Azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs saxlanıldı
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumata görə, sosial şəbəkələrdə və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilib. Şübhəli şəxs dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Oxunub: 60
Xəbəri paylaş
Paylaş: