İmişlidəki AĞIR QƏZA zamanı xəsarət alanların VƏZİYYƏTLƏRİ AÇIQLANDI
İmişlidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Bu barədə Mediaxeberleri.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, bu gün saat 11:00-da İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər (hamısı kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "1977, 2012 və 2013-cü il (4 nəfər) təvəllüdlü şəxslərə müştərək travmalar, üzün, baldırın və bədənin bir neçə nahiyəsinin çapılmış, sıyrılmış yaraları diaqnozları təyin olunub. 2013-cü il təvəllüdlü şəxslərdən birinə zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı tibbi xidmət üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər şəxslərin müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilir". Aygün Mirakif İmişli rayonunda iki minik avtomobili toqquşub. Mediaxeberleri.Az "Report"a istinadən xəbər verir ki, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı "Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan altı nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.