İdmançımız Dünya Çempionatına lisenziya qazandı
Mediaxeberleri.Az xəbər verir ki, yarışın əsas məqsədi 26 oktyabr – 1 noyabr tarixlərində “Jolly Joker Bakı”da təşkil olunacaq qol güləşi üzrə dünya çempionatı üçün yığma komandanın tərkibini müəyyənləşdirmək olub. 105 kq çəki dərəcəsində Hacıyev Ayxan Şükran oğlu sağ və sol qol güləşi üzrə dünya çempionatı üçün lisenziyanı təmin edib. Xatırladaq ki, idmançımız "FƏRRUX DAĞI"nın alınmasında iştirak edib.
Avqustun 2-3-də Abşeron Olimpiya İdman Kompleksində qol güləşi üzrə ölkə kuboku keçirilib.
Yarışda Azərbaycanın 25-dən artıq bölgəsindən bütün yaş kateqoriyalarını əhatə edən 500-ə yaxın idmançı sağ və sol qolda güclərini sınayıb.
Oxunub: 122
Xəbəri paylaş
Paylaş: