Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü
Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz minaya düşüb. Mediaxeberleri.Az Teleqraf-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşüb. O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir. Məlumat üçün bildirək ki, hərbiçimiz üç ildən artıqdır müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. E.Tanrıverdiyev Goranboy rayon sakinidir. *** Kəlbəcərdə minaya düşən Azərbaycan hərbçilərin sayı beş nəfər imiş. Kəlbəcər rayonunun Vəng kəndində “Ural” markalı hərbi avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində Emin Tanrıverdiyevlə yanaşı, digər hərbi qulluqçular – 1987-ci il təvəllüdlü Emin Əhmədov, 1996-cı il təvəllüdlü Nicat Nuruyev, 1983-cü il təvəllüdlü Rabil İsmayılov və 1996-cı il təvəllüdlü Muşfiq Qarayev də müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.