Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır

Son xəbərlər :
  • “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
  • Millimizdən dünya çempionatında böyükhesablı qələbə
  • Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
  • Məşhurlar ən çox bu kokteyli içir
  • Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
  • Çay içənlərə XƏBƏRDARLIQ
  • 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
  • Zeytun Festivalının açılışı olub - Foto
  • “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
  • Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
  • U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
  • Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
  • Bu şəxslər təyyarədən pulsuz istifadə edəcək
  • İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
  • Kartdan-karta pul köçürənlərə vacib xəbər - Foto
  • Pezeşkian Moskvaya gedir: 27 oktyabrda nə baş verəcək?
  • Payızda bu qidaları süfrənizdən əskik etməyin
  • Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi -
  • “Barselona” “Real”la matça necə hazırlaşır?
  • Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Əhmədovun 500 milyonluq yaxtasına həbs qoyulub? - Şok faktlar

  • Tarix: 31-07-2025, 17:58

Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı tamamlanmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mediaxeberleri.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

A.Derraz bildirib ki, Azərbaycana ölkənin su ehtiyatına yatırım etmək məqsədilə gəlib:

"Mən gəldiyim günün ikinci günü sorğuya alındım".

A.Derraz qeyd edib ki, bildiyinə görə passiv korrupsiyada və cinayət yolu ilə əldə olunan pulların leqallaşdırılmasında təqsirli bilinir. O, ifadəsinin davamında bildirib:

“2018-ci ilin noyabr ayının sonu, oktyabr ayının əvvəlində Fərhad Əhmədovun ofisindən mənimlə əlaqəyə girdilər. Həmin dövrdə onun boşanması məsələsi ilə bağlı məhkəmə çəkişməsi var idi.

Mənlə əlaqəyə keçməzdən əvvəl London məhkəməsi qərar vermişdi ki, Fərhad Əhmədovun dünyanın bütün yerlərində olan əmlakları dondurulsun. Həmin dövrdə mənimlə bir əmlakla bağlı əlaqəyə girmişdi. Bu da Dubayda olan yaxtası ilə bağlı idi. Həmin əmlak 500 milyon dollar dəyərində qiymətləndirilmişdi. Məni bacarığıma görə Dubayda hamı tanıyırdı. Bilirdilər ki, bacarıqlı biriyəm, işimin öhdəsindən gələcəm. Bütün işlərimi yerinə yetirmişəm. Buna görə də mənim nüfuzum var idi. Mən Fərhad Əhmədovla hüquqi müqavilə imzalamışdım ki, ona göstərəcəyim, verəcəyim məsləhətlər qanuni forma kimi görünsün. Tam pulu almaq üçün isə zəmanət verirdik ki, iş uğurla həll olunacaq. Mənim hesabıma 5 ay müddətində avans olaraq pul köçürüldü, lakin əsas məbləğ köçürülmədi. Çünki əsas məbləğ iş tam həll olunandan sonra köçürülməli idi".

Təqsirləndirilən şəxs deyib ki, Fərhad Əhmədovdan aldığı avansın məbləği 200 min dollar olub:

"Həmin məbləğ mənə ödənilib. Əgər yaxtanın üzərinə qoyulan donma qaldırılsaydı, 2 milyon dollar da ödəməli idi. Çünki donma qaldıqca yaxtanın dəyəri aşağı düşürdü".

Təqsirləndirilən şəxs daha sonra məhkəməyə Fransa prokurorluğunda aparılan istintaq hərəkətləri ilə bağlı toplanan sənədləri təqdim edib. Bildirib ki, həmin sənədlər Fransa prokurorluğunda ifadə verən Emmanuel Makronun adminstrasiyasında şəxsi mühafizəçisi olan Benallanın ifadəsidir:

"Bildirmək istəyirəm ki, Benalla Makronun adminstrasiyasından çıxdıqdan sonra onun barəsində Fransada istintaq aparılmışdır. Həmin vaxt Benalla bu faktla bağlı ifadə vermişdir ".

Daha sonra təqsirləndirilən qeyd edib ki, cinayət yolu ilə əldə edilmiş pullun leqallaşdırılmasında ittiham edilir: "Pulların bankdan mənim Dubayda olan hesabıma köçürülüb”.

Növbəti proses sentyabrın 11-də davam edəcək.

İttihama görə, Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzməyini təmin edəcəklərini bildiriblər. Bundan başqa, tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.

Belə ki, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dolları, gəminin üzərindən həbs qaldırılandan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.

F.Əhmədov Anass Derrazın “AL HILAL BANK”dakı hesabına 200 min dollar və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”dakı hesabına 400 min dollar köçürüb.

Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət almasında köməklik etmədə ittiham olunur.

Qeyd edək ki, A. Derraz 1984-cü ildə Mərakeşdə anadan olub, Fransa Respublikasının və Mərakeş Krallığının vətəndaşıdır, evlidir, iki uşağı var.

O, “SAUR” şirkətinin vitse-prezidentidir. Şirkət Dubayda qeydiyyatdan keçib.

DTX tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, Anass Derraz 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub.

İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.

İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbərini “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub.


Oxunub: 3 034
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    Dünən, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    Dünən, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    Dünən, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    Dünən, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    Dünən, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    Dünən, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    Dünən, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    Dünən, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    Dünən, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    Dünən, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    Dünən, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Dünən, 19:06 | Bu şəxslər təyyarədən pulsuz istifadə edəcək
    Dünən, 19:03 | İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
    Dünən, 18:59 | Kartdan-karta pul köçürənlərə vacib xəbər - Foto
    Dünən, 18:42 | Pezeşkian Moskvaya gedir: 27 oktyabrda nə baş verəcək?
    Dünən, 18:35 | Payızda bu qidaları süfrənizdən əskik etməyin
    Dünən, 18:32 | Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi -
    Dünən, 18:30 | “Barselona” “Real”la matça necə hazırlaşır?
    Dünən, 18:29 | Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia
    Dünən, 18:24 | Azərbaycana xarici investisiya qoyuluşu kəskin artıb
    Dünən, 18:06 | Rusiya-Ukrayna müharibəsində sülhdən sonra nə olacaq?
    Dünən, 18:04 | Sərhədimizdə qanunsuz ağac kəsən ermənilərə protokol yazıldı
    Dünən, 15:45 | Davada öldürülən Ceyhunun qızına bu gün elçi gələcəkmiş
    Dünən, 15:40 | Misli Premyer Liqası: “Şəfa” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u qəbul edir
    Dünən, 15:24 | Qəbələdə ağır qəzada xəsarət alanların son durumu - Video
    Dünən, 15:21 | Dilarə Əliyevaya vəzifə verildi
    Dünən, 15:17 | Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır - Təhsildə yeni təhlükə
    Dünən, 15:14 | Zığda yaşayış binasında yanğın söndürüldü
    Dünən, 14:10 | QIŞDA HANSI ƏRZAQLAR BAHALAŞACAQ? – Ərzaq qiymətləri ilə bağlı AÇIQLAMA
    Dünən, 14:07 | Avropadan Azərbaycana axın başladı - SƏBƏB BU İMİŞ…
    Dünən, 13:47 | RAYONLARA DÖVLƏT DOTASİYASI TAM KƏSİLDİ – Xərclər necə qarşılanacaq?
    Dünən, 13:42 | Salyan rəsmən XARABA GÜNƏ QALIB - Rüstəm Xəlilovun "SƏNƏT ƏSƏRİ"...
    Dünən, 13:35 | Sabah yağış yaşacaq, külək əsəcək - HAVA PROQNOZU
    Dünən, 13:30 | Bakıda tarixi futbol turniri: 1000-ə yaxın oyun keçiriləcək
    Dünən, 13:26 | Arzuxan Əlizadənin oğlu haqda açıqlama: “Əhməd elə oğlan deyil”
    Dünən, 13:22 | Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
    Dünən, 13:11 | BURA RƏHBƏR TƏYİN ETMƏK... NƏ ÇƏTİN MƏSƏLƏDİR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
    Dünən, 13:00 | Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
    Dünən, 12:56 | Azərbaycan neftinin qiyməti 126 dolları ötüb
    Dünən, 12:54 | Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
    Dünən, 12:51 | Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
    Dünən, 12:44 | Abşeronda yağışdan sonra yolu su basdı - VİDEO
    Dünən, 12:40 | NAZİR YENİ SOSİAL PAKETİN ANONSUNU VERDİ... – Pensiya və maaşlar nə qədər arta bilər?
    Dünən, 12:36 | Bakıda deputat Arzuxan Əlizadənin oğlunun qətl törətdiyi yerdən görüntülər - Foto
    Dünən, 12:03 | Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Dünən, 12:02 | Rafiq Rüstəmov Cəlilabad bələdiyyəsinə sədr seçildi
    Dünən, 11:55 | Bu maşınlarla yola çıxmayın! – DYP-dən xəbərdarlıq
    Dünən, 11:53 | Qətl baş verən davada bu məşhurun oğlu da iştirak edib
    Dünən, 11:52 | Bakıda kafedə kütləvi dava: ölən var - Anbaan video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.