Laçında avtoqəza: Üç nəfər həlak oldu
Qəza zamanı həyatını itirənlər avtomobilin sürücüsü - keçmiş polis əməkdaşı Mahir Abdullayev, onun həyat yoldaşı Şəhla Novruzova və qayınanası Xədicə Novruzovadır. Qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxs isə Mahir Abdullayevin qardaşı qızı Ramilə Abdullayevadır. Məlumata görə, ailə üzvləri Laçının Hacıxanlı kəndindəki doğma yurdlarından geri qayıdarkən qəza baş verib.
Ötən gün Laçın rayonunun Qarakeçdi kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində həlak olanların bir ailənin üzvləri olduğu məlum olub.
Oxunub: 173
Xəbəri paylaş
Paylaş: