Xalq artisti Arif Babayev dünyasını dəyişdi
Xalq artisti Arif Babayev dünyasını dəyişib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə onun oğlu Yaşar Babayev məlumat verib. O qeyd edib ki, A.Babayev səhər saat 6-da vəfat edib. Y.Babayev əlavə edib ki, 87 yaşlı Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.
Oxunub: 144
Xəbəri paylaş
Paylaş: