Tramp Rusiyadan neft aldığına görə Hindistanı hədələdi
ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft aldığına görə Hindistan üçün tarifləri əhəmiyyətli dərəcədə artıracağını bildirib. Mediaxeberleri.Az-ın xəbərinə görə, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında yazıb. "Hindistan nəinki xeyli miqdarda Rusiya nefti alır, həm də əldə etdiyi neftin böyük hissəsini açıq bazarda yüksək qazancla satır", - deyə o vurğulayıb. Tramp əlavə edib ki, Ukraynada Rusiyanın hərbi maşını ucbatından nə qədər insanın həlak olması onları maraqlandırmır: "Buna görə mən Hindistanın ABŞ-yə ödədiyi tarifləri əhəmiyyətli dərəcədə qaldıracağam".
Oxunub: 131
Xəbəri paylaş
Paylaş: