Arif Məmmədov Gürcüstanda qəfil vəfat etdi
Əslən Gəncə şəhərindən olan Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda vəfat edib. Mediaxeberleri.Az Teleqraf-a istiandən xəbər verir ki, o Gürcüstana istirahətə gedib və qaldığı oteldə səhhəti qəfil pisləşərək komaya düşüb. Həkimlərin müdaxiləsinə baxmayaraq, A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Onun nəşinin ölkəmizə gətirilməsi üçün hazırlıq görülür. Qeyd edək ki, A.Məmmədov karate üzrə dünya və Avropa çempionudur. Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədr müavini, həmçinin Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidentidir.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: