Xalq artisti Arif Babayevin vida və dəfn yerləri AÇIQLANDI
Xalq artisti Arif Babayevin nəşi Təzəpir məscidinə aparılıb. Bu barədə Mediaxeberleri.Az-a onun oğlu Yaşar Babayev məlumat verib. O qeyd edib ki, A.Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq: "Atam I Fəxri xiyabanda dəfn olunacaq". Xalq artisti Arif Babayev bu gün səhər saatlarında Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində vəfat edib. Bu barədə Mediaxeberleri.Az-a Mərkəzi Klinikadan məlumat verilib. Bildirilib ki, bu gün səhər saat 06:30 radələrində Xalq artisti, görkəmli ictimai xadim, sevimli muğam ustadı Arif İmran oğlu Babayev Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hər tərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat etmişdir. Xalq artisti Arif Babayev dünyasını dəyişib. Bu barədə Mediaxeberleri.Az-a onun oğlu Yaşar Babayev məlumat verib. O qeyd edib ki, A.Babayev səhər saat 6-da vəfat edib. Y.Babayev əlavə edib ki, 87 yaşlı Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.