Yevlaxda avtomobil aşdı: 7 nəfər yaralandı
Yevlaxın Xaldan qəsəbəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadiəsi nəticəsində bir ailənin üzvləri xəsarət alıblar. Mediaxeberleri.Az Teleqraf-a istinadən xəbər verir ki, "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı 1 kişi, 5 qadın və 2 yaşlı oğlan uşağı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Qəzaya düşən şəxslərin hamısının eyni ailənin üzvləri və yaxınları olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 117
Xəbəri paylaş
Paylaş: