İyul ayının bütün sosial ödənişləri yekunlaşdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının bütün sosial ödənişləri başa çatdırılıb. Bu barədə Mediaxeberleri.Az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə iyul ayının pensiyaları, iyulun 22-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları, iyulun 25-də iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: