəqqəti narahatlığa görə sərnişinlərdən anlayışlı olmaları xahiş olunur",- məlumatda qeyd olunub.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: